27 Sentyabr 2020, Bazar


Şahbuz Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin bir qrup şagirdinin ümummilli lider Heydər Əliyevin anım günü münasibəti ilə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyinə ekskursiyası təşkil olunub.

 Şagirdlərə məlumat verilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 fevral 1999-cu il tarixli Sərəncamı ilə yaradılıb. Burada ulu öndərimiz Heydər Əliyevə məxsus şəxsi əşyalar nümayiş olunur, eyni zamanda muzeyin kitabxanasında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən qəzet, jurnal, albom, kitablar və videomateriallar toplanıb.

 

                                                             Novruz Məmmədov

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR