28 Fevral 2020, Cümə

AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda “Türkdilli əlyazma və çap kitabları kataloqu” çapa hazırlanır. Bu münasibətlə fondda sözügedən nəşrin müzakirəsi ­keçirilib.
Kataloqun tərtibçisi fondun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov bildirib ki, yeni nəşrdə fondda mühafizə olunan 200-dək türkdilli əlyazma və çap kitabların elmi təsviri verilib. Oxucuların kataloqdan istifadəsini asanlaşdırmaq məqsədilə kitabın sonuna “Göstəricilər” bölməsi əlavə edilib.
Müzakirədə fond əməkdaşlarından fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Səbuhi İbrahimov, Fəxrəddin Eylazov, fondun elmi işçisi Kübra Vəliyeva və Nicabət İslamova çıxış edərək çapa hazırlanan kataloqun gələcəkdə aparılacaq tədqiqatlar üçün önəmli tarixi mənbəyə çevriləcəyini vurğulayıb, nəşrlə bağlı fikir və mülahizələrini söyləyiblər.
Qeyd edək ki, Əlyazmalar Fondunda 500-dən çox qədim əlyazma və çap kitabları mühafizə olunur. 2016-cı ildən etibarən fond əməkdaşları həmin əlyazma və çap kitablarının kataloqunun hazırlanması işlərinə başlayıb. “Farsdilli əlyazma və əski çap kitablarının kataloqu” adlı ilk kataloq 2018-ci ildə bölmənin “Tusi” nəşriyyatı tərəfindən çap olunub.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Fevral 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR