“Duzdağ” otelində feysbuk sosial şəbəkəsində fəaliyyət göstərən “Naxçıvan gəncləri” qrupu üzvlərinin görüşü keçirilib.
Tədbirin aparıcısı keçirilən görüşün mahiyyəti barəsində qrup üzvlərinə ətraflı məlumat verib, internetin bugünkü həyatımızdakı rolu və imkanlarından bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər doğma Naxçıvanımızın həqiqət carçısına çevrilmiş qrupun yaradılmasının əhəmiyyətindən, ötən dövr ərzindəki fəaliyyətindən və gələcək planlarından danışıblar.
Sonra sosial şəbəkələrdə xüsusi fəallıq göstərən gənclər mükafatlandırılıblar.
Naxçıvan Musiqi Kollecinin “Dilrüba” muğam ansamblının, Naxçıvan Özəl Universitetinin tələbələrindən ibarət “Dəniz” vokal ansamblının, Naxçıvan Dövlət Universitetinin “Şən və hazırcavablar klubu”nun çıxışları tədbir iştirakçılarında xoş ovqat yaradıb.


Xəbərlər şöbəsi