Dekabrın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir təşkil olunmuşdur. “Xəmsə” şadlıq sarayında keçirilən mərasimdə fondun təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılmışlar.
Qaliblər sırasında “Şərq qapısı” qəzetinin şöbə müdiri Sara Əzim­ovanın da adı vardır. Jurnalist “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə “Ailə şəxsiyyəti və cəmiyyəti formalaşdıran mühüm sosial institutdur” adlı məqaləsi ilə qalib olmuş və mükafatlandırılmışdır.


Xəbərlər şöbəsi