19 Sentyabr 2020, Şənbə

Dünən Heydər Əliyev Sarayında Azərbaycan tarixində misilsiz xidmətləri olan dahi şəxsiyyət, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin onlayn konserti keçirilib.
Qeyd edək ki, repertuarında Avropa bəstəkarlarının əsərləri və klassik instrumental kamera musiqisinin də yer aldığı orkestrin bədii rəhbəri Azərbaycan Respublikasının Xalq artisti Çingiz Axundovdur.

 

Rəngarəng konsert proqramında Azərbaycan və xarici bəstəkarların musiqi əsərləri, həmçinin xalq mahnıları təqdim olunub. Onlayn konsertdə ümummilli liderə həsr olunmuş nəğməkar bəstəkarımız Ramiz Mirişlinin “Adın şöhrət, şan yerimiz” və “Məşəl kimi yanan ürək”, həmçinin İlham Abdullayevin “Heydər Ata” mahnıları da yer alıb.

Azərbaycan Respublikasının Əməkdar artistləri Gülyanaq Fərzəliyeva, Mübariz Əsgərov və Tural Nəcəfov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Ruhiyyə Hüseynova və digər ifaçılar, xor və rəqs qrupları ifalarını yüksək səviyyədə təqdim ediblər.

Konsert proqramı Naxçıvan Dövlət Televiziyası ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazir­liyinin internet resurslarında da canlı yayımlanıb.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin
mətbuat xidməti

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR