04 İyun 2020, Cümə axşamı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində Şuşa xalçaları qorunur.

 

Muzeydən bildirilib ki, erməni silahlı dəstələri zamanla Azərbaycana, o cümlədən Qarabağa çox ağır zərbələr vurub, minlərlə insan qırğınların qurbanı olub, yurd-yuvaları xarabazara çevrilib. 1918-ci il qırğınlarında Azərbaycan hökumətinin dəvəti ilə köməyə gələn Qafqaz İslam Ordusu Qarabağda da faciənin qarşısının alınmasında iştirak edib. Qədirbilən şuşalılar öz xilaskarlarına dərin hörmət və ehtiramla yanaşıblar. Zəngin sənət biliklərinə malik olan Şuşa xalçaçıları öz minnətdarlığını ilmələrlə ifadə ediblər. Bu xalçalardan ikisi Milli Azərbaycan Tarixi Muzeyinin satınalma komissiyası tərəfindən əldə edilib. Xalçalar 1916-cı ilə aid fotoşəkil əsasında 1920-ci ildə hazırlanıb. Haşiyələrdən birinə ermənilərə qarşı döyüşən hərbçilərin qəhrəmanlığını vəsf edən şeir, digər haşiyəyə Qarabağın məşhur nəlbəki gülü toxunubdur. Xalçanın əsasını təşkil edən mərkəzi hissəsində insan təsvirləri salınıb. Mərkəzi hissənin ətrafındakı haşiyələrdə yazılmış mətnə əsasən təsvirdəki insanların şəxsiyyətini təyin etmək mümkündür. Bunlar: “Cənabi möhtərəm Ənvər bəy əfəndi”, “Cənab Şevket Paşa həzrətləri”, “Cənab Yusif İzzətdin”, “Sultan Məhəmməd Rəşadxan Xamis Həzrətləri”dir. Digər xalçada isə kiril hərfləri ilə “Balama qurban” ifadəsi yazılıbdır. Görünür onu toxuyan şuşalı ana xilaskar orduya öz balası kimi münasibət göstərib, şirin Qarabağ kəlamı ilə onları əzizləyib. Xalçalar eksklüziv olduğuna görə birinci xalça “Türk komandanları”, ikinci xalça isə üzərindəki yazı ilə əlaqədar “Balama qurban” adlandırılıb.

ARXİV

İyun 2020
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR