25 Sentyabr 2020, Cümə

Dünən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında görkəmli demokrat Cəlil Məmmədquluzadənin dram əsərləri əsasında hazırlanmış “Ölülər və Dəlilər” tamaşasıonlayn formada izləyicilərətəqdim olunub.
Böyük demokratın “Ölülər”, “Dəli yığıncağı”, “Ər” komediyaları və “Anamın kitabı” dram əsəri əsasında hazırlanan “Ölülər və dəlilər” tamaşasının ssenari müəllifi AzərbaycanRespublikasının Əməkdar artisti Tofiq Seyidovdur. Tamaşada ədibin 4 pyesindəki obraz və personajlar səhnəyə gətirilib.

Səhnə əsərindəproblemlərə dəlilik, dirilik, ölülük kontekstindən yanaşmaq təkcə milli yox, həm də qlobal xarakter daşıyır və sonda “Həqiqi ölü və dəli kimdir?” sualına cavab tapmağa kömək edir.
Tamaşada Azərbaycan Respublikasının Xalq artisti Həsən Ağasoy, Azərbaycan Respublikasının Əməkdar artistləri Tofiq Seyidov, Əli Əliyev, Bəhruz Haxverdiyev, Əbülfəz İmanov və teatrın gənc yaradıcı qüvvələri rol alıblar. Uğurlu səhnə əsərinin quruluşçu rejissorları, Azərbaycan Respublikasının Əməkdar artistləri Tofiq Seyidov, Nurbəniz Niftəliyeva, quruluşçu rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Ariz Ağayev, rejissor asisstenti Zakir Fətəliyevdir.
Qeyd edək ki, Naxçıvan Dövlət Televiziyasının efirində və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin internet resurslarında canlı yayımlanan tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR