13 Avqust 2020, Cümə axşamı

Naxçıvanda 14 sentyabr 1989-cu il tarixdən fəaliyyətə başlayan Kukla Teatrına Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 2004-cü ildə Məhəmməd Tağı Sidqinin adı verilib. Uşaqların asudə vaxtının səmərəli təşkilində, onların vətənpərvərlik ruhunda tərbiyəsində Kukla Teatrı mühüm rol oynayır.

Teatr ötən əsrin 90-cı illərindən etibarən həm ölkənin müxtəlif bölgələrində, həm də xarici ölkələrdə qastrol səfərlərində olub. Kukla Teatrının Türkiyədə, İran İslam respublikalarında qastrol səfərlərində olması, Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində keçirilən “Kuklaların fantaziyası” adlı Beynəlxalq Kukla teatrları festivallarında Naxçıvanı, eləcə də ölkəmizi yüksək səviyyədə təmsil etməsi muxtar respublikanın mədəni əlaqələrinin inkişafına dəyərli töhfə verib.

Ölkəmizdə, eləcə də muxtar respublikamızda aparılan humanitar siyasətin əsas tərkib hissəsi kimi uşaqların təhsili, fiziki və mənəvi inkişafı istiqamətində reallaşdırılan tədbirlərlə fiziki-mənəvi baxımdan sağlam nəslin yetişdirilməsi nə xidmət edir.
Uşaq və gənclərin istirahətinin səmərəli təşkili, estetik tərbiyəsi müasir dövrdə qarşıya qoyulan mühüm məsələlərdən biridir. Xüsusilə də teatr tamaşalarına baxmaq vərdişlərinin formalaşması, səhnə ilə canlı ünsiyyətdə olmaq uşaqlarda mədəniyyətə, incəsənətə sevgi yaradır. Bu baxımdan Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının uşaqların mənəvi inkişafında da rolu böyükdür.
Teatr pandemiya dövründə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin onlayn tədbirlərinə qoşulmuş, Naxçıvan Dövlət Televiziyasının efirindən və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin internet resurslarında canlı yayımlanan “Buratino”, “Qoğalın sərgüzəşti” və “Ələddinin sehrli çırağı”, “Göyçək Fatma”, “Tıq-tıq xanım” tamaşalarını onlayn formada kiçikyaşlı izləyicilərə çatdırmışdır.
Həftənin şənbə günləri iki növbədə kiçikyaşlı teatrsevərlərlə dolu olan Naxçıvan Dövlət Kukla Teatrı pandemiyanın başa çatmasını və kollektivin tamaşaçılarla canlı ünsiyyətdə olacağı görüşləri səbirsizliklə gözləyir.

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR