Yanvarın 6-da Daxili Qoşunların Naxçıvan Alayında tanınmış müğənni, Azərbaycan Respublikasının əməkdar artisti Azərin Tağıyevanın konserti olub.
Tədbirdə Naxçıvan Alayının komandirinin müavini, mayor Şahin Bəylərov çıxış edərək ordumuzun artan qüdrətindən, xalq-ordu birliyindən və bu birliyin sarsılmazlığından danışıb.
Sonra söz alayın sözlü-nəğməli qonağına verilib. Azərinin ifasında səslənən vətənpərvərlik mövzusunda mahnılar əsgərlərdə xoş əhval-ruhiyyə yaradıb.
Konsertin sonunda Azərin Tağıyeva Daxili Qoşunların Naxçıvan Alayının fəxri fərmanı ilə təltif edilib. Qonaq göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Dilrubə NOVRUZOVA