11 Avqust 2020, Çərşənbə axşamı

Ötən ay Naxçıvan Dövlət Filarmoniyası və Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən təqdim edilən onlayn konsert və tamaşalar, muzeylər tərəfindən həyata keçirilən onlayn ekskursiyalar internet resurslarında paylaşılmışdır.
İyunun 15-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Milli Qurtuluş Gününə həsr olunmuş Naxçıvan Dövlət Filarmoniyasının Kamera və Xalq Çalğı Alətləri orkestrlərinin tanınmış bəstəkar Məmməd Məmmədovun əsərlərindən ibarət konsert proqramlarının onlayn təqdimatı olunmuşdur. Həmçinin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə sağlamlıq imkanları məhdud uşaqlar üçün Milli Qurtuluş Günü münasibətilə Heydər Əliyev Muzeyinə onlayn ekskursiya edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərur yallıları haqqında” 2018-ci il 24 dekabr tarixli Sərəncamı ilə əlaqədar iyun ayında “Yallılar dünəndən bu günə” kitabı çapa hazırlanmış, qədim Naxçıvan diyarına məxsus bir neçə yallı lentə alınmışdır. Naxçıvan Dövlət Film Fondu tərəfindən çəkilişi aparılan həmin yallılar nazirliyin internet resurslarında paylaşılmışdır.
Ötən ay Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Naxçıvan Müəllimlər İnstitutunun Kitabxana-informasiya ixtisası üzrə təhsil alan III kurs tələbələri üçün onlayn açıq dərs keçilmişdir. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən və təkcə muxtar respublika sakinlərinin deyil, ölkənin müxtəlif bölgələrində yaşayan vətəndaşların da qatıldığı “Bir neçə dəqiqədə mədəniyyət” adlı videoçarx, “Milli ornamentlərimiz rəsm əsərlərində” adlı rəsm və “Milli dəyərlərimiz düşüncəmizdə” adlı esse müsabiqələrinə iyun ayında yekun vurularaq qaliblər mükafatlandırılmışdır. Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən və il ərzində davam edəcək “Mədəniyyətin izi ilə” sosial layihəsinə iyun ayından start verilmişdir.
Hesabat ayında muxtar respublikada 716 sayda müxtəlif məlumat, audio və videomaterial hazırlanaraq sosial şəbəkələrdə yerləşdirilmişdir ki, bunlardan 118-i onlayn ekskursiya olmuşdur. Ümumilikdə, muxtar respublikada mövcud olan kitabxanalar tərəfindən tarixi və əlamətdar günlər, mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar 175 material hazırlanaraq sosial şəbəkə hesablarında paylaşılmış, “Nağıl günləri” layihəsi çərçivəsində kitabxana əməkdaşlarının uşaq və yeniyetmələr üçün hazırladığı 40 audionağıl sosial şəbəkələrdə nümayiş etdirilmişdir.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poeması və görkəmli şair, yazıçı və dramaturq Cəfər Cabbarlının “Aydın” pyesi əsasında, həmçinin Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında Hüseyn Əsgərovun eyniadlı əsəri əsasında hazırlanan “Qorxaq Əhməd” və Naxçıvan Dövlət Uşaq Teatrında Nuray Nəzərovanın eyniadlı “Mavi işıq” tamaşalarının məşqləri aparılmışdır. Onlayn fəaliyyət Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində də davam etdirilmiş, iyun ayında uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində, ümumilikdə, 1905 onlayn dərs keçilmişdir.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

Avqust 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR