19 Sentyabr 2020, Şənbə

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində növbəti onlayn ekskursiya keçirilib. Ekskursiyanı muzeyin baş elmi işçisi – Gülarə Babayeva, bələdçilər – Rəfiqə Baxşıyeva və Nərmin Yaqublu təqdim ediblər.

Əvvəlcə muzeyin yaradılma tarixi haqqında məlumat verilib. Bildirilib ki, Cəlil Məmməd­quluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi 2 mərtəbə və 3 ekspozisiya zalından ibarətdir. Ekspozisiyanın birinci zalında ən qədim mədəniyyət abidələri olan Gəmiqaya və Qobustan qayaüstü təsvirlərinin fotoları, klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin portretləri, əsərlərinə çəkilmiş illüstrasiyalar, heykəltəraşlıq nümunələri, əsərlərinin toplandığı kitablar sərgilənir.
Qeyd olunub ki, XVIII əsrdən başlayaraq müasir dövr Azərbaycan ədəbiyyatını özündə əks etdirən ikinci ekspozisiya zalının ən gözəl guşəsində ümummilli lider Heydər Əliyevlə bağlı eksponatlar – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən muzeyə hədiyyə olunmuş ümummilli lider Heydər Əliyevin anadan olmasının 75 illiyi münasibətilə qiymətli metaldan hazırlanmış xatirə medalı, rəssam Səyyad Bayramov tərəfindən işlənmiş “Ümummilli lider Heydər Əliyev” portreti, ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotolar, kitablar və digər qiymətli eksponatlar sərgilənir.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

Sentyabr 2020
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR