Tariximizin qəhrəmanlıq salnaməsi sayılan 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında sərgi təşkil olunmuşdur. Sərgidə 20 kitab, çoxlu qəzet və jurnallar, fotolar nümayiş etdirilir. Sərgidə Rafiq Səməndərin “Şəhidlər”, Əşrəf İbrahimovun “Şahid şəhidlər haqqında”, Qulu Kəngərlinin “Qara Yanvar şəhidləri”, İsmayıl Vəliyevin “Qara gündəlik”, Anarın “Şəhidlər dağı”, Famil Süleymanovun “Qana boyanmış Quran”, Vaqif Məmmədovun “Qeyrət qalası”, Abdulla Qurbaninin “Şəhidlər danışır” adlı kitabları və sair materiallar toplanmışdır.
Sərgini təşkil etməkdə məqsəd gəncləri, oxucuları xalqımızın başına gətirilən müsibətlərlə bir daha tanış etmək, xalqımızın müstəqillik uğrunda apardığı mübarizənin tarixini onlara çatdırmaqdan ibarətdir. Sərginin nümayişi yanvar ayının sonuna qədər davam edəcək.

Dilrubə NOVRUZOVA