Azərbaycan xalqının tarixinə qanlı faciə kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrində şəhid olanların xatirəsi ehtiramla yad edilir, 23 il öncə baş vermiş qanlı faciə bir daha xatırlanır.
Babək Rayon Uşaq Kitabxanasında tariximizin qan yaddaşına yazılmış o faciəli, lakin şərəfli tarixi günlə bağlı rayon mədəniyyət müəssisələri kollektivlərinin iştirakı ilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Uşaq Kitabxanasının müdiri Təranə Əliyeva açmışdır. “20 Yanvar hər bir azərbaycanlının yaddaşına həkk olunan qəhrəmanlıq tarixidir”, – deyən kitabxana müdiri bu tarixin heç vaxt unudulmayacağını, bundan sonrakı nəsillərin də yaddaşında yaşayacağını bildirmişdir.
Sonra Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor müavini İnayət Fətullayev, kitabxana işçisi Çinarə Feyzullayeva çıxış etmişlər.
Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş “Şəhidlər unudulmur” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

Xəbərlər şöbəsi