20 Aprel 2021, Çərşənbə axşamı

Bu gün Naxçıvan Dövlət Rəsm Qalereyasında Naxçıvanın tanınmış rəssamı Qəhrəman Tağıyevin yaradıcılığna həsr olunmuş tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli bildirmişdir ki, muxtar respublikada belə tədbirlərin keçirilməsi artıq ənənə halını almışdır. Bu muxtar respublikada yaradıcı insanlara göstərilən diqqətin bariz nümunəsidir. Naxçıvan diyarının yetişdirdiyi dəyərli sənətkarlardan biri də rəssam Qəhrəman Tağıyevdir. Tanınmış rəssam 1947-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1965-1966-cı illərdə Naxçıvan şəhərində fəaliyyət göstərən yeganə rəssamlıq emalatxanasında görkəmli rəssam Sabir Qədimovun tələbəsi olmuş, burada sənətin sirlərinə yiyələnmişdir. O, Muxtar respublikada keçirilən sərgi və müsabiqələrin iştirakçısı olmuş və özünün fərdi sərgilərini keçirmişdir. Mənalı həyatını rənglərlə baş başa qalmaqla keçirən Qəhrəman Tağıyevin uzun illər ərzində gerçəkçi-realist bədii yanaşma ilə ərsəyə gətirdiyi sənət nümunələrini dünyamıza özüməməxsus münasibətin görüntüləri saymaq olar. Yaradıcılığı realist-gerçəkçi sənətin prinsipləri əsasında təşəkkül tapmış Qəhrəman Tağıyevin ərsəyə gətirdiyi çoxsaylı əsərləri tamaşaçı tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Qəhrəman Tağıyev 2013-cü ildən Naxçıvan Muxtar Respublika Rəssamlar Birliyinin və Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Naxçıvan Muxtar Respubliksının Əməkdar rəssamları Həmzə Sadiqov və Həbibə Allahverdiyeva çıxış edərək bildirmişlər ki, hələ uşaqlıqdan rənglərə bağlılığı olan Qəhrəman Tağıyev muxtar respublikanın yaradıcı gənclərinə bir nümunədir. Qeyd olunmuşdur ki, Qəhrəman Tağıyev müxtəlif janrlara müraciət edərək bir rəssam kimi özünü sübut etmişdir. Onun müxtəlif mövzularda yaratdığı əsərləri dəyərli sənət nümunələridir. Naxçıvanın dəyərli rəssamlarından biri kimi Qəhrəman Tağıyevsənət tarixində hər zaman öz layiqli yerini alacaqdır.

Sonda Qəhrəman Tağıyevin rəsm əsərlərindən ibarət sərgiyə baxılmışdır.

 

 

 

 

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR