26 Sentyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Həyatımız rənglərdən ibarətdir. Ömrümüzün heç bir saatı, dəqiqəsi rənglərsiz ötüşə bilməz. Rənglər bizim çox da önəm vermədiyimiz, əslində isə həyatımızın bütün gedişatına birbaşa təsir edən əvəzsiz gücə malikdir. Bir düşünün, gözlərimizi qapayırıq və heç bir rəngi görmədiyimizi düşünürük. Lakin bizə “qara”nlıqdır. Yaxud hər hansı bir mavi rəngli otağa daxil olarkən bizə elə gəlir ki, sanki soyuqdur və ya əksinə, otaq sarımtıl bir rənglə boyanıbsa, isti olduğunu düşünürük. Belə misalların sayını artırmaq olar. Bəli, gözümüzü qapadıqda və ya açdıqda mütləq bir rənglə qarşılaşırıq. Onlar bəzən mənfi, bəzən isə müsbət aura yaradırlar. Bəs rənglərin sirri nədədir? Hansı rənglər hansı qüvvəyə malikdir? Hisslərlə rənglər arasında hansı bağlılıqlar var? Bu yazımızda ağ və qara rənglərdən bəhs edəcəyik.

Bu iki rəngi bütün rənglərin idarəediciləri adlandırmaq olar. Çünki ağ və qara yalnız rəng yox, həyat fəlsəfəsi kimi də qəbul olunur. Ağ rəng xeyir, xoşbəxtlik, həyat, sevinc, təmizlik, məsumluq, paklıq rəmzi olduğu halda, qara rəng şər, bədbəxtlik, kədər, günah, cinayət, qorxu, yalan və sair mənaları ifadə edir. Belə müqayisələr insanın bu rənglərlə tanışlığından bəri mövcuddur. Bu iki rəng bir-birlərinə sanki əzəli və əbədi rəqibdirlər. Təsadüfi deyil ki, xalq arasında alqışlar söylənilərkən hər zaman ağ rəngə istinad olunub, qarğışlarda isə qara rəngə. Məsələn, “Səni ağ günə çıxasan”, “Ağbəxt olasan”, “Üzüağ olasan” (alqışlar), “Bəxtin qara gəlsin”, “Üzün qara olsun”, “Qara günlü olasan” (qarğışlar) və sair. Lakin bu rənglərin ifadə etdiyi məna xalqlara görə dəyişir. Məsələn, bir sıra Şərq ölkələrində, o cümlədən Yaponiya, Çin və Hindistanda ağ rəng matəmi və təhlükəni bildirir. 

Ağ rəng haqqında danışarkən qeyd etməliyik ki, bütün rənglərin ağ rəngdən törəndiyi hesab olunur və bu səbəbdən o, “ana rəng” adlanır. Qırmızı, qara, sarı, yaşıl, mavi rənglərdə olan parça, ip və sair nəsnələri ağ rəngə boyamaq mümkün olmadığı halda, ağ rəngli nəsnələri boyalar vasitəsi ilə rəng­ləməyin heç bir çətinliyi yoxdur. Bir çox hallarda “ağ” komponenti bəzi sözlərə qoşulmaqla həm də “böyük” mənasını verir. Biz bunu “Kitabi-Dədə Qorqud” dastanında rast gəldiyimiz “Ağ meydan” birləşməsində görə bilərik.
Ağ rəng həm də qalibiyyət mənasındadır. Məsələn, Manasın qalibiyyət bayrağı “Ağ bayraq” adlanırmış. Görkəmli sərkərdə Çingiz xanın da doqquzqotazlı məşhur bayrağı “Böyük ağ bayraq” olmuşdur. Ağ rəng həm də Tanrı rəngi hesab edilmişdir. Buna görə də o, uğurgətirən rəng kimi bilinmişdir. Əbəs yerə deyil ki, əski çağlarda döyüşə yollanan sərkərdələr həmişə ağ rəngli at minərmiş və bununla da, uğur qazanacaqlarını düşünərmişlər. Misal üçün, böyük Hun hökmdarı Mete düşmən üstünə gedəndə həmişə ağ rəngli at minərmiş. Böyük sərkərdə Gültəkinin döyüşlərdəki qələbələrinin bir səbəbi də onun həmişə ağ rəngli at minməsi ilə izah edilmişdir.
Ağ rəng həm də təslim olmağı bildirən fikri yazının ünsürlərindən biri olmuşdur. Belə ki, “ağ bayraq qaldırmaq” ifadəsi təslim olmaq kimi başa düşülür və ya döyüşlərdə “ağ bayraq qaldıran” tərəf məğlub kimi qiymətləndirilir.
Bəli, göründüyü kimi, ağ rəngin ifadə etdiyi mənalar müxtəlifdir. Ümumiyyətlə isə bu rəngin psixoloji tərəfləri də çoxdur. Ağ saflığın, yeni başlanğıcların və barışığın rəngidir. Pozulmamış, dəyərini itirməmiş və müqəddəs sayılan anlayışlar ağ rənglə təmsil edilir. İşığı əks etdirən və mühitə rahatlıq qazandıran ağ parlaq və enerjivericidir. Bununla bərabər, zadəganlığı, zərifliyi və soyuqqanlılığı da ifadə etdiyi üçün soyuq mühit yaratmaq məqsədilə də istifadə edilir.
Ağın dekorasiyadakı təsirlərinə gəldikdə isə bu rəng xüsusilə xəstəxanalar və dərman firmaları kimi sağlamlıq məkanları üçün seçilən ilk rəngdir. Gözləri dincəldən və məkanı gerçək ölçülərindən daha böyük göstərən ağ əksər memarlar tərəfindən tövsiyə edilən bir rəngdir. İnsan sağlamlığı üzərindəki fiziki təsirlərinə gəldikdə, bu rəng nizamla işləməyən insanlarda mərhəmətsizlik, özünəacıma, təslim­olma kimi emosiyalar ortaya çıxarır.
Psixoloji təsirləri: bu rəngi sevənlər qarşıdurmadan uzaq, fərqli və azad bir dünyanın axtarışı içində olan insanlardır. Soyuqqanlı tərəfləri güclüdür və bu da ətrafındakı digər insanlara çox təsir edər. Bununla birlikdə, ağ rəngi istifadə edənlərin hər kəslə razılaşa biləcək qədər genişfikirli olduqları müəyyən olunmuşdur.
Qaraya gəldikdə isə bu rəng bütün digər rənglərin “ögey qardaşı” hesab olunur. Soyuq və qəmli rəngdir. Bir çox xalqlarda matəmin rəmzidir. Geyimlərə ciddilik, rəsmilik, xüsusi ağırlıq verir. Bu rəng ta qədim zamanlardan bəri qaranlığı ifadə etmişdir. “Qara yerə girəsən”, “Başını qara yer oğurlasın”, “Qara yer otağın olsun”, “Qaranlıq dünyanın qara küncündə qaralasan” kimi qarğışlar buna əyani sübutdur. Qara sanki hər yerdə üstündə mənfi məna yükü daşıyır. Bu rəngin funksiyası çoxdur və o, qoşulduğu sözlərdə müxtəlif mənalar ifadə edir. Misal üçün, istər qədim adlarda (Qaraxan, Qaragünə, Qarabudaq, Qaraca Çoban, Qaraçəkur və sair), istərsə də müasir adlarda (Qarakişi, Qarakazım, Qaravəli və sair) işlənmiş “qara” çoxanlamlıdır. Bir fikrə görə, adlardakı “qara” xaqanlıqda xanların titulunu bildirmişdir. Başqa bir fikrə görə isə “qara” titul yox, “başçı, böyük” deməkdir. Qara rəng oğuzlarda düşməni ifadə etmək üçün ideal rəng hesab olunmuşdur (“Qara donlu kafirlər” ifadəsi kimi).
Digər bir tərəfdən, qara rəng yaradıcılığın və melanxoliyanın rəmzi hesab olunur. Yaradıcı insanların böyük əksəriyyəti bu rəngi ilham mənbəyi olaraq qiymətləndirirlər. Qara həm də zəriflik simvoludur. Təsadüfi deyil ki, kübar aləmdə qara rəng xüsusi önəm daşıyır, təntənəli və rəsmi məclislərdə qaraya böyük önəm verilir. Düşüncənin rəngidir, üsyankar ruha malikdir, sonsuzluğa işarədir. Kosmosda sonsuzluq qara rənglidir. Psixoloqların fikrincə, qara rəng bütünlükdə qaranlığı, darlığı ifadə etmir, əksinə, qaranlıq bir dünyanın varlığını, amma oraya bir gün Günəşin doğacağını deyir.
Müasir dövrümüzdə cəmiyyətdə qara rəng uğursuzluq kimi xarakterizə edilir. İlk baxışdan bədbinliyi təmsil etdiyindən bu cür rəngə üstünlük verən insanlar özünəqapalı, eyni zamanda ciddi xarakterə malik olub, özündən razı kəslərdir. Qara rəng əsəbləri gərginləşdirir, enerjini tükədir. Bu rəng mühiti ağırlaşdırır, yanındakı rəngin təsirini artırır. Qara rəngə meylin artması insanın psixoloji vəziyyətinin ağırlaşmasından xəbər verir. Psixoloqların bəziləri bu rəngə üstünlük verən insanların reallığı neqativ qəbul etdiyini deyir. Onlarda özlərinə inam olmur. Depressiyalara meyil edirlər. Digər psixoloqlar isə əksinə, bu rəngə üstünlük verənlərin inadkar və kompromissiz olmasını, gizli, uğura meyilli olduqlarını düşünürlər. Qara rəng romantikliyə və hüznə işarədir, həm də gücün təmsiledicisidir.
Bəli, həyatımızın ayrılmaz bir hissəsi olan “ağ” və “qara” hər yerdədir. Yerdə, göydə, həyatda, ölümdə, hətta döyüş meydanında – şahmat lövhəsində. Əziz oxucular, qoy “qara” günlər sizdən uzaq, bəxtinizsə “ağ” olsun!

 Əzəmət HƏSƏNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3066751
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
783
4574
9684
118082
3066751

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter