11 Aprel 2021, Bazar

Naxçıvan Muxtar Respublikasında məhdud fiziki imkanlı gənc­lərin asudə vaxtının səmərəli təşkili, onların sərbəst yaşayış imkanlarının artırılması, istedadlarının üzə çıxarılması istiqamətində keçirilən tədbirlər diqqət mərkəzində saxlanılır. Həmin tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə müvafiq kateqoriyadan olan gənclər arasında “Qarabağ Azərbaycandır!” mövzusunda rəsm müsabiqəsi keçirilib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, bu gün muxtar respublikada həyata keçirilən kompleks sosial müdafiə tədbirləri sağlamlıq imkanları məhdud gəncləri də əhatə edir. Belə gənclərin yaradıcılıq əzminin stimullaşdırılması məqsədilə zəruri işlər həyata keçirilir. Qeyd olunub ki, görülən işlərin nəticəsi kimi, müvafiq kateqoriyadan olan gənclər arasında yaradıcılıq tədbirlərinə olan maraq artır və bu istiqamətdə uğurlu nəticələr müşahidə edilir. Çıxışlardan sonra müsabiqəyə start verilib. Qeyd edək ki, 10 müəllifin 33 rəsm əsərinin nümayiş etdirildiyi tədbirdə qaliblər diplom, fəxri fərman və hədiyyələrlə təltif olunub.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR