15 Aprel 2021, Cümə axşamı

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində dram müsabiqəsinin şəhər mərhələsi keçirilib.
Beş məktəb üzrə 54 şagirdin iştirak etdiyi şəhər mərhələsində Mirvarid Dilbazinin “Xocalı fəryadı”, Cəlil Məmmədquluzadənin “Poçt qutusu”, Süleyman Rüstəmin “Ana və poçtalyon”, Hüseyn Cavidin “Qız məktəbində”, “Topal Teymur” əsərləri təqdim olunub.

Müsabiqənin şəhər mərhələsində I yerə Heydər Əliyev adına Hərbi Lisey, II yerə Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey, III yerə isə Heydər Əliyev adına tam orta məktəb, Naxçıvan Qarnizonu tam orta məktəbi və Naxçıvan Qızlar Liseyi layiq görülüb.
Qaliblər diplomlarla mükafatlandırılıb, I yerə layiq görülən Heydər Əliyev adına Hərbi Lisey müsabiqənin muxtar respublika mərhələsində iştirak edəcək.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin
mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR