15 Aprel 2021, Cümə axşamı

“Naxçıvan” Universitetində bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə universitetin rektoru, dosent Nurlana Əliyeva açıb. Bildirib ki, 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bu münasibətlə dövlət başçısı cənab İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə bu il ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilib.
Qeyd olunub ki, bu layihə çərçivəsində 1-5 mart tarixlərdə keçirilən tədbirlərin əsas məqsədi klassik şairimizin zəngin yaradıcılığının gənc nəsilə çatdırılması, belə şəxsiyyətlərin milli-mədəni tariximizdəki rolunu onlara aşılamaqdır.

Sonra “Xəmsə” milli intellektual oyunu keçirilib. Dahi şairimiz Nizaminin həyat və yaradıcılığına həsr olunmuş bilik yarışması gərgin mübarizə şəraitində keçib. Nəticələrə əsasən “Qarabağ” komandası I, “Xarı bülbül” komandası II, “Şuşa” komandası III, “Zəfər” komandası isə IV yerə sahib olub.
Tədbirdə 5 gün ərzində seçilən fəal tələbələr və qalib komandalar diplomla təltif edilib.
Sonda universitetin rektoru bir daha Nizami Gəncəvi yaradıcılığının ədəbiyyatımızda xüsusi yeri olduğunu, bu yaradıcılığın mütəmadi olaraq təbliğ və tədqiq edilməsinin zəruriliyini xatırladıb. Belə tədbirlərin il ərzində davam edəcəyi bildirilib.
Bununla da “Naxçıvan” Universitetində keçirilən “880 illik dəyər – Nizaminin Xəmsəsi” adlı silsilə tədbirlər sona çatıb.
Xatırladaq ki, layihə çərçivəsində 5 gün ərzində açılış tədbiri, tələbələrin əl işlərindən ibarət rəsm sərgisi, “Hikmət və nəsihətlər” və “Sirlər xəzinəsi” kitablarının müzakirəsi, “Xeyir və Şər” əsərinin səhnələşdirilməsi və “Xəmsə” milli intellektual oyunu keçirilib.

“Naxçıvan” Universitetinin
mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR