14 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyində 2012-ci ildə görülmüş işlərə həsr olunmuş kollegiya iclası keçirilmişdir. Kollegiya iclasında mədəniyyət və turizm naziri Sarvan İbrahimov geniş məruzə ilə çıxış etmişdir.
Qeyd etmişdir ki, 2012-ci il də mədəniyyət sahəsi üçün uğurlu olmuşdur. Ötən il Culfa Şəhər Uşaq Musiqi Məktəbinin, Kəngərli rayonunun Çalxanqala Kənd Uşaq Musiqi Məktəbinin, Şərur rayonundakı Aşağı Daşarx Kənd Uşaq Musiqi Məktəbinin yeni binaları istifadəyə verilmişdir. 2012-ci ildə Şərur rayonunun Dərəkənd, Danyeri, Kərimbəyli, Qorçulu, Kəngərli rayonunun Çalxanqala, Ordubad rayonunun Behrud, Biləv, Parağa, Yuxarı Əylis, Culfa rayonunun Milax, Ləkətağ, Boyəhməd, Sədərək rayonunun Sədərək kəndlərində istifadəyə verilən kənd mərkəzlərində mədəniyyət müəssisələri üçün də yerlər ayrılmışdır.
Qeyd olunmuşdur ki, 2012-ci il “Milli dəyərlər ili” elan olunmuş, bununla bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müxtəlif tədbirlər həyata keçirilmişdir. Belə ki, “Milli dəyərlərimiz – milli sərvətimiz” folklor və muğam festivalı, ədəbi tədbirlər, yaradıcılıq təşkilatları üzrə müsabiqələr təşkil olunmuşdur. 2012-ci ildə “Naxçıvan mətbəxi” və “Naxçıvan tikmələri” kitabları çap edilmiş, xalq yaradıcılığının ən qədim qaynağını özündə yaşadan “Şərur yallıları”ndan ibarət disk buraxılmışdır.

Naxçıvanda musiqi sənətinin müxtəlif janrlarının inkişafına da qayğı ilə yanaşılmış, Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri yaradılmışdır. Orkestrin kollektivinə 20 dəst geyim verilmişdir. 
Ötən il Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi Məmməd Səid Ordubadinin 140, filosof-şair Hüseyn Cavidin 130 illik yubileyləri geniş şəkildə qeyd olunmuşdur. Bundan başqa, Bəhruz Kəngərlinin 120 illik yubiley tədbirləri çərçivəsində rəssamın əsərlərindən ibarət ilk albom-kataloq nəşr olunmuş, Naxçıvanda ilk dəfə Bəhruz Kəngərli yaradıcılığının tam külliyyatını əks etdirən sərgi təşkil edilmişdir.
Muxtar respublikamızda “Naxçıvan – bəşəriyyətin beşiyi” mövzusunda Beynəlxalq Rəsm Festivalının keçirilməsi, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyinin qeyd olunması, bu mədəniyyət ocağında elektron kitabxana yaradılması 2012-ci ilin yaddaqalan hadisələrindəndir.
Turizm sahəsində fəaliyyətin səmərəliliyinin artırılması təsirsiz qalmamış, 2012-ci ildə muxtar respublikaya ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 350 mindən çox turist gəlmişdir. Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks quruculuq tədbirləri çərçivəsində Naxçıvan şəhərindəki XVII əsrə aid Zaviyə Mədrəsə binası əsaslı təmir olunmuş və Naxçıvan Turizm İnformasiya Mərkəzi bu tarixi binada fəaliyyətə başlamışdır.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3271247
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
868
4121
9016
55893
3271247

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter