26 Oktyabr 2021, Çərşənbə axşamı

Sentyabrın 9-da Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin və Şərur Rayon Mədəniyyət Şöbəsinin təşkilatşılığı ilə Şərur Şəhər “Bahar” Kinoteatrında“Klub müəssisələrində dərnək və folklor qruplarının bərpa edilməsi” adlı seminar-müşavirə keçirilib. Mədəniyyət üzrə Elmi Metodik Mərkəzin və Şərur rayonunda fəaliyyət göstərən klub müəssisələri əməkdaşlarının iştirak etdiyi tədbiri Şərur Rayon Mədəniyyət Şöbəsinin müdir müavini Sabir Əliyev giriş sözü ilə açaraq bugünkü seminar-müşavirənin klub müəssisələrində dərnək və folklor qruplarının yaradılması, fəaliyyətinin bərpa edilməsivə artırılması baxımından əhəmiyyətli olduğunu deyib.

 

Seminar-müşavirədə Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədov çıxış edərək bildirib ki, ölkəmizdə2020-ci ilin mart ayından etibarən elan edilmiş karantin rejimi ilə əlaqədar olaraq, muxtar respublikanın yaşayış məntəqələrində fəaliyyət göstərən klub müəssisələrində mövcud olan dərnək və folklor qruplarının da fəaliyyətinə də təsirsiz ötüşməyib. Ötən müddət ərzində, təbii olaraq, əksər klub müəssisələrində mövcud olmuş dərnək və folklor qruplarının üzv tərkibi azalıb, bəzi dərnək və folklor qruplarının fəaliyyəti isə dayanıb.

Qeyd olunub ki, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz muxtar respublikada fəaliyyət göstərən klub müəssisələrində dərnək, folklor kollektivlərinin, eləcə də xalq oyun qruplarının bərpasına və yaradılmasına əməli köməklik göstərilməsi işini davam etdirir. Bu məqsədlə mərkəz tərəfindən muxtar respublikanın rayon mərkəzlərində keçiriləcək seminar-müşavirələrin müvafiq qrafiki hazırlanıb. Həmin qrafikə əsasən, bugünkü seminar-müşavirə sayca dördüncü olmaqla Şərur rayonunda keçirilir. Seminar-müşavirənin keçirilməsində məqsəd Şərur rayonunda mövcud olan klub müəssisələrində dərnək və folklor qruplarının fəaliyyətinin bərpa edilməsinə, klub müəssisələrinin yaradıcı potensialı nəzərə alınmaqla yeni dərnək və folklor qruplarının yaradılmasına, həmçinin mövcud dərnək və folklor qruplarının fəaliyyətinin artırılmasına əməli köməklik göstərilməsindən ibarətdir.

Diqqətə çatdırılıb ki, muxtar respublikanın yaşayış məntəqələrində fəaliyyət göstərən klub müəssisələrində dərnək və folklor kollektivlərinin, eləcə də xalq oyun qruplarının yaradılması milli dəyərlərimizin tərkib hissəsi olan xalq yaradıcılığının yaşadılması, təbliği və gələcək nəsillərə ötürülməsi deməkdir. Belə ki, klub müəssisələrində fəaliyyət göstərən dərnək və ya folklor qruplarının üzvləri folklorumuzu öyrənməklə bilavasitə həmin xalq yaradıcılığı nümunələrinin daşıyıcısı olurlar. Nəticə etibarilə, bu gün dərnək üzvü olmuş yeniyetmə və gənc gələcəkdə xalqımızın qədim tarixə malik mədəniyyətini öz həyatlarında yaşatmış olacaq.

Mərkəz direktoru əlavə edib ki, klub müəssisələri əməkdaşlarının fəaliyyət istiqamətlərindən biri də fəaliyyət göstərdikləri yaşayış məntəqəsindəki xalq yaradıcılığı nümunələrini müvafiq qaydada toplayıb yazıya almaq və onu aidiyyəti üzrə təqdim etməkdən ibarətdir.

Vurğulayıb ki, bu gün bərpa edilməsi və ya yeni yaradılması tövsiyə olunan dərnək və folklor qruplarının bu ilin oktyabr ayının əvvəlinə qədər tam fəaliyyətə başlaması arzuolunandır.

Sonra Şərur rayonunda mövcud olan mədəniyyət evi və klubların statistik qeydiyyatıaparılmış, bu müəssisələrdə potensiala uyğun müvafiq dərnək və folklor qruplarının bərpa olunması, eləcə yaradılması tövsiyə edilib.

Məlumat üçün qeyd edək ki, növbəti seminar-müşavirələrin ardıcıl olaraq, Ordubad, Şahbuz və Sədərək rayonlarında da keçirilməsi nəzərdə tutulur.

 

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR