26 Sentyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar Şərur Rayon Mədəniyyət və Turizm Şöbəsində də tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə şöbənin foyesində təşkil olunmuş sərgiyə baxmışlar.
Mərasimdə çıxış edənlər 1990-cı il yanvarın 20-də sovet ordusunun Bakıda törətdiyi faciənin təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu, Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin heç bir zaman unudulmayacağını, onların əbədiyaşar xatirələrinin hər zaman uca tutulacağını vurğulamışlar.
Qeyd olunmuşdur ki, xalqımızın qəhrəmanlıq salnaməsi olan 20 Yanvar faciəsinə ilk etiraz ümummilli lider Heydər Əliyev tərəfindən bildirilmişdir. Ulu öndər yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək qəti şəkildə bu faciəni pisləmiş, ölkəmizin haqq səsini dünyaya çatdırmışdır. Məhz dahi rəhbərin qətiyyəti və müdrikliyi sayəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilmişdir.
Sonra Rza Təhmasib adına Şərur Xalq Teatrı aktyorlarının ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

 

*   *   *

Babək Rayon Mədəniyyət və Turizm Şöbəsində 20 Yanvar faciəsinə həsr olunmuş konfrans keçirilmişdir. Əvvəlcə xalqımızın müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Konfransı rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Aybəniz Babayeva açaraq 1990-cı ilin təlatümlü yanvar günlərində Bakıda və respublikamızın bir sıra bölgələrində baş verən hadisələr, bu hadisələrin davamı olan yanvarın 19-dan 20-nə keçən gecə rus imperiyasının törətdiyi qanlı cinayətlər nəticəsində xalqımızın başına gətirilmiş müsibətlər, keçmiş respublika rəhbərliyinin xalqa zidd siyasəti ucbatından baş verən qanlı qırğın barədə danışmışdır. O, həmin ağır günlərdə Vətəndən uzaqlarda olsa belə, öz millətinin, xalqının taleyinə biganə qala bilməyən, bu çətin dəqiqələri Moskvada yaşayan həmyerlilərimizlə birgə keçirən, Qorbaçov-Vəzirov hakimiyyətinin rəvac verdiyi qanlı aksiyalara etiraz səsini ucaldan, SSRİ və Azərbaycan rəhbərliyini cinayətdə ittiham edən ümummilli liderimiz Heydər Əliyevin qanlı aksiyanın dünya ictimaiyyətinə çatdırılması istiqamətində apardığı mübarizədən söhbət açmışdır.
Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Fatma Bağırova, Cəlil Məmmədquluzadənin Xatirə Muzeyinin direktoru Akif Hacıyev, Cəhri Kənd Uşaq Musiqi Məktəbinin müəllimi Validə Hüseynova və Zeynəddin Kənd Uşaq Musiqi Məktəbinin direktoru Hüseyn Qafarov çıxışlarında 1990-cı ilin 20 Yanvar gecəsi xalqımıza qarşı törədilən misilsiz vəhşiliyi sovet imperiyasının tarixində ən qanlı səhifələrdən biri adlandırmışlar. Qeyd olunmuşdur ki, Qanlı Yanvar hadisəsi zamanı imperiya ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşun birləşmələrinin görünməmiş qəddarlığı xalqımızın azadlıq və müstəqillik əzmini sındıra, onun iradəsini, mübarizə əzmini qıra bilməmişdir. Xalqımız hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, özünün milli tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və suverenliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirmişdir.
Sonra 20 Yanvara həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.
Sonda tədbir iştirakçıları Qanlı Yanvar hadisələrinə həsr olunmuş sərgiyə baxmışlar.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3065973
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5
4574
8906
117304
3065973

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter