30 Noyabr 2021, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin əməkdaşlarının iştirakı ilə dahi şair Nizami Gəncəvinin Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan “Sirlər xəzinəsi” poemasının müzakirəsi keçirilib.

Tədbiri giriş sözü ilə mərkəzin elmi katibi Nihad Tarverdiyev açaraq qeyd edib ki, 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 2021-ci il 5 yanvar tarixdə Sərəncam imzalayıb.
Bildirilib ki, Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi böyük ədəbi şəxsiyyətlərdən biri olan görkəmli şair və mütəfəkkir Nizami Gəncəvi ölməz əsərləri ilə dünya şöhrəti qazanmışdır. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. “Sirlər xəzinəsi” poeması haqqında danışan elmi katib qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamı ilə təsdiq olunmuş siyahıya daxil edilən “Sirlər xəzinəsi” poeması sənətkarın “Xəmsə” poemalar silsiləsinə daxil olan ilk əsəridir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, yazıçı, şair, dramaturq, publisist Asim Yadigar çıxış edərək bildirib ki, Azərbaycan ədəbiyyatının ölməz korifeyləri içərisində Nizami Gəncəvinin özünəməxsus yeri var.
Vurğulanıb ki, “Sirlər xəzinəsi” qüdrətli sənətkarın “Xəmsə” poemalar silsiləsinə daxil olan ilk əsəridir. Poema şairin bütün ömürboyu yaradıcılığında başlıca ideyanı təşkil edən kamil insan – ədalətli hökmdar ideyasına həsr olunub, özündə kamil əxlaqlı insan, ədalətli idarəçilik və mərhəmətli hökmdar haqqında fikirlər əxz edir.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun, Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvü Muxtar Qasımzadə çıxış ediblər.
Sonda mərkəzdə yaradılan sərgiyə baxış olub.

Xəbərlər şöbəsi

 

 

 

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR