03 Dekabr 2021, Cümə

Oktyabrın 22-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü, Uşaq Musiqi və İncəsənət Məktəbinin müəllimi Nizami Məmmədovun fərdi yaradıcılıq sərgisi təşkil olunub.


Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva açaraq sərginin keçirilməsinin əhəmiyyətindən və rəssamın özünəməxsus yaradıcılıq yolundan danışıb. Bildirilib ki, Nizami Məmmədovun yaradıcılığı tanınan və seviləndir. Qeyd edib ki, Nizami Məmmədov 22 Oktyabr 1966-cı ildə Naxçıvan şəhərində anadan olub. İlk olaraq 1982-ci ildə Naxçıvan Muxtar Respublikası 1 nömrəli tam orta məktəbində fərdi sərgisi keçirilib. 1988- 1995- ci illərdə Naxçıvan Rəssamlar İttifaqında keçirilən sərgilərdə iştirak edib. 2011-2020-ci ildə Uşaq Musiqi və İncəsənət Məktəbinin müəllimi, şöbə müdiri vəzifəsində çalışıb. 1987-ci ildən bu günə kimi Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinin sərgilərində iştirak edib və 2019-cu ildən Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinin üzvü seçilib. Ülviyyə Həmzəyeva rəssamı təbrik edib, bundan sonrakı yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra Azərbaycan Respublikasının Əməkdar rəssamı Həsən Qurbanov, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov və başqaları çıxış edərək rəssamı təbrik ediblər.
Sonda tədbir iştirakçıları sərgi ilə tanış olublar. Qeyd edək ki, sərgidə rəssamın 50 əsəri nümayiş olunub.

Aytac CƏFƏRLİ

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR