20 Noyabr 2019, Çərşənbə

Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş “Naxçıvan – bəşəriyyətin beşiyi” II Beynəlxalq Rəsm Festivalında iştirak etmək üçün bir qrup rəssam Naxçıvan Muxtar Respublikasına gəlib. Dünyanın müxtəlif ölkələrindən rəssamların qatılacağı festivalda rəssamlar sərbəst mövzuda açıq səma altında rəsmlər çəkəcəklər.

Dünən Naxçıvanın qonağı olan sənət adamları üçün gəzinti təşkil edilib. Qonaqlar əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərimizdəki abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar. Sonra rəssamlar Heydər Əliyev Muzeyinə gələrək buradakı eksponatlarla tanış olub, dahi rəhbərimizin həyat yolu və fəaliyyəti haqqında ətraflı məlumat alıblar.
Həmin gün fırça ustaları Naxçıvan Dövlət Xalça Muzeyi və Naxçıvan Dövlət Tarix Muzeyində də olublar. Günün ikinci yarısında qonaqlar Açıq Səma Altında Muzey, Möminə xatın türbəsi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi, Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar, Əshabi-Kəhf ziyarətgahını ziyarət ediblər.
Qeyd edək ki, bu gün “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Naxçıvan – bəşəriyyətin beşiyi” II Beynəlxalq Rəsm Festivalının açılış mərasimi olacaq.

Sara ƏZİMOVA

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR