20 Noyabr 2019, Çərşənbə

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyində Xalq yazıçısı Hüseyn İbrahimovun 95 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə muzeyin direktoru Aləmzər İbrahimova açaraq qeyd etmişdir ki, Xalq yazıçısı Hüseyn İbrahimov XX əsr Naxçıvan ədəbi mühitinin yetişdirdiyi söz sənətkarlarından biridir. Vurğulanmışdır ki, onun “Sabahın sorağında”, “Günəş doğan yerdə”, “Bahar yağışı”, “Əsrin onda biri”,”Böhtan” adlı irihəcmli əsərləri geniş oxucu kütləsinin sevə-sevə oxuduğu əsərlərə çevrilmişdir. Yazıçının “Ölməz mahnılar” kino-povesti, “İtirilən sağlıq”, “Torpağın övladları” pyesləri, “Baharın hekayəsi”, “Qu quşları öləndə oxuyurlar” povestləri insanları mənəvi kamilliyə çağırır. Qeyd edilmişdir ki, Xalq yazıçısının müxtəlif illərdə nəşr olunmuş “Zərifənin çiçəkləri”, “Şirin xatirə”, “Nəciblik”, “Göyərçinin məhəbbəti”, “Səhv edəndə” və başqa kitabları oxucular tərəfindən maraqla qarşılanmışdır. Xalq yazıçısının bir sıra əsərləri rus, fransız, tatar və başqa dillərə də tərcümə edilmişdir.

Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar, yazıçı-publisist Əbülfəz Əsgərli, şair-publisist Vaqif Məmmədov, Azərbaycan Respublikasının xalq artisti Kamran Quliyev, şairlərdən Nazlı Hacılı, Əbülfəz Ülvi, Ələsgər Nehrəmli, Qafar Qərib, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşı Südabə Süleymanova, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əli Rzayev, Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinin əməkdaşı Xanım İsmayılova Xalq yazıçısının ayrı-ayrı əsərlərindən söhbət açmış, ədiblə bağlı xatirələrindən danışmışlar.
Naxçıvan Dövlət Universitetinin tələbələrinin ifasında Xalq yazıçısı haqqında görkəmli yazıçı və ədəbiyyatşünasların fikirləri səsləndirilmişdir.
Sonra muzeydə təşkil olunmuş “Hüseyn İbrahimov – 95” adlı sərgiyə baxış olmuşdur.

Əli RZAYEV

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR