20 Noyabr 2019, Çərşənbə

Naxçıvanın qədim sənətkarlıq sahələrindən birini dulusçuluq təşkil edir. Gilin xüsusi formaya salınaraq bişirilməsi ilə bağlı olan bu sənətkarlıq sahəsinin tarixi Naxçıvanda Neolit dövründən (e.ə. VII minillikdən) başlayır və bu gün də öz inkişafını uğurla davam etdirir. Dulusçuluqda gil qabların düzəldilməsi zamanı bir neçə proses həyata keçirilir.

İlk olaraq, qabların hazırlanması üçün yаrаrlı оlаn kеyfiyyətli qum sеçilir. Çünki yüksəkkеyfiyyətli gildən hаzırlаnmış qаblаr dаhа çох yаrаrlı və uzunömürlü оlurlar. Gildən yoğrulmuş qabları müəyyən formaya salarkən оnlаrın simmеtriyаsınа diqqət edilir. Qabı müəyyən fоrmаyа sаldıqdаn sоnrа bişirilmə prosesi zаmаnı çаtlаmаqdаn qоrumаq üçün хüsusi üsullаrdаn istifаdə еdilir. İlk оlаrаq, qаbı əvvəlcə bir nеçə gün kölgə yеrdə, sonra isə Günəş altında qurudurlar. Sоnrа qabın bişirilməsinə başlanılır. Bişirilmə zаmаnı gilin tərkibindəki dəmir birləşmələri оksidləşdirici аlоvun təsirindən müхtəlif rənglərə çevrilərək qabların boz, çəhrayı, qara və sair rənglərdə olmasına səbəb olur. Qаblаrın üzərinin rənglənməsində bоyаq bitkilərindən və müхtəlif minеrаllаrdаn da istifаdə еdilir. Mаrqаns оksidindən şаbаlıdı, mis оksidindən yаşıl, dəmir оksidindən sаrı, kоbаlt оksidindən mаvi rənglər alınır.

Qabların düzəldilməsi və bişirilməsi prosesindən sonra onların üzəri müəyyən ornamentlərlə naxışlanır. Naxışlanmada istifadə olunan ornamentlər həndəsi, nəbati, antropomorf, zoomorf olmaqla bir neçə qrupa bölünür. Həndəsi оrnаmеntlər sаdə və mürəkkəb quruluşludur. Sаdə həndəsi оrnаmеntlər içərisində dаlğаlı, düz və sınıq хətlər dаhа çох yаyılmışdır. Mürəkkəb həndəsi оrnаmеntlər dаirə, rоmb, dördbucаq və üçbucаqlаrın kоmbinаsiyаsındаn ibаrətdir. Qabların üzərinin naxışlanmasında basma, cızma, çərtmə və digər üsullardan istifadə olunur.
Dulusçuluqda da hər bir dövrün xarakterik xüsusiyyətləri özünü göstərir. Neolit və Eneolit dövründə gil qablar saman qarışığı olan gildən açıq-çəhrayı, qırmızı, bəzən isə boz rəngdə düzəldilmişdir. Tunc dövründən başlayaraq qabların hazır­landığı gilin tərkibinə iri və ya xırda qum dənələri qatılaraq onların keyfiyyəti daha da artırılmışdır. Erkən Tunc dövründə Eneolit dövrünün naxışlanma üsul və formaları qorunub saxlanılsa da, Naxçıvan dulusçuları tərəfindən yeni naxışlanma motivlərindən də istifadə olunmuşdur. Bu dövrdə qabların naxışlanmasında oval və ya yuvarlaq batıqlardan, spiralvarı rəsmlərdən, “S”, “L”, “M”, “Y” şəkilli işarələrdən geniş istifadə olunmuşdur. Orta Tunc dövründə dulus çarxından geniş istifadə edilməsi nəticəsində əmək məhsuldarlığı yüksəlmiş, məhsul istehsalının intensivliyi artmış, bu sənətkarlıq sahəsi müstəqil təsərrüfat sahəsinə çevrilmişdir.
Naxçıvan Boyalı qablar mədəniyyətinin əsas mərkəzlərindən biri olmuşdur. II Kültəpə abidəsindən tapılan dulusçuluq məhəlləsi və mükəmməl quruluşlu dulus kürələri Orta Tunc dövründə II Kültəpənin Naxçıvanın mühüm dulusçuluq mərkəzi olduğunu göstərir. Naxçıvan dulusçuları tərəfindən Son Tunc, Erkən Dəmir, Antik, Orta əsrlər və sonrakı dövrlərdə də öz orijinallığı ilə seçilən gil qablar düzəldilmişdir. İlk orta əsrlərin sonlarından başlayaraq Azərbaycanın bütün bölgələrində olduğu kimi, Naxçıvanda da dulusçuluq istehsalı daha yüksək səviyyəyə çatmışdır. Bu dövrdə müxtəlif dulusçuluq mərkəzlərində şirli qablar istehsalına başlanması, dulus kürələrinin kütləvi şəkildə tətbiq edilməsi keyfiyyətli saxsı məmulatının istehsalı üçün daha əlverişli şərait yaratmışdır. Dulusçuluq sənətinin meydana gələrək inkişaf etməsi yeni-yeni məişət qablarının xalqın gündəlik həyatına daxil olmasına səbəb olmuşdur. Bütün dövrlərdə qabların üzərinin müxtəlif ornamentlərlə naxışlanmasında dulusçuların bu sahədəki sənətkarlıq qabiliyyəti ilə yanaşı, düşüncə tərzi, milli-mənəvi dəyərlərimizi özündə əks etdirən motivlər, real həyat hadisələri ilə bağlı səhnələr mühüm yer tutur. Belə maraqlı gil qablardan birini Qızılburun abidəsindən əldə olunmuş Orta Tunc dövrünə aid (e.ə. III minillik) üzərində boyalı həndəsi naxışlarla birlikdə qarşı-qarşıya dayanmış insan rəsmləri təşkil edir. Rəsmdə insanın qolları dirsəkdən bükülmüş, əllərindən biri yuxarı qalxmış, digər əli yanındakının dizi üzərinə qoyularaq milli dəyərlərimizin tərkib hissəsi olan musiqimiz – qədim yallı rəqsimiz əks olunmuşdur. Naxçıvan dulusçuları tərəfindən yaradılan qədim tariximizi, zəngin mədəniyyətimizi özündə əks etdirən bu tip qablar çoxdur. Onların hər birinin maddi-mənəvi dəyərlərimizin öyrənilməsində elmi əhəmiyyəti böyükdür.
Dulusçuluğun tarixi ilə bağlı aparılan araşdırmalar zamanı arxeoloji abidələrdən əldə olunmuş çoxsaylı və çoxçeşidli gil qab nümunələri, onların istehsal texnologiyası, forma və bəzək-naxış elementləri, rəngi Naxçıvanda dulusçuluq sənətinin qədim ənənələr əsasında inkişaf edərək dövrümüzədək öz əhəmiyyətini saxladığını göstərir. Naxçıvan dulusçuları tərəfindən düzəldilən qablar orijinallığı, bədii-estetik xüsusiyyətləri ilə dünyanın dulusçuluq məhsulları içərisində seçilir. Dünya sənətkarlığında Naxçıvan dulusçuluq sənətinin özünəməxsus yeri vardır.

Toğrul XƏLİLOV
tarix üzrə fəlsəfə doktoru

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR