14 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Xalq təqviminə uyğun olaraq, xalqımız qış və yaz fəsillərini mərasim (çillə) və bayramla (Novruz) qarşılayır. Nədənsə yay və payız fəsillərinin qarşılanması üçün bir mərasim və yaxud bir bayram keçirilməmişdir. Keçirilmişdirsə də, bu günə qədər nə elm aləminə bəllidir, nə də xalq yaddaşında qalmışdır. Ancaq son dövrün araşdırmalarından və toplanmış etnoqrafik materiallardan məlum olur ki, Ordubad bölgəsində yayın girməsi ilə əlaqəli “susəpən” adlı mərasim qeyd edilərmiş.

İyun ayının 21-də – yazın bitib, yayın girdiyi gün Ordubad bölgəsindəki Gilançay vadisinin yuxarı hissəsində “Susəpən” adlı mərasim keçirilirmiş. Mərasim zamanı ətraf kəndlərin sakinləri də şənliyə qoşularmışlar. Mərasimdə bu bölgənin əhalisi səhər erkəndən Gəmiqaya yaxınlığındakı Bibiqətər pirini, Qara piri ziyarət edərmiş.

Ziyarət üçün əvvəlcədən hər cür hazırlıq işləri görülərmiş. İnanc yerlərinə gedərkən yol boyu insanlar bir- birlərinin üzərinə su çiləyərmişlər. Pirlər ziyarət edildikdən sonra insanlar Gəmiqaya abidəsinə doğru üz tutarmışlar. Əsl şənliklər burda başlanarmış. Xüsusi bayram yeməkləri hazırlanar, yallı gedilər, at yarışları və digər oyunlar keçirilərmiş. Küsülülər məclisə gətirilərək barışdırılarmış. XX yüzilliyin 80-ci illərinə qədər yaşadılan bu mərasimin gecədən səhərə qədər davam etdiyi söylənilir. Maraqlı məqamlardan biri yayın ilk günü – ayın 22-si insanların Gəmiqaya ətrafına yığışıb Günəşi qarşılamaları idi. Deməli, mərasim iki gün qeyd edilirmiş. Bayramın ikinci günü birinci günə nisbətən daha təmtəraqlı və adamların çoxluğu ilə seçilərmiş. Mərasimdə iştirak edənlər Günəş doğmamış qayalarda olan şehi üzlərinə sürtərmişlər. Sonra “Gözəllər” adlanan çeşmədən su götürər və bu suyu müqəddəs hesab etməklə növbəti ilin həmin vaxtına qədər saxlayar, ondan bərəkət və sağlamlıq vasitəsi kimi istifadə edərmişlər. Qeyd edək ki, buradan hər gün deyil, məhz həmin gün götürülən suya inam olmuşdur. Məlumdur ki, su ilə təmizlənmə, suçiləmə, suyatapınma Naxçıvanda axır çərşənbənin səhəri günü həyata keçirilir. Bu da islamdan öncə xalqımızın suya tapınması, suya kult kimi baxması ilə əlaqədardır.
Mərasimdə Gəmiqayanın dörd tərəfində qurban kəsilər və kəsilmiş qurbanları qohumlara, qonşulara, kimsəsizlərə paylayarmışlar. Dörd tərəfə qurban kəsmək adətinə “Bilqamıs” dastanında da rast gəlinir. Bəhs olunan mərasimlə bağlı digər türk xalqlarında da oxşarlıq mövcuddur. Çuvaşlarda bu mərasimə bənzəyən “Tarla qurbanı” adlı mərasim vardır. Mərasim zamanı insanlar yayın başlanğıcında su kənarlarına toplaşıb göyə qurban verərdilər. Mayya mədəniyyətinin daşıyıcıları da müasir təqvimlə iyun ayının 22-də, yəni ən qısa yay gecəsində qurbanvermə mərasimi keçirərdilər.
Mərasim başa çatanda camaat yenidən çiləşə-çiləşə geri dönər, bununla da, mərasim bitmiş hesab olunarmış.
Maraqlıdır ki, mərasim ancaq Gəmiqayada məhz yay girəndə keçirilərmiş. Naxçıvanın heç bir yerində yayın girməsi ilə bağlı mərasim keçirilmir. AMEA-nın müxbir üzvi Hacı Qadir Qədirzadə yazır ki, bu mərasimin Nuh Peyğəmbərlə bağlılığı vardır, ancaq o, astronomik təqvimlə də səsləşir. Onu da qeyd edək ki, susəpən mərasimi haqqında ilk məlumatı Hacı Qadir Qədirzadə vermişdir.
Mərasimin “susəpən” adlandırılması, burada icra edilən adət və inanclar mərasimin genetik cəhətdən Azərbaycan türkləri ilə bağlı olduğunu ciddi şəkildə sübut edən amillərdəndir. Çünki hansı adətə, ənənəyə, inanc sisteminə nəzər salsaq, orda Azərbaycan türklərinə bağlılıq görürük.
Əslində, bu kimi mərasimlər milli mədəniyyətimizin tarixi səhifələri olmaqla, eyni zamanda xalqımızın dünyagörüşü və inamları ilə bağlı tapınma ayini, mərasim şənliyi və əxlaq qaydaları toplusudur.


Asəf ORUCOV
tarix üzrə fəlsəfə doktoru

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3272107
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1728
4121
9876
56753
3272107

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter