22 Sentyabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

İctimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnal olan “Naxçıvan” jurnalının çapdan çıxmış budəfəki – 25-ci nömrəsi muxtar respublikada elan edilmiş “Milli dəyərlər ili”nə həsr olunmuşdur. İlk səhifəsində xalqımızın ümummilli lideri Heydər Əliyevin milli dəyərlərimiz haqqında müdrik kəlamları əks olunmuş topluda akademik İsmayıl Hacıyevin, akademik İsa Həbibbəylinin, professor Hacıfəxrəddin Səfərlinin, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin, Heydər Əliyev Muzeyinin direktoru Ramil Oruc­əliyevin, professor Məhərrəm Cəfərlinin, AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadənin, filologiya elmləri doktoru Adil Bağırovun və başqalarının ictimai-siyasi, ədəbi-bədii və elmi-publisistik məqalələri nəşr edilmişdir.

            Jurnalda ulu öndər Heydər     Əliyevin xalqımızın milli dəyərlərinin bərpa olunması və yaşadılması istiqamətində yorulmaz fəaliyyətindən danışılmış, milli dövlət quruculuğunda milli dəyərlərimizin qorunması, dövlətçiliyimizin əbədi olması üçünsə bu dəyərlərimizin gələcək nəsillərə aşılanmasının vacibliyi məsələləri və ümumxalq ideologiyasına çevrilmiş Azərbaycançılıq ideologiyasının milli dəyərlər kontekstində təhlili təqdim olunmuşdur.

            Məqalələrdə ən ali milli dəyərlərimiz olan ana dili və Dövlət bayrağından, xalçatoxuma və regionun özünəməxsusluğu ilə xalçalara verilən adlardan, Novruz bayramı ənənələrindən, Naxçıvan xanlığı atributlarının milli dəyər kimi təqdimindən, dialekt və şivələrimizdə, həmçinin ədəbiyyatımızda milli dəyərlərimizin təzahüründən,

Hüseyn Cavid yaradıcı­lığında milli dəyərlərə verilən qiymətdən, naxçıvanlı rəssam və gənc yazarların əsərlərində milli adət-ənənələrimizin məcmusuna münasibətdən bəhs edilmişdir.

- Dilrubə NOVRUZOVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3049417
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
609
4569
26649
100748
3049417

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter