24 Sentyabr 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali       Məclisinin dördüncü sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2012-ci ili muxtar respublikamızda “Milli dəyərlər ili” elan etmişdir. “Milli dəyərlər ili”ndə muxtar respublikamızda həyata keçirilən tədbirlərin miqyası və əhatə dairəsi daha da genişlənmiş, milli dəyərlərin bərpası, qorunması və gələcək nəsillərə çatdırılması ilə bağlı əvvəlki illərdən başlanmış tədbirlərə diqqət daha da artırılmışdır.

     Muxtar respublikada “Milli dəyərlər ili” ilə bağlı hazır­lanmış Tədbirlər Planının icrası istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən bir sıra işlər görülmüşdür. Ötən müddətdə milli adət-ənənələri, milli mətbəxi və tətbiqi sənət nümunələrini özündə əks etdirən kitablar hazırlanıb nəşr etdirilmiş, muxtar respublikanın şəhər və rayonları üzrə mədəni-maarif işçilərinin “Milli dəyərlər ili”nə həsr olunmuş zona müşavirələri keçirilmişdir.  Bundan başqa, “Ozan” yaradıcılıq studiyasının “Sazçı qızlar” ansamblının Şahbuz, Şərur, Culfa və Ordubad rayonlarında çıxışları təşkil olunmuş, ansambla 15 gənc qız cəlb olunmuşdur. Cari ilin mart ayında Naxçıvan Dövlət Xalça Muzeyində “Azərbaycan xalçaları: Naxçıvan qrupu” adlı kitabın təqdimat mərasimi keçirilmiş, sərgilər təşkil olunmuşdur.

    Novruz bayramı münasibətilə təşkil olunmuş bayram mərasimlərində muxtar respublikanın bütün yaradıcı kollektivləri uğurla çıxış etmiş, zəngin xalq yaradıcılığı nümunələri nümayiş etdirilmişdir. Naxçıvan Dövlət Rəsm Qalereyasında “Novruz milli birlik bayramıdır”, Naxçıvanda yaşayıb-yaradan rəssamların Naxçıvanın təbiət mənzərələrini, tarixi abidələrini özündə əks etdirən rəsm əsərlərindən ibarət “Baharın səsi” adlı sərgilər təşkil olunmuşdur. Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı Türkiyə Respublikasının İzmir şəhərində keçirilən “Naxçıvan gecəsi” Novruz şənliklərində uğurla iştirak etmişdir.

   Bu ilin iyun ayında muxtar respublika üzrə “Milli dəyərlərimiz – milli sərvətimiz” folklor və muğam müsabiqəsi keçirilmiş, iyul ayında müsabiqənin yekun konserti olmuşdur.  Müsabiqədə tək və kollektiv formada, ümumilikdə, 300-dən artıq ifaçı iştirak etmişdir.

            Muxtar respublikanın rayon və kəndlərində də “Milli dəyərlər ili”nə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Belə ki, Şahbuz rayonunun kəndlərində “Folklor günləri” adı altında tədbirlər keçirilmiş, Kəngərli Rayon Mədəniyyət Evində xalq yaradıcılığının bir çox sahələrinə aid əl işləri sərgisi, rayon Tarix-Diyarşünaslıq Muzeyində rayon Mədəniyyət Evinin “Toxuculuq” dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi, Ordubad Rayon Mədəniyyət Evində XIX-XX əsrlərdə Ordubadda toxunmuş xalça-palaz məmulatlarının sərgisi təşkil olunmuşdur. Culfa rayonunun mədəni-maarif müəssisələrində fəaliyyət göstərən dərnəklərdə hazırlanmış müxtəlif toxuma və əl işləri, taxta üzərində oyma və mis üzərində döymə nümunələri mütəmadi olaraq Culfa şəhərində təşkil edilmiş sərgi-satış mağazasında sərgilənmişdir. Şərur şəhərindəki “Bahar” kinoteatrında “Milli dəyərlərimiz – Yallı” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.

            “Milli dəyərlər ili”ndə bir sıra xalq sənətini yaşadan qrup və dərnəklərin fəaliyyəti də bərpa olunmuşdur. Belə ki, Şahbuz rayonunun Aşağı Qışlaq kənd mədəniyyət evi nəzdində “Toxucular və xalçaçı qızlar” qrupunun fəaliyyəti bərpa olunmuş, Culfa Rayon Mədəniyyət Evinin nəzdində “Qızıl əllər” dərnəyi yaradılmışdır. Babək Rayon Mədəniyyət və Turizm Şöbəsinin kənd klub və mədəniyyət evlərində şifahi xalq ədəbiyyatı nümunələrini toplayan “Elimizin söz boğçası” adlı maraq klublarının yaradılmasına başlanmışdır.

            “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi tərəfindən milli dəyərimiz olan mətbəx nümunələrimizin təbliği sahəsində müəyyən işlər görülmüş, “Naxçıvan mətbəxi” kitabı nəşr olunmuşdur.

            Sentyabr ayında Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Naxçıvan Dövlət Filarmoniyası “Milli dəyərimiz – Muğam” adlı konsert proqramı ilə çıxış etmiş, ümumilikdə, milli dəyərlərin təbliği məqsədilə muxtar respublikanın mədəniyyət müəssisələrində 50-yə yaxın konfrans, dəyirmi masa, seminar, disput və digər mədəni-kütləvi tədbirlər keçirilmiş, 20-dək sərgi təşkil olunmuş, “Yallı” kompakt diski hazırlanmış və “Naxçıvan tikmələri” kitabı nəşr olunmuşdur.

            Bu il görülən mühüm işlərdən biri də muxtar respublikada xalq yaradıcılığı sahələrində fəaliyyət göstərən 242 sənətkar barədə məlumat bazasının yaradılmasıdır. Hazırda muxtar respublikada “Dizayn Holdinq” Şirkətlər İttifaqının nəzdində misgərlik və şüşə üzərində işləmə sənəti üzrə emalatxana, “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının nəzdində taxta üzərində oyma və nəqqaşlıq sənəti üzrə emalatxana, “Naxçıvan Biznes Mərkəzi” MMC-nin xalçaçılıq emalatxanası, fiziki şəxs İxtiyar Seyidova aid milli musiqi alətlərinin istehsalı və təmiri emalatxanası fəaliyyət göstərir. “Naxçıvan Biznes Mərkəzi” MMC-nin nəzdində yaradılan xalçaçılıq emalatxanasının fəaliyyətinin təşkili məqsədilə “AzərXalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin mütəxəssisləri cəlb edilməklə, 8 həvəskar xalçaçı üçün 2 ay müddətində praktik təlim keçirilmiş və iştirakçılara sertifikatlar təqdim olunmuşdur. Naxçıvan şəhərində keramika və dulusçuluq sənəti ilə məşğul olan 1 nəfər sənətkar dəzgah və lazımi xammalla təmin edilmiş, “Dulusçuluq emalatxanasının yaradılması və hədiyyəlik gil əşya istehsalı”nın təşkili üçün layihə hazırlanmışdır. 

            İstehsal müəssisələrində milli sənətkarlıq və hədiyyəlik əşya istehsalının təşkili istiqamətində mütəmadi fəaliyyət göstərən emalatxanalarda sənətkarlar və həvəskarlar üçün 3 aylıq təlim kursları təşkil edilmişdir. Özəl biznes təşəbbüslərinin dəstəklənməsi istiqamətində Naxçıvan şəhərində fiziki şəxs Natiq İsmayılovun vitraj və dekorativ tətbiqi sənət emalatxanasının yaradılması, Bakı şəhərində fəaliyyət göstərən “Möminə xatın moda evi”nin muxtar respublikada nümayəndəliyinin yaradılması və “Zümrüd” Kiçik Müəssisəsinin bazasında milli geyimlərin istehsalı üzrə yeni istehsal profilinin təşkili ilə bağlı layihə təkliflərinin texniki müzakirələri keçirilmişdir. 10 sənətkarın əl işləri və rəsm əsərlərinin fərdi sərgi-satışı həyata keçirilmiş, xalçaçılıq və dekorativ tətbiqi sənət sahəsində fəaliyyət göstərən iki sənətkara güzəştli şərtlərlə kredit verilmişdir. Bakı şəhərində təşkil edilmiş yerli sənətkarların əl işlərindən ibarət yarmarkada muxtar respublikada fəaliyyət göstərən sənətkarlara aid 80 əl işi satışa çıxarılmış, “Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı nümunələri” adlı kataloq nəşr edilmiş, sənətkarlar üçün onların fəaliyyət sahələrinə aid təbliğat kitabçası hazırlanmışdır.

            “Milli dəyərlər ili”ndə məhdud fiziki imkanlı şəxslərin cəmiyyətə inteqrasiyası məsələləri də diqqət mərkəzində saxlanılmış, onların əl işlərinin satış-sərgiləri təşkil olunmuş, Naxçıvan şəhərindəki Tədris-Ticarət Mərkəzində sağlamlıq imkanları məhdud şəxslərin və ahılların rəsm və əl işlərinin satışı üzrə mağaza fəaliyyətə başlamışdır. Naxçıvan Regional İnformasiya  Mərkəzinin qarşısında “Vətənimdir Azərbaycan!” devizi altında sağlamlıq imkanları məhdud uşaqlar arasında asfalt üzərində rəsm müsabiqəsi keçirilmiş, onların muxtar respublikanın  mədəniyyət ocaqlarına, tarixi-memarlıq abidələrinə ekskursiyaları təşkil edilmişdir. Xalqımızın zəngin incəsənət nümunələrini və milli mətbəximizin incəliklərini öyrətmək və yaşatmaq məqsədilə bir sıra işlər həyata keçirilmiş, Naxçıvan Regional Peşə Tədris Mərkəzində  “Toxucu”, “Xalçaçı”, “Keçəçi”, “Aşpaz köməkçisi” və “Qalayçı” peşələri  üzrə  kurslar təşkil edilmişdir.

            Ötən dövrdə muxtar respublikada “Milli dəyərlər və ailə faktoru” mövzusunda 5 konfrans, “Milli dəyərlər və uşaqlar” mövzusunda 11 seminar keçirilmişdir. Bu ilin avqust ayında Heydər Əliyev Sarayında 72 istedadlı qadının 428 əl işinin satış-sərgisi təşkil edilmiş, Dövlət Bayrağı Günü münasibətilə “Milli dəyərimiz – vətənpərvərlik” mövzusunda qadınlar arasında rəsm və əl işləri müsabiqəsi keçirilmişdir.

            Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində milli dəyərlərlə bağlı araşdırmalar aparılmış və mühüm elmi nəticələr əldə edilmişdir. “Milli dəyərlər milli kimliyimizdir” mövzusunda elmi konfrans keçirilmiş, konfransın materialları “Naxçıvan” jurnalının milli dəyərlərə həsr olunmuş 25-ci nömrəsində çap edilmiş, bir sıra dərslik və kitablar nəşr olunmuşdur.

            Milli dəyərlərin yaşadılması muxtar respublikanın ali təhsil müəssisələrində də diqqət mərkəzində saxlanılmış, Naxçıvan Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin xətti ilə “Novruz bayramı: tarixdə və sənətdə” mövzusunda elmi konfrans təşkil olunmuş, universitetin müəllimi Məhsəti Əsgərovanın tikmə sənətinə dair işlərindən və tələbə rəssamların “Milli mərasimlərimiz” mövzusunda çəkdikləri rəsm əsərlərindən ibarət sərgi təşkil edilmişdir. Həmçinin universitetdə “Heydər Əliyev Universiteti”nin aprel məşğələsi “Heydər Əliyev və milli dəyərlər” mövzusuna həsr olunmuş, “Heydər Əliyev və milli dəyərlər” mövzusunda dəyirmi masa təşkil edilmişdir. “Müstəqil dövlətçilik və milli dəyərlər”, “Naxçıvan Muxtar Respublikasında mövcud olan qədim memarlıq abidələrinin bərpasına və qorunmasına dövlət qayğısı”, “Milli dəyərlər və müasir gənclik”, “Müstəqil dövlətçilik və ümummilli dəyərlər” mövzularında  elmi konfransların keçirilməsi də Naxçıvan Dövlət Universitetində milli dəyərlərin qorunub yaşadılması istiqamətində həyata keçirilən tədbirlərin davamı kimi yadda qalmışdır.

            Ədəbi yaradıcılıqda milli dəyərlərin qorunması və təbliğinə üstün istiqamət verilmiş,  şair və yazıçıların milli dəyərlərimizlə, adət-ənənələrimizlə bağlı kitabları, şeirləri, hekayələri və dram əsərləri çap olunmuşdur. Bu dövrdə rəsm əsərlərindən ibarət 12 sərgi və 3 müsabiqə təşkil edilmiş, “Naxçıvan – bəşəriyyətin beşiyi” adlı Beynəlxalq Rəsm Festivalı keçirilmişdir. Festivalda 4 ölkədən 24 rəssam iştirak etmiş, çəkilən rəsm əsərləri Naxçıvan Dövlət Rəsm Qalereyasına hədiyyə olunmuş və həmin əsərlərdən ibarət albom-kataloq çap edilmişdir.

            Naxçıvan Muxtar Respublikasının kütləvi informasiya vasitələrində “Milli dəyərlər ili” ilə bağlı müxtəlif səpgili verilişlər, sənədli filmlər, qəzet materialları hazırlanmış, keçirilən tədbirlər işıqlandırılmışdır. “Milli dəyərlər ili” ilə bağlı 2012-ci ilin ötən dövründə Naxçıvan Dövlət Televiziyasında 277 veriliş və 1 tele­viziya filmi, Naxçıvan Dövlət Radiosunda 114 veriliş, “Naxçıvanın səsi” radiosunda 123 veriliş hazırlanmış, “Kanal 35” televiziyasında 315 videomaterial efirə təqdim olunmuşdur. Bu dövrdə “Şərq qapısı”,  şəhər və rayon qəzetlərində 306 məqalə dərc olunmuş, Naxçıvan Mətbuat Şurası tərəfindən “Milli dəyərlərimizi qoruyaq və yaşadaq” mövzusunda yaradıcılıq müsabiqəsi keçirilmişdir.

            Muxtar respublikada həyata keçirilən bu tədbirlər milli dəyərlərin öyrənilib yaşadılması istiqamətində görülən işlərin başlanğıcıdır. Bu sahədə görülən işlərlə kifayətlənməmək, milli dəyərlərimizin qorunub yaşadılması istiqamətində görülən işləri müntəzəm olaraq daha geniş miqyasda davam etdirmək hər birimizin üzərinə düşən mühüm vəzifələrdəndir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Milli dəyərlər daim qorunmalı və yaşadılmalıdır. Çünki milli dəyərlər bizim varlığımızın əsasıdır”.

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3059811
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2744
4261
2744
111142
3059811

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter