13 Noyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

   “Azərbaycan qədim tarixə, mədəniyyətə, gözəl təbiətə, böyük iqtisadi potensiala və eyni zamanda rəngarəng ecazkar mətbəxə malik ölkədir”. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis şəkildə işıq üzü görmüş “Naxçıvan mətbəxi” adlı kitab  ümummilli liderimiz Heydər Əliyevin bu sözləri ilə açılır. 2012-ci il – “Milli dəyərlər ili”nə layiqli töhfə olan bu kitab Naxçıvan mətbəxinin öyrənilməsində böyük əhəmiyyətə malikdir.

Kitab boyu oxucu Naxçıvan ərazisində aşkar olunmuş gil ocaq qurğusu, kələ-kötür divarlı qazan, çölmək tipli qab qırıntılarından, keramika məmulatlarından, dulusçuluq nümunələrindən tutmuş bu gün mətbəximizdə işlədilən avadanlıqlarla, Naxçıvanın uzun inkişaf yolu keçmiş milli mətbəx mədəniyyəti ilə tanış olur.

            “Naxçıvan mətbəxi” “Giriş”lə birlikdə 34 bölmədən ibarətdir. “Naxçıvan duzu”, “Qida kimi istifadə edilən mədəni və yabanı bitkilər”, “Naxçıvan Muxtar Respublikasında bitən meyvələr”, “Süd mətbəxi”, “Duru xörəklər”, “Quru xörəklər”, “Salat, qəlyanaltı və məzələr”, “Şərbətlər”, “Şirniyyatlar”, “Mürəbbələr”, “Turşular”, “Ocaqlar” və başqa bölmələrdə verilən məlumatlar ensiklopedik xarakter daşıyır. Sadə və anlaşıqlı dildə yazılan kitabda Naxçıvan mətbəxinin unudulmaqda olan kulinariya nümunələri də verilib. Bu da həmin yeməklərin yenidən mətbəxlərimizə gətirilməsində mühüm əhəmiyyət daşıyır. Kulinariyamıza böyük diqqətin ifadəsi kimi “Naxçıvan mətbəxi”nin 1500 tirajla nəşr olunması geniş oxucu kütləsinin də marağının nəzərə alınması deməkdir.

  Oxuculara Azərbaycan və ingilis dillərində təqdim olunan nəşrin dəyərini artıran cəhətlərdən biri də bu qiymətli kitabda ta qədimdən Naxçıvanda bişirilmiş yeməklərin şəkillərinin, mətbəx qab-qacağının şəkillərinin verilməsidir. Həmçinin hazırlanmış yeməklərin reseptlərinin kitabda özünə yer alması Naxçıvan mətbəxi ilə tanış olmayan insanlara bu mətbəxdən istifadə etməkdə yolgöstərici ola bilər. Kitabda mətbəxlə bağlı folklor nümunələri də verilib.

            İnanırıq ki, “Naxçıvan mətbəxi” çoxlarının stolüstü kitabına çevriləcək.

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3266835
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
577
4027
4604
51481
3266835

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter