25 Sentyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Tarixən sənət adamları  Şərur torpağını  yallıların beşiyi adlandırıblar. Bir vaxtlar burada yallının 100-dən artıq növü olub. Onlar toy mərasimlərində, el şənliklərində yaşadılıb. Yallı təkcə musiqi və rəqs növü deyil. O, qədim oğuz-türk tarixinin başlıca möhürlərindən biri olmaqla yanaşı, xalqımızın həm də bugünkü varlığıdır.

            Muxtar respublikada yallılarımızın yaşadılması, tədqiqi və təbliği istiqamətində həyata keçirilən tədbirlər də təqdirəlayiqdir. 2012-ci ilin muxtar respublikamızda “Milli dəyərlər ili” elan olunması ilə əlaqədar olaraq, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin birgə layihəsi ilə hazırlanan “Yallı” kompakt-diski  də yallılarımızın təbliği və yaşadılması, gələcək nəsillərə ötürülməsi baxımından mühüm və əlamətdar bir hadisədir.

            Kompakt-diskdə “Şərur” Xalq Yallı Ansamblının, “Nurani” Yallı Ansamblının, “Şərur qönçələri” Yallı Ansamblının ifasında 14 yallı rəqsi yerləşdirilib. Diskin üz qabığında nəfis tərtibatla işlənmiş buklet də bu işin araya-ərsəyə gətirilməsinə göstərilən xüsusi diqqətdən xəbər verir.

Bukletdə Şərur rayonunda fəaliyyət göstərən yallı ansambllarının tarixi, əldə edilən nailiyyətlər haqqında söhbət açılır, ümumiyyətlə, yallılarımızın Azərbaycan mədəniyyətinin inkişafındakı rolundan bəhs edilir.  “Qaladan-qalaya”, “Baharı”, “Urfanı”, “Tello”, “Qalalı”, “Tirməşal”, “Dönə-dönə”, “El yallısı”, “Xələfi” və digər yallı nümunələrinin yer aldığı kompakt-disk xalqımızın əvəzsiz folklor inciləri olan yallılarımızın mühafizə edildiyi əvəzsiz xəzinədir.

- Səbuhi HÜSEYNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3062236
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
842
4327
5169
113567
3062236

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter