14 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Böyük bədii təsir gücünə malik olan aşıq sənətinin kökləri xalqımızın qədim tarixinə bağlanır. Qəhrəmanlıq, alicənablıq, xeyirxahlıq kimi ali dəyərləri özündə yaşadan, əsrlər keçdikcə cilalanıb müasir səviyyəyə çatan aşıq sənəti folklorumuzun zənginliyinin təsdiqidir. Dərin məzmunlu, zəngin sənət növü kimi aşıq yaradıcılığı Naxçıvanda da qədimdən inkişaf etmişdir. 

Qeyd etmək lazımdır ki, tarix boyu mədəniyyətin yüksək inkişafı, şəhər həyatının varlığı Naxçıvanda aşıq sənətinin geniş fəaliyyət göstərməsinə imkan verirdi. Azərbaycan aşıq sənətinin tarixində mühüm yeri olan, özünəməxsusluğu ilə folklorumuza qiymətli nümunələr bəxş edən İrəvan, Dərələyəz, Urmiya aşıq mühitləri ilə yaxın sənət əlaqəsi yaradan tarixi aşıq mühitlərindən biri də Naxçıvan aşıq mühitidir. Naxçıvan aşıq mühiti keçən əsrlər ərzində söz və saz yaradıcılığı sahəsində özünəməxsusluq qazanaraq aşıq sənətinə qiymətli töhfələr vermişdir.

Naxçıvan aşıqlarının ifaçılıq qabiliyyəti qonşu ölkələrə də yayılmışdı. XX əsrin əvvəllərinə qədər Naxçıvan aşıqları daha çox İran və Türkiyədə məclislərə dəvət olunmuşdur. Onlar getdikləri yerlərə bölgə aşıq mühitinin özünəməxsusluqlarını aparmaqla bərabər, o mühitlərin də çalğı və oxu tərzindəki incəliklərini mənimsəyərək Naxçıvana gətirmişlər.
Naxçıvan aşıqları Dərələyəz, Göyçə, İrəvan, Qarabağ aşıqları ilə də daim əlaqə saxlamışlar.
Naxçıvan şəhəri və ətraf kənd­lərdə Aşıq Süleyman, Aşıq Cəlil, Aşıq Məmmədcəfər, Qonçabəyim, Çobankərəli Aşıq Cəfər, Aşıq Fətulla, Aşıq Əsədulla, Aşıq Dədəkişi, Aşıq Qulu, Allahverdi Əliyev, Aşıq Bəhman, Həsən Məmmədəli oğlu və başqa aşıqlar yaşayıb-yaratmışlar. Şahbuz aşıq mühitindən Ululu Kərim, Aşıq Nəcəfalı, Aşıq Mirzalı, Biçənəkli İsmayıl, Aşıq İsmayıl, Aşıq Hidayət, Aşıq Fərrux, Sərraf Qasım, Aşıq Aydın Nərimanoğlu, Aşıq Həsənalının adlarını çəkə bilərik. Şərur-Kəngərli aşıq mühitinin nümayəndələri isə Kosacanlı Ağ Aşıq Allahverdi, Aşıq Nabat, Əli Xanxanım oğlu, Aşıq Həmid, Kazım Abdullayev, Dəvəçi Heydər, Gülalı Məmməd, Sədərəkli Aşıq Yusif, Aşıq Əbülfəz, Aşıq Həmid, Aşıq Bayraməli, Aşıq Ehsan, Aşıq Əzim, Aşıq Həsəndir.
Ordubad-Culfa aşıq mühitində Aşıq Vəli, Ordubadlı Kərim, Aşıq Abbas Dəhri, Məmmədxan Məmmədov, Aşıq Həbib,Yamin İsmayıl və başqaları ad qazanmışlar.
Naxçıvan aşıqları Azərbaycan dilinin incəliyini, gözəlliyini duyan, sözləri müxtəlif mənalarda bacarıqla işlədən sənətkarlardandır. Onlar dilimizin poetik imkanlarına yaxşı bələd olduqları üçün yaratdıqları əsərlər dillər əzbəri olmuşdur. “Naxçıvani”, “Naxçıvan gülü”, “Köhnə Naxçıvan”, “Ağır Şərilli”, “Naxçıvan gəraylısı”, “Şahbuz laylası” kimi saz havaları, “Ziyad-Şövkət” (Aşıq Cəfər), “Şahzadə İbrahim” (Qonçabəyim), “İsmayıl və Məstan”, “Qaçaq Qardaşxan və Qırçın” (Biçənəkli İsmayıl), “İslam və Ceyran”, “Fərhad və Nazlı” (Aşıq İslam), “Kərim-Süsən”(Ordubadlı Kərim), “Novruz” (Aşıq Hatəm), “Sail və Sənəm” (Yamin İsmayıl), “Ağ Aşıq Süsənbər”, “Hüseyn-Reyhan” (Kosacanlı Ağ Aşıq Allahverdi) kimi dastanlar Naxçıvanda saz-söz varlığının uzun bir zaman ərzində sənət mühiti şəklində yaşadığını göstərir.
XIX əsr Azərbaycan aşıq sənətinin məşhur ustaları Aşıq Alı, Aşıq Ələsgər və Aşıq Hüseyn Şəmkirlinin Naxçıvana bir neçə dəfə səfər etmələri, yerli sənətkarlarla birlikdə sənət məclisləri qurmaları həmin dövrdə bu bölgənin saza-sözə, aşığa münasibətini göstərir.
Muxtar respublikamızda xalqımızın tarixini və milli-mənəvi dəyərlərini özündə əks etdirən xalq yaradıcılığına göstərilən yüksək diqqət və qayğı nəticəsində onun əsas qollarından biri olan aşıq sənəti də inkişafa qovuşmuşdur. Bu mənada, Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 7 fevral 2009-cu il tarixli Sərəncamının adını xüsusilə qeyd etmək lazımdır. Sərəncama əsasən, muxtar respublikada Naxçıvan Aşıqlar Birliyi fəaliyyətə başlamışdır. Qısa müddət ərzində Aşıqlar Birliyinin üzvləri qardaş Türkiyə Cümhuriyyəti və İran İslam Respublikasında olmuş, Bakı şəhərində keçirilən “Telli sazın meydanı” məclisində muxtar respublikanı uğurla təmsil etmişlər. Bundan başqa, minilliklərdən üzübəri gələn mənəvi zənginlik, xalqın istək və arzularının təcəssümü olan saz havaları Novruz bayramı şənliklərində geniş yer tutur.
Naxçıvan Muxtar Respublikası ərazisində yaşayan aşıqların əsərlərinin toplanması, nəşri və tədqiqi sahəsində görülən işlər bölgə aşıq mühitinin özünəməxsusluğunun, onun qədim diyarın tarixi taleyi və coğrafiyası ilə bağlı cəhətlərinin üzə çıxarılmasında mühüm rol oynayır.

Təranə QƏBULOVA
“Naxçıvan” Universitetinin əməkdaşı

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3272127
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1748
4121
9896
56773
3272127

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter