14 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Rza Təhmasib adına Şərur Xalq Teatrında görkəmli yazıçı və dramaturq Əbdürrəhim bəy Haqverdiyevin “Ac həriflər” birpərdəli vodevili əsasında hazırlanmış tamaşa teatrsevərlərə təqdim edilib.
Qeyd edək ki, 1938-ci ildə dram dərnəyi kimi fəaliyyətə başlayan Şərur Xalq Teatrı 1981-ci ildə xalq teatrı statusu alıb. Kollektiv müxtəlif illərdə “Solğun çiçəklər”, “Vaqif”, “Ölülər”, “Tamahkar”, “Rəhmə gəl, mələyim”, “Müsyö Jordan və Dərviş Məstəli şah”, “Qısqanc ər”, “Yuxu” və başqa səhnə əsərləri ilə tamaşaçıların görüşünə gəlib. Xalq teatrı 2008-ci ildə Bakı şəhərində keçirilən xalq teatrlarının respublika müsabiqəsində “Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşası ilə II yerin diplomuna layiq görülüb.

“Ac həriflər” tamaşasında hadisələr ilk baxışda çox sadədir. Ötən əsrin əvvəllərində tipik bir Azərbaycan şəhərindəki yeməkxanaların birində, daha doğrusu, Həsən dayının “Atanrəhmət” yeməkxanasında baş verən hadisələr və söhbətlər dövrün koloritini canlandırır. Həsən dayı (Neymət İslamoğlu) və onun yeməkpaylayanı Zərbəli (Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Elçin Arzumanlı) bura gələn “ac həriflər”in kələyinin qurbanı olurlar. Yeməkxanaya gələn müxtəlif personaj və obrazlar böyük bəstəkarımız Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” komediyasındakı tipləri xatırladırlar. Məşhur komediyadakı qonaqlıq səhnəsindən fərqli olaraq buradakı tiplər yeməkxanada yediklərinin pulunu ödəmək əvəzinə müxtəlif kələk və fırıldaqlara əl atırlar. Bəxtsiz Həsən dayı və Zərbəlinin acizliyi də gülüş doğurur.
Maraqlıdır ki, bu yeməkxanaya gələnlərin, məsələn, qəzetçi Mirzə Mahmud (Məhərrəm Əbilsoy), ak­tyor (Nəsimi Məmmədzadə) və başqaları hərəsi bir sənətin sahibidirlər. Bura gələnlər içərisində “quru bəylər” də az deyil. Lakin onların heç biri yediyinin pulunu vermək istəmir. Hətta qəzetçi Mirzə Mahmud kələk qurub Həsən dayının son manatını da əlindən alır. Dövrün “ac hərifləri” öz kələkləri ilə Həsən dayını aldatmaqla gülüş hədəfinə çevrilirlər. Tamaşaçı müxtəlif tiplərin dialoqlarında o dövrün gülüşdoğuran mənzərələrini öz gözü ilə görür. Tamaşada rol almış aktyorlar Arif Nağıyev (İbrahim bəy), Çakər Məmmədov (Süleyman), Salman Şir­əliyev, İlham Quliyev (Rza), Əfsər Novruzov (Lətif) bu tiplərin dinamik canlandırılmasına çalışırlar.
“Ac həriflər” tamaşasında kütləvi səhnələrdə Aynur Cəfərova, Nilufər Əhmədova, Gülnar Quliyeva və Uğur Cəfərov rol alıblar.
Quruluşçu rejissor Nəsimi Məmmədzadə musiqi və səhnə tərtibatını da öhdəsinə götürərək şən bir tamaşa yaratmağa müvəffəq olub.
Tamaşadan sonra Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova və Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov kollektivi təbrik edərək aktyorlara yaradıcı­lıq uğurları arzulayıblar.

Əli RZAYEV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3272121
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1742
4121
9890
56767
3272121

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter