17 İyul 2019, Çərşənbə

 

ARXİV

İyul 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

(Esse)

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun imzaladığı “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamdan ötən dövr ərzində mütaliənin gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın formalaşdırılması, onların dünyagörüşünün zənginləşdirilməsi, dövlətçilik, vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından zəruriliyi bir daha təsdiqləndi. Siyahıya daxil edilən kitabların nəşri və təbliği, müntəzəm müzakirələrinin keçirilməsi, mətbuatda resenziyaların və bu əsərlərdən seçmələrin dərc olunması kimi əhəmiyyətli tədbirlərlə yanaşı, muxtar respublikanın ümumtəhsil məktəblərində də məqsədyönlü maarifləndirmə işləri aparılır. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən cari ilin aprel ayında ümumtəhsil məktəblərində “Mütaliə aylığı” keçirilib.
Məktəblilərin oxunması zəruri olan kitablar haqqında redaksiyamıza ünvanladıqları esselər mütaliənin onların bilik dairəsinin, bədii zövqünün, əxlaqi-mənəvi dəyərlərinin formalaşmasına əhəmiyyətli təsir göstərdiyini bir daha təsdiq edir. Biz də gənclərin milli təfəkkür və müasir yanaşma tərzi ilə fərqlənən həmin esse­lərini “Oxunması zəruri olan kitablar gənclərin gözü ilə” rubrikasında oxucularımıza da təqdim etmək qərarına gəldik.

Ardını oxu...

(Məqbərə qarşısında monoloq)

Şəhərimizin ən görkəmli, hər gün yüzlərlə insanın axışdığı yerində, böyük, doyumsuz gözəlliyə malik xiyabanın içərisində bir məqbərə ucalır. Böyük bir faciənin qurbanı – Hüseyn Cavidin və bu qurbanın qurbanlarının – Mişkinaz xanımın, Ərtoğrol bəyin uyuduqları məqbərə… Bu bir ailənin məqbərəsinə – Hüseyn Cavid əfəndimizin 100 yaşlı ciyər­parası Ərtoğrol Cavidi anmağa gedirəm. Ötən 100 ilin cəmi 24-nü həyatda, qalanını xatirələrdə, həm də gözyaşardan, qəlbsızladan xatirələrdə, bir də yazdığı şeirlərdə, bəstələdiyi musiqilərdə, çəkdiyi rəsmlərdə yaşayan Ərtoğrol bəyi. Xiyaban boyu Hüseyn Cavidin “İblis”inin, “Şeyx Sənan”ının, “Topal Teymur”unun, “Peyğəmbər”inin, “Azər”inin, “Səyavuş”unun Ərtoğrol Cavidin fortepiano üçün sonatinoları, prelüdlər, miniatürlər, pyeslər ilə qarışıq səsləri çığlayır qulağımda. İnsan və musiqi… Həyatın ən böyük gözəlliklərindən ikisi… Atanın böyük romantizmlə yaratdığı obrazlardan və övladın böyük məharətlə nota köçürdüyü əsərlərdən gələn səslər... Yaxınlaşdıqca sanki bu səslərə məqbərənin qapısından, pəncərəsindən ruhumu sarsıdan “payız küləyi”nin vıyıltısı da qarışır. Bu külək ətrafdakı baharı tar-mar edir, özü ilə gətirdiyi saralmış, soluxmuş xəzəlləri yayır yaşıl otların üzərinə. Bu küləklə mücadilə edirmiş kimi onunla birlikdə çatıram məqbərənin önünə. “Nədir bu payız küləyi?” – deyə düşünərkən onun əsintiləri məni ədəbiyyatımızın görkəmli nümayəndəsi, ömrü boyu həqiqətə, gözəlliyə tapınan, “Hər qulun cahanda bir pənahı var, hər əhli-halın bir qibləgahı var, hər kəsin bir eşqi, bir Allahı var, mənim tanrım gözəllikdir, sevgidir”, – deyən ədalət carçısı, böyük mütəfəkkir Hüseyn Cavidin faciələrlə ötən ömrünün ürəkağrıdan saysız illərinə, aylarına, günlərinə aparır.

Ardını oxu...

İyunun 19-da “Xalq teatrlarının muxtar respublika festivalı – 2019” başa çatıb. Festivalın bağlanış günü Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində Babək Rayon Xalq Teatrının hazırladığı tamaşa teatrsevərlərə təqdim olunub.
Tamaşadan əvvəl Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 7 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələr uğurla icra edilir. Bunun ifadəsidir ki, muxtar respublikada xalq teatrlarının yaradılmasına və onların fəaliyyətlərinin günün tələbləri səviyyəsində qurulmasına daim diqqət yetirilir, kollektiv üzvlərinin səmərəli fəaliyyəti üçün hərtərəfli şərait yaradılır. Göstərilən diqqət və qayğının nəticəsidir ki, son illər xalq ­teatrlarının fəaliyyəti yeni yaradıcılıq axtarışları ilə müşayiət olunur. Ötən illər ərzində bu teatrların səhnələşdirdikləri tamaşalar ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Ardını oxu...

19 iyun tarixdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Naxçıvanı tanıyaq” devizi altında gənclərin Şahbuz Rayon Tarix-Diyarşünaslıq ­Muzeyi və Məmməd Arazın ev-muzeyinə ekskursiyası təşkil olunub. Ekskursiyada muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan 25 gənc iştirak edib.
Rayon Tarix-Diyarşünaslıq Muzeyinə gələn gənclər muzey haqqında məlumatlandırılıblar. Vurğulanıb ki, ölkəmizdə muzey işinin, muzeyşünaslığın inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu muzeyin də əsası ulu öndərin təşəbbüsü ilə qoyulub.
Gənclərə elm və sənət xadimlərinin həyat və fəaliyyətlərini, yaradıcılıq yollarını özündə əks etdirən eksponatlar, xatirə şəkilləri haqqında maraqlı məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Gənclər Xalq şairi Məmməd Arazın rayonun Nursu kəndində fəaliyyət göstərən və zəngin irsini yaşadan muzeylə tanış olublar.
Muzeydə gənclərə Xalq şairi Məmməd Arazın həyat və yaradıcı­lığı haqqında geniş məlumat verilib. Muzey ziyarətçiləri şairin yaradıcılığı və həyatını əks etdirən eksponatlara maraqla baxıblar.

Leyla Hacıyeva

Azərbaycan Respublikasının Türkiyənin Qars şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Günü, Naxçıvan Muxtar Respublikasının 95-ci ildönümü, Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Ərzurum şəhərində təntənəli mərasim keçirilib.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4262610
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3692
6540
15775
93968
4262610

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter