15 Noyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Min illərdir, el-obamız Novruza ürəyinin başında, gözünün üstündə yer verib, ağ gününü, sevincini, şadlığını, bəxtəvər çağını, inamını, sevgisini, gümanını, ruzi-bərəkətini onun adıyla bağlayıb. Bənövşə ətirli, nərgiz qoxulu Novruz ən uzun dövranı olan bayramdır; bizlərdə deyərlər, tut sovuşanacan, gilas ağaranacan Novruzdur. El-oba Novruzun bayram taxt-tacına ürəkdolusu, gözdolusu məhəbbətlə baxıb; bəlkə, buna görə Novruza “bayramların sultanı” deyilib. Həmin günlər torpaqdan boylanan çiçəyə “Novruz gülü”, əsən küləyə “Novruz yeli” (bayram yeli, vədə yeli), yandırılan tonqala “bayram tonqalı”, açılan süfrəyə “bayram süfrəsi” deyilib. Beləcə, olan-qalanı, necə deyərlər, özününküləşdirib, əzəlləşdirib, gözəlləşdirib bu bayram. Çillələrdən keçə-keçə qışın çiləsi sovuşub, gələn yaz ilaxır çərşənbələrin su, od, yel, torpaq müqəddəsliyi ilə qışa öz qalib, məğrur sifətini göstərib. Su, od, yel, torpaq sevindikcə gələn yazın da sevincdən çiçəyi çıtlayıb.

Naxçıvanda belə bir inanc var: “Xızır peyğəmbər kiçik çillənin ilk günlərində atını havaya çıxarır. Atın ayaqları torpağa dəyən kimi aləm dəyişir”. Qarşıdan gələn yazın hələ qışın oğlan çağında “aləmi dəyişmək” gücünə də beləcə inanıblar. Bu bayramla bağlı nə varsa, elin nəzərində əzizdir, müqəddəsdir.

Ardını oxu...

Xalqımızın min illərdən bəri el arasında yaşayan elə bayramları var ki, yaranarkən nə bir sözü, nə bir nəğməsi yazıya alınıb. Ulu qaynaqlardan süzülüb gələn bir-birindən oynaq, şux, lətafətli bu bayram nəğmələri, ilkin görüş və təsəvvürlərlə bağlı ayinlər, etiqadlar, adət-ənənələr, mərasimlər, tamaşalar nəsillərin yaddaşında yaşayaraq əsrlər, qərinələr aşmış, gəlib bu günümüzə çatmışdır. Yüzilliklər dolabında bu el sözü və nəğmələrinin nəqşi pozulanı da olub, bəndi unudulanı da. Lakin xalq coşqun bir yaradıcılıqla nəğməsinin pozulmuş ahəngini, unudulmuş bəndini cilalamış, bayramlarını rəngarəng oyunlar, açıq havada keçirilən meydan tamaşaları, yallı və rəqslərlə bəzəmişdir.
Ta qədimdən insanlar onlara həyat verən dörd ünsürün – su, od, hava və torpağın oyanmasını əlamətdar hadisə hesab etmiş və onun şəninə mərasimlər, ayinlər yaratmışlar. Bununla əlaqədar xalq hər çərşənbəni bir təbiət ünsürü ilə əlaqələndirmiş və Novruz bayramına dörd həftə qalmış həmin mərasimlərin icrasına başlamışdır.

Ardını oxu...

Yallıların geniş yayıldığı Şərur mahalının qədim oğuz yurdu olmasını sübut edən dəlillər sırasında bu rəqs növü xüsusi yer tutur. Yallı Şərurun qədimlik rəmzi, oğuz möhrüdür. Adı “Dədə Qorqud” dastanlarında çəkilən Şərur elində yallıların əsrlərdən bəri yayılması və yaşadılması yurdumuzun bu mahalının həm qədimliyindən, həm də mənəvi zənginliyindən soraq verir.

Üzeyir bəyin xeyir-duası ilə yaradılan ansambl

...1937-ci ildə böyük bəstəkar Üzeyir Hacıbəylinin keçmiş SSRİ Ali Sovetinə Şərur rayonundan deputatlığa namizədliyi irəli sürülür. Seçiciləri ilə görüşə gələn böyük bəstəkarın şərəfinə bədii özfəaliyyət kollektivi konsert verir. Səhnədə bir-birini əvəz edən yallı və rəqslər Üzeyir bəyi valeh edir. Axırda o, bədii özfəaliyyət kollektivinə xeyir-dua verir və tövsiyə edir ki, onlar xalqımızın qədim yallılarını, rəqslərini dünya xalqları qarşısında da nümayiş etdirsinlər.
Əslində, Şərurda ilk yallı qrupu 1924-cü ildən fəaliyyətə başlamışdır. Məhz həmin il yengicəli Həsən bəy adlı bir ziyalı Yengicə, Çərçiboğan, Çomaxtur, Oğlanqala, Cəlilkənd və digər kəndlərin istedadlı gənclərini başına toplamış, unudulmaqda olan yallılarımıza yeni nəfəs vermiş, onu səhnəyə çıxartmışdı. Elə Üzeyir bəyin qarşısında çıxış edən gənc­lərin çoxu Həsən bəyin yetirmələri idi.

Ardını oxu...

...Deyirlər, hər fəslin öz gözəlliyi, öz füsunkarlığı var. Qarlı-şaxtalı qışın da, qızılı yarpaqlarla torpağı bəzəyən yağışlı-çiskinli payızın da, al-əlvan meyvələrilə süfrələri rövnəqləndirən yayın da. Yəqin, düşünəcəksiniz ki, bəs yazı niyə yaddan çıxardıq. Yox, əziz oxucular, heç bu fəsli unutmaq olar? Yazı ona görə sona saxladım ki, bu fəsil haqqında ürək sözlərimi sizinlə bölüşəcəyəm. O fəsil haqqında danışacağam ki, dünya yaranandan bəri insanları tək-tənha qoymayıb. Soyuq qarlı-şaxtalı qışdan sonra evlərin pəncərələrini döyüb, pəncərələrimizdən öz ilıq nəfəsini hiss etdirib, qapılarımızı taybatay açdırıb. Təbiətə min rəngə çalan al-əlvan naxışlar vurub, ürəkləri riqqətə gətirən nəğmələr ilə ruhumuzu oxşayıb. Elə bil bu nəğməni ulu Tanrımız özü bəstələyib. Daşlardan-qayalardan axan su şırıltısından, quşların şən civiltisindən, uşaqların qəhqəhələrindən yaranan bu nəğmələrlə dünyanı, bizi əhatə edən aləmi daha dərin məhəbbətlə sevmişik, yaşayıb-yaratmağa həvəslənmişik. Yazın gəlişi ilə çalarını dəyişib yamyaşıl rəngə bürünən meşələri, çəmənləri gəzmişik, doğma yurdumuzun hər bir qarışının gözəlliklərinə dönə-dönə, doymadan baxmışıq. Hiss etmişik ki, təbiət bizim düşündüyümüzdən daha canlı, daha hərəkətlidir. Danışmağa dili olmasa da, insanlara deməyə ürəkdolusu sözü var. Və bu sözləri baharda rəng­lərin dili, bulaqların zümzüməsi ilə deyir. Deməyin ki yox, bunu insanoğlu dinləyə, qavraya bilməz. Dinləyə də bilər, qavraya da. İndi soruşacaqsınız ki, yaxşı, sən eşidirsənsə de görək, təbiət bizə nə deyir? Yaxşı, deyəcəyəm, istər inanın, istər inanmayın...

Ardını oxu...

Qışın soyuq keçən günlərini bir-bir sayaraq, nəhayət ki, mavi səmadan pəncərəmizə düşən bir yaz Günəşinin təravəti ilə sanki yuxudan ayılırıq: yurdumuza yaz gəlir! Belə bir gündə gözəl kəlmələrlə deyilən hər söz, edilən hər bir nəsihət, göstərilən qonaqpərvərlik insanları Günəşin mehrindən də artıq isidən, bu dünyada yaxşılıq etməyə, halal zəhmətlə yaşamağa və qarşılıqlı sevgiyə qovuşmağa çağıran bir xalq hikməti, Novruz bərəkətidir.
İnsan təbiəti çox həssas olduğu kimi, tələbatları da çox dərindir. O, sadəcə, bir canlı kimi deyil, həm də ali bir sosial varlıq kimi yaşadıqca həyatının hər anının, yaşadığı hər günün bir dəyəri, qiyməti vardır. İnkişaf edən iqtisadiyyat, yeni texnologiya hər nə qədər cəmiyyətin sürətlə dəyişən mədəni tələbatlarını qovalasa da, elə bil yenə də hansısa gizli qüvvə insanları torpağın, suyun, havanın bərəkətinə bir daha əl açmağa, hər şeyə yenidən başlamağa məcbur edir. Bu mənada, təbiətlə birgə oyanıb hamıdan qabaqda olmağa, qonaq-qaranın qabağına geniş süfrə ilə çıxmağa çalışan hər bir insan üçün Novruz bayramı yeni bir həyatın başlanğıcı, yaz bərəkətidir.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3277427
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2869
4179
15196
62073
3277427

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter