19 Oktyabr 2019, Şənbə

Mayın 22-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş “Naxçıvan – bəşəriyyətin beşiyi” II Beynəlxalq Rəsm Festivalının açılış mərasimi olmuşdur.
“Naxçıvan – bəşəriyyətin beşiyi” II Beynəlxalq Rəsm Festivalı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”na əsasən keçirilir.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyeva mərasimdə çıxış edərək demişdir ki, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkə həyatının bütün sahələrində olduğu kimi, mədəniyyət sahəsində də əsl intibaha nail olunmuşdur. Ulu öndər tərəfindən əsası qoyulan mədəniyyətə qayğı və mədəni inkişaf siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasında da bu istiqamətdə məqsədyönlü tədbirlər görülmüş, tarixi-mədəniyyət abidələri bərpa olunmuş və ya yenidən qurulmuş, mədəniyyət müəssisələrinin şəbəkəsi genişləndirilmişdir.

Ardını oxu...

Yaşıl və sarı rənglərin palitrası ilə sehrlənmiş düzlərə sükut çökür bir anda. Uçuşan qaranquşların yağışı müjdələyən səsindən başqa heç nə eşidilmir. Lap yaxınlığımızda uçuşmağa başlayırlar. Nə qəribədir ki, bir zaman sularda üzən gəmiyə torpaq müjdəsi gətirən qaranquşlar hər yaz yağışı öncəsi bizə Tanrının yer üzünə rəhməti olan yağışın yağacağını xəbər verir. Bəlkə də, hər yağış öncəsi yenə də o tufanı xatırlayıb dimdiyinə torpaq götürmək qorxusu ilə yerə yaxınlaşır qaranquş.

Sonra anlıq sükutun ahəngini pozan bir mizrab səsi. Külək yaşıllaşan çinarların budaqlarında akkord tutur. Küləklərin vıyıltısında bir ney səsi, yağışın taqqıltısında bir dəf ahəngi.

Ardını oxu...

Mayın 22-də Naxçıvan Muxtar Respublikasının 90 illiyi ilə əlaqədar “Naxçıvanım mənim” mövzusunda Naxçıvan şəhərində fəaliyyət göstərən məktəbəqədər müəssisələrin uşaqları arasında müsabiqəyə start verilib.
Müsabiqənin ilk günündə Naxçıvan şəhərindəki 1, 3, 10, 11, 15 nömrəli bağçaların balaca fidanları məharətlərini nümayiş etdiriblər. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova açaraq bildirib ki, ümummilli lider Heydər Əliyev tez-tez uşaqlarla görüşür, onların sağlam, bilikli və hərtərəfli böyümələri üçün tapşırıq və tövsiyələr verir, bu sahədə mühüm əhəmiyyətli fərman və sərəncamlar imzalayaraq dövlət uşaq siyasətinin uğurla həyata keçirilməsi üçün hüquqi baza hazırlayırdı.
Bu gün də ölkəmizdə uşaq və yeniyetmələrə göstərilən diqqət və qayğı, onlara yaradılan hərtərəfli şərait dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı İsmayıl Gülməmmədov müsabiqənin şərtləri haqda məlumat verərək uşaqlara uğurlar arzulayıb. Sonra uşaqlar Naxçıvanın 90 illiyinə həsr olunmuş müxtəlif şeirləri bədii qiraət edib, mahnılar oxuyub və rəqslər ediblər.
Bu gün müsabiqə 4, 5, 6, 7 və 12 nömrəli uşaq bağçalarının uşaqları arasında keçiriləcək. May ayının 27-də müsabiqəyə yekun vurulacaq.

Sona MİRZƏYEVA

Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş “Naxçıvan – bəşəriyyətin beşiyi” II Beynəlxalq Rəsm Festivalında iştirak etmək üçün bir qrup rəssam Naxçıvan Muxtar Respublikasına gəlib. Dünyanın müxtəlif ölkələrindən rəssamların qatılacağı festivalda rəssamlar sərbəst mövzuda açıq səma altında rəsmlər çəkəcəklər.

Ardını oxu...

Naxçıvanın qədim sənətkarlıq sahələrindən birini dulusçuluq təşkil edir. Gilin xüsusi formaya salınaraq bişirilməsi ilə bağlı olan bu sənətkarlıq sahəsinin tarixi Naxçıvanda Neolit dövründən (e.ə. VII minillikdən) başlayır və bu gün də öz inkişafını uğurla davam etdirir. Dulusçuluqda gil qabların düzəldilməsi zamanı bir neçə proses həyata keçirilir.

İlk olaraq, qabların hazırlanması üçün yаrаrlı оlаn kеyfiyyətli qum sеçilir. Çünki yüksəkkеyfiyyətli gildən hаzırlаnmış qаblаr dаhа çох yаrаrlı və uzunömürlü оlurlar. Gildən yoğrulmuş qabları müəyyən formaya salarkən оnlаrın simmеtriyаsınа diqqət edilir. Qabı müəyyən fоrmаyа sаldıqdаn sоnrа bişirilmə prosesi zаmаnı çаtlаmаqdаn qоrumаq üçün хüsusi üsullаrdаn istifаdə еdilir. İlk оlаrаq, qаbı əvvəlcə bir nеçə gün kölgə yеrdə, sonra isə Günəş altında qurudurlar. Sоnrа qabın bişirilməsinə başlanılır. Bişirilmə zаmаnı gilin tərkibindəki dəmir birləşmələri оksidləşdirici аlоvun təsirindən müхtəlif rənglərə çevrilərək qabların boz, çəhrayı, qara və sair rənglərdə olmasına səbəb olur. Qаblаrın üzərinin rənglənməsində bоyаq bitkilərindən və müхtəlif minеrаllаrdаn da istifаdə еdilir. Mаrqаns оksidindən şаbаlıdı, mis оksidindən yаşıl, dəmir оksidindən sаrı, kоbаlt оksidindən mаvi rənglər alınır.

Ardını oxu...

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR