19 Oktyabr 2019, Şənbə

Bakı şəhərində Azərbaycan Rəssamlar İttifaqının sərgi salonunda Naxçıvan rəssamlarının sərgisi açılıb. Sərgi Naxçıvan Muxtar Respublikasının 90 illik yubiley tədbirləri çərçivəsində  təşkil edilib.
Bu münasibətlə keçirilən tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Naxçıvanda yaşayıb yaradan realist rəssam Bəhruz Kəngərlinin həyat və yaradıcılığından söz açıb. Bildirib ki, bu böyük rəssamdan sonra Naxçıvanda rəssamlar nəsli yetişib. Bu gün Naxçıvan incəsənəti və mədəniyyəti yeni inkişaf dövrünü yaşayır.
Sonra Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyeva Naxçıvan rəssamlarının fəaliyyətindən və sərgilənən əsərlərdən danışıb. Qeyd olunub ki, Naxçıvan rəssamları nəinki Azərbaycanda, eyni zamanda xaricdə də keçirilən sərgi və müsabiqələrdə fəal iştirak edirlər.

Ardını oxu...

Azərbaycan xalqının yetirdiyi görkəmli şəxsiyyətlərdən biri olan Abbasqulu ağa Bakıxanov 1794-cü il iyun ayının 21-də Bakı şəhəri yaxınlığındakı  Əmircan kəndində varlı bir ailədə anadan olmuşdur. 1819-cu ilədək Qubada, Əmsar kəndində yaşayan A.Bakıxanov 1819-cu ildə general Yermolovun dəvəti ilə Tiflisə gələrək Qafqaz Baş Hərbi İdarəsində Şərq dilləri tərcümanı vəzifəsinə qəbul olunmuş, 26 il bu vəzifədə çalışmışdır. Ensiklopedik biliyə malik A.Bakıxanovun Azərbaycan, rus, ərəb və fars  dillərində yazdığı əsərlər onun elm dəryasına vaqif olduğunun ən böyük sübutudur.

Abbasqulu ağa Bakıxanovun yazdığı çoxsaylı əsərlər onun Azərbaycanın fikir tarixində nə kimi rola malik olduğunu göstərməkdədir. O, “Gülüstani-İrəm” əsərində  Dağıstan, həmçinin Azərbaycan tarixindən,“Riyazül-qüds”də 14 məsum və Əhli-Beytdən, “Təhzibül-əxlaq”da yunan, İslam və Avropa müəlliflərinin əsərlərindən istifadə etməklə əxlaqi dəyərlərdən, “Eynül-mizan”da məntiqdən, “Mişkatül-ənvar”da mənzum hekayələrin dili ilə əxlaqdan, “Kəşfül-qəraib”də  Amerikanın kəşf edilməsi və onun coğrafi təsvirindən,“Qanuni-qüdsi” də fars dilinin qayda-qanunları və qrammatikasından, “Kitabi-Əsgəriyyə”də dəmirçi oğlu Əsgər adlı bir gəncin hekayəsindən bəhs edir.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində ali təhsil ocağının Fortepiano kafedrası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə universitetin professor-müəllim heyətinə və tələbələrinə konsert proqramı təqdim edib. Dahi öndərə ithaf olunmuş konsertdə öncə müəllim Nazilə Qardaşbəyova kafedranın yaranma tarixindən və sənət uğurlarından danışıb.
Konsert proqramı universitetin müəllimi, şair-publisist Vaqif Məmmədovun sözlərinə professor Səidə Məmmədovanın bəstələdiyi “Tələbələr mahnısı” ilə başlayıb. Universitetin IV kurs tələbəsi Nərmin Əkbərli, II kurs tələbəsi Mohammad Sadouqi, III kurs tələbəsi Anıl Gürel və digərləri Vanhell, Vervik, P.Çaykovski, Ü.Hacıbəyli, F.Əmir­ov, V.Adıgözəlov kimi dünya və Azərbaycan bəstəkarlarının əsərlərini ifa ediblər. F.Əmirov və E.Nəzirovanın “Fortepiano və orkestr üçün konsert”i müəllimlərdən Fəridə Ağayeva və Nərminə Qədimovanın, II kurs tələbəsi Zinyət Məmmədovanın birgə ifasında alqışlarla qarşılanıb.    
Sonda universitetin rektoru, professor Saleh Məhərrəmov çıxış edərək konsertin Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafında əvəzsiz xidmətləri olan ümummilli liderin doğum gününə, “Muxtariyyət ili”nə sənət töhfəsi, eyni zamanda muxtar respublikada ali musiqi təhsilinin səviyyəsinin yüksək göstəricisi olduğunu bildirib.

Mehriban SULTAN

Azərbaycan Respublikasının Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi ilə Azərbaycan Tələbə-Gənc­lər Təşkilatları İttifaqı tərəfindən “Univiziya” tələbə mahnı müsabiqəsi keçirilmişdir.
İlkin dinləmələrin sonunda 50 ali və orta ixtisas təhsili müəssisəsindən 22 təhsil ocağının təmsilçiləri müsabiqənin yarımfinal mərhələsinə vəsiqə qazanmışlar. Naxçıvan Dövlət Universitetini müsabiqədə universitetin xarici tələbələrdən ibarət “Meridian” vokal qrupu təmsil etmişdir. Vokal qrupunun bədii rəhbəri universitetin Orkestr alətləri və dirijorluq kafedrasının müdiri, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Validə Hüseynovadır.  
“Meridian” vokal qrupunun ifa etdiyi amerikalı pop musiqiçisi olmuş Maykl Ceksonun Layonel Riçi ilə birlikdə yazdığı “We are the world” mahnısı, Azərbaycanın xalq artisti, bəstəkar Emin Sabitoğlunun “Gün keçdi” kinofilminə bəstələdiyi mahnı, “Sarı gəlin” xalq mahnısı münsiflər tərəfindən yüksək qiymətləndirilmişdir.  
Müsabiqənin bu gün­lərdə keçirilən yarımfinal mərhələsində də “Meridian” qrupu uğurla çıxış etmişdir. Tünzalə Ağayevanın repertuarından olan “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mahnısı alqışlarla qarşılanmışdır. Qrup tamaşaçı nominasiyasının qalibi olmuş və pul mükafatına layiq görülmüşdür.

Mehriban SULTAN

Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Culfa şəhərində Bənəniyar Kənd Uşaq Musiqi Məktəbi şagirdlərinin Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi münasibətilə  konserti olmuşdur. Rayon ictimaiyyətinin böyük maraq göstərdiyi konsertdə məktəbin şagirdləri tərəfindən milli muğamlarımız, Naxçıvanın təbiətinə, tarixinə həsr olunmuş mahnılar səsləndirilmişdir. Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

Xəbərlər şöbəsi

ARXİV

Oktyabr 2019
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

MÜƏLLİFLƏR

KEÇİDLƏR