16 Yanvar 2019, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Xəbər verdiyimiz kimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solisti, Azərbaycan Respublikasının xalq artisti Bilal Əliyev Naxçıvan Muxtar Respublikasında qastrol səfərində olmuşdur. Xalq artisti qastrol səfəri müddətində muxtar respublikanın rayonlarında maraqlı konsert proqramı ilə çıxış etmişdir.
Aprelin 30-da Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında müğənninin yekun konserti olmuşdur. Konsert proqramında Xalq artisti Bilal Əliyev Naxçıvan Dövlət Filarmoniyasının “Gəmiqaya” instrumental ansamblının müşayiəti ilə ulu öndərimiz Heydər Əliyevə həsr olunmuş bəstəkar mahnıları, xalq mahnıları və təsniflər ifa etmişdir. Müğənninin ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.
Qeyd edək ki, konsertdə Naxçıvan Dövlət Filarmoniyasının solistləri Zülfüqar Mahmudov və Qəribə Həsənova da xalq mahnıları, muğamlar ifa etmişlər.

Xəbərlər şöbəsi

Aprelin 30-da Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Naxçıvan Musiqi Kollecində keçirilən müsabiqənin final konserti təşkil olunmuşdur. Konsertdən əvvəl kollecin direktoru Yusif Babayev çıxış edərək gənc istedadların üzə çıxarılması istiqamətində ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən tədbirlərdən danışmışdır. Bildirmişdir ki, ümummilli liderin gənclər siyasəti ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da uğurla həyata keçirilir. Bu tədbirlərin nəticəsidir ki, naxçıvanlı gənclər ictimai-siyasi, mədəni həyatın bütün sahələrinin fəal iştirakçılarına çevrilmişlər. Ulu öndərin şəxsi təşəbbüsü ilə 1975-ci ildən fəaliyyət göstərən Naxçıvan Musiqi Kolleci də bu qayğıdan bəhrələnərək muxtar respublikanın mədəni həyatında öz sözünü deməyə çalışır. Gənc istedadların üzə çıxarılması, onların qabiliyyət və bacarıqlarının düzgün istiqamətləndirilməsi üçün hər il kollecdə müxtəlif müsabiqələrin keçirildiyini deyən Yusif Babayev bildirmişdir ki, ulu öndər Heydər Əliyevin yubileyinə həsr olunmuş bu müsabiqə ümummilli liderə böyük diqqət və ehtiramın ifadəsidir.
Sonra müsabiqənin qalibləri elan edilmiş, onlara diplomlar və mükafatlar verilmişdir.
Qaliblər yekun konserti ilə çıxış etmişlər. Kollecin xalq çalğı alətləri ixtisası üzrə IV kurs tələbəsi Fərid Babayev, fortepiano ixtisası üzrə IV kurs tələbəsi Nərmin Həsənli, orkestr alətləri üzrə III kurs tələbəsi Nicat Həsənov, vokal sənəti ixtisası üzrə III kurs tələbəsi Bəsti Qasımova və başqalarının ifaları tədbir iştirakçılarında xoş ovqat yaratmışdır.

Sara ƏZİMOVA

Aprelin 25-27-də məşhur türkiyəli müğənni Əhməd Şəfəq Naxçıvan Muxtar Respublikasında olub, Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində konsert proqramı ilə çıxış edib. Əhməd Şəfəq Naxçıvan şəhərindəki tarixi abidələrlə tanış olarkən “Şərq qapısı” qəzeti müxbirinin suallarını cavablandırıb:
– Naxçıvanda oldunuz. Naxçıvanın bir çox yerləri, o cümlədən tarixi abidələri ilə tanış oldunuz. Naxçıvanı orta əsrlərdə “Nəqşi-cahan”, yəni “Dünyanın bəzəyi” adlandırıblar. Sizin Naxçıvanla bağlı təəssüratlarınız necədir?
– Bu səfərdən, bu gəzintidən, qədim tarixi özündə yaşadan Naxçıvanla tanışlıqdan sonra gördüm ki, Naxçıvan əsrlər boyu nəinki Azərbaycan üçün, bütün türk dünyası üçün xüsusi və özünəməxsus bir yerə sahib olub, bu xüsusiliyini bu gün də yaşadır. Naxçıvan, həqiqətən də, cahanın nəqşidir, bütün türk dünyasına nümunə ola biləcək bir şəhərdir, bir muxtar respublikadır. Təəssüf doğuran, sadəcə, bir hal var. Mən bu yerin tarixi ilə tanışlıq zamanı şahidi oldum ki, buranın daha zəngin abidələri, şəhər mədəniyyəti olub. Əsrlər boyu yad­ellilərin bu torpaqları ələ keçirmək üçün mənfur müharibələri o abidələrin bir çoxunun dağılmasına gətirib çıxarıb. Amma bu yurdun insanı özünün tarixi Vətənini kimsəyə verməyib. Bütün çətinliklərə baxmayaraq, bu torpaqlar üzərində özünün var olduğunu dünyaya bəyan edib.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində “Şərqin böyük dühası Əbülqasım Firdovsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğunun Mədəniyyət mərkəzi ilə birgə təşkil olunmuş konfransda əvvəlcə klassik Şərq poeziyasının görkəmli nümayəndələrindən olan Əbülqasım Firdovsi ilə bağlı film nümayiş olunmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli konfransı giriş sözü ilə açaraq dünya ədəbiyyatının ən gözəl incilərindən olan “Şahnamə” əsərinin müəllifi, böyük Firdovsinin dünya poeziyasında əvəzsiz yer tutduğunu bildirmiş, Azərbaycan ədəbiyyatşünaslığında şairin poetik irsinin öyrənilməsindən bəhs etmişdir.
İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Məhəmmədtağı Məhəmmədəli çıxış edərək Şərqin dahi şairi Firdovsinin həyatından, poetik irsindən danışmışdır. İslam Əlaqələri və Mədəniyyət Təşkilatının tədqiqat və təhsil işləri üzrə müavini Məhəmmədrza Dehşiri şairin yaradıcı­lığının tədqiqi və təbliğindən bəhs etmişdir.
Konfransda İran İslam Respublikasının Urmiya Universitetinin Ədəbiyyat kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Müzəffər Xudavəndigar, Naxçıvan Dövlət Universitetinin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev, Urmiya Payəmnur Universitetinin rektoru Hücətullah Qəhrəmani, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Qurbanlı, Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərli, İngilis dili kafedrasının müəllimi Röya Səfərova, Şərq dilləri və ədəbiyyatı kabinəsinin müdiri Xəfayət Əliyeva, İran İslam Respublikasındakı Ərdəbil Universitetinin Ədəbiyyat kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Əsgər Şahi və həmin universitetin müəllimi Məhəmməd Qazidehi məruzə ilə çıxış etmişlər. Məruzələrdə Əbülqasım Firdovsinin həyat və yaradıcılığından, müəllifinə dünya şöhrəti qazandırmış “Şahnamə” əsərindəki tarixilik və lirizmdən, əsərin dünya dillərinə tərcüməsi məsələlərindən bəhs olunmuşdur.
Sonda belə müştərək konfransların keçirilməsinin əhəmiyyəti vurğulanmışdır.

Mehriban SULTAN

Aprelin 25-də Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində türkiyəli müğənni Əhməd Şəfəqin konsert proqramı olub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkil etdiyi konsert proqramı tamaşaçıların böyük marağına səbəb olub. Əhməd Şəfəq konsert müddətində Azərbaycan-Türkiyə qardaşlığına həsr olunan mahnıları tamaşaçılarla birgə ifa edib. Onun ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Naxçıvan Muxtar Respublikası  
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3535194
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3144
4754
12334
58436
3535194

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter