16 Yanvar 2019, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Yanvar 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan Dövlət Universitetində “Kitablar tozlanmasın” devizi altında “Kitab qoy, kitab götür” layihəsinin təbliğat kampaniyası keçirilib.
Əvvəlcə Naxçıvan Dövlət Universitetinin elmi katibi Məftun İsmayılov çıxış edərək tədbirin mahiyyəti haqqında məlumat verib. Sonra Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov muxtar respublikada həyata keçirilən gənclər siyasətindən, həmçinin gənc­lərə göstərilən diqqət və qayğıdan, yaradılan şəraitdən danışıb. Bildirilib ki, təbliğat kampaniyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş oxunması zəruri olan kitablar, həmçinin Azərbaycan və dünya bədii ədəbiyyatı nümunələrinin yer aldığı 100 bədii kitab gənclərin istifadəsinə verilib. Layihənin keçirilməsində məqsəd gənc nəsildə vətənpərvərlik, tarixə, milli köklərə bağlılığın formalaşdırılması, onların kənar təsirlərdən qorunması üçün dünyagörüşlərinin zənginləşdirilməsi, dövlətə, dövlətçiliyə, Vətənə, xalqa bağlılıq hisslərinin, mütaliə vərdişlərinin aşılanmasıdır.
“Kitablar tozlanmasın” devizi altında “Kitab qoy, kitab götür” layihəsinə bu il iyulun 20-də Naxçıvan şəhərində yerləşən “Zirvə” kitab evində start verilib. Orada, eyni zamanda Gənclər və İdman Nazirliyində ayrılmış bir guşədə layihə davam etdirilməkdədir.

Ardını oxu...

Şərur ərazisi bəşər övladının ən qədim yaşayış məskənlərindən biridir

Şərurda uzaq Daş (Orta Paleolit) dövründən başlamış tarixin bütün mərhələlərinə aid çoxlu sayda maddi-mədəniyyət abidələri vardır. Ərazi zəngin tarixi irsə malik olan diyardır. Coğrafi məkan olan “Şərur” adının yaranması və etimologiyası ilə bağlı bir çox tədqiqatçıların fikirlərinə nəzər yetirək.
Tədqiqatçı Məmməd Ellinin fikrincə, “Şərur” adının yaranması qədim şumer əsatiri ilə bağlıdır. Şumerlər “Ninurta tanrının hünəri” adlı əsatirdə “İlahi nizə”ni “Şərur” adlandırmışlar. Əsatirin qısa məzmunu belədir: “Yeraltı dünyada Kur ölkəsində Asaq adlı qanadlı, qorxunc bir azman – nəhəng (əjdaha) yaşayırmış… Asaq ölümsaçan gözlərini bərəldir, Ninurta qorxub geriyə atılır. Şərur dilə gəlir: “Heç qorxub eləmə! At məni quduz azmanın üstünə, mən onu məhv edəcəyəm”. Ninurta Şəruru azmana doğru atır. Şərur azmanı ortasından dəlib keçir”.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən noyabr ayında milli dəyərlərimizin qorunub yaşadılması və təbliği sahəsində bir sıra işlər görülmüş, muzeylərin fəaliyyəti diqqətdə saxlanılmış, mədəniyyət müəssisələrində əlamətdar və tarixi günlərlə bağlı tədbirlər keçirilmişdir. Muzeylərdə açıq və interaktiv dərslər, seminar-treninqlər davam etdirilmiş, sərgilər açılmış, muzey fondlarına 146 yeni eksponat daxil olmuşdur. Ötən ay muxtar respublika muzeylərini 55 min 884 tamaşaçı ziyarət etmişdir ki, onlardan da 14 min 608-i xarici ölkə vətəndaşı olmuşdur.

Noyabr ayında kitabxanaların da fəaliyyəti diqqətdə saxlanılmış, kitab müzakirələri aparılmışdır. Muxtar respublika kitabxanalarında yeni oxucu sayı 327, oxucu gəlişi 13 min 80 nəfər, kitab verilişi 39 min 867 nüsxə olmuş, “Mütaliə”, “Nağıl”, “Kitabxanaçı” və “Kitabxana” günləri keçirilmişdir. Naxçıvan Dövlət Musiqili Dram Teatrı “Əli və Nino” və “Qayınana əməliyyatı”, Naxçıvan Dövlət Kukla Teatrı “Göyçək Fatma”, “Qırmızı, yaşıl, mavi”, “Meşə macəraları”, “Nəğməkar bülbül”, “Sirli sözlər”, Naxçıvan Dövlət Uşaq Teatrı isə “Nadan xoruz” tamaşalarını nümayiş etdirmişlər. Babək Rayon Xalq Teatrı muxtar respublikanın şəhər və rayonlarında “Subaylarınızdan görəsiniz”, Şərur Rayon Xalq Teatrı “Varlı qadın”, Naxçıvan Şəhər “Gənclik” Xalq Teatrı isə “Yarımgünlük rəis müavini” tamaşalarını göstərmişlər.
Naxçıvan Dövlət Film Fondu “Azərbaycan Kinosu Günü” layihəsi çərçivəsində Culfa rayonunun Teyvaz kəndində “Qırmızı bağ”, Babək rayonunun Cəhri kəndində “Xoşbəxt ay-ulduz”, Ordubad şəhərində “Dərvişin qeydləri”, məktəblilər üçün “Xoşbəxt ay-ulduz” bədii və sənədli filmlərini nümayiş etdirmişdir.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

 Nənə-babalarımız elə bu gün də söhbət zamanı hər hansı bir gün haqqında danışanda dəqiq tarix deməzlər. Əsrlərin sınağından çıxmış milli tarixlər isə onlar üçün dəyişilməzdir. Ağbirçəklərimiz, ağsaqqallarımız üçün aylar özünə mənəvi hüquq qazanmış məfhumlar içərisində “əriyir” – məhərrəm, ramazan, qurban, cəfər, bayram ayları... Onların təbirincə fəsilləri əvəz edən vaxtlar da olub: Böyük çillə, Kiçik çillə, Boz çillə... 

Çillələrlə bağlı bir çox əfsanələr dildən-dilə keçib bu günümüzə kimi gəlib çatıb. Deyilənlərə görə “Qış” adlı bir kişinin “Böyük çillə”, “Kiçik çillə”, “Boz ay” adlı üç oğlu var imiş. Qış əvvəlcə ilkini – Böyük çilləni qırxgünlük səfərə göndərir ki, gedib el-obaları gəzsin, dünyaya tamaşa eləsin. Görsün nə var, nə yox, adamlar necə yaşayır, necə işləyirlər?
Böyük çillə altdan-üstdən bərk geyinir. Ağ qar yapıncısını da çiyinlərinə salıb yola çıxır. Az gedir, çox dayanır, çox gedir, az dayanır, axır ki, aralıq ayının – yəni dekabrın iyirmisində gəlib el-obaya yetişir. Adamlar səhər yuxudan oyanıb çölə baxanda görürlər ki, paho, hər yan ağappaq qara bürünüb. O saat barmaqlarını dişləyirlər ki, Böyük çillə gəlib çıxıb. Deməli, nə az, nə çox, düz qırx gün dağda-düzdə, kənddə-kəsəkdə bu özünün qar atını belədən-elə, elədən-belə çapacaq. Nə etməli, Böyük çillənin ­qarından-soyuğundan qorxub evin bir küncünə çəkilmək olmaz ki! Bəs onda iş-gücün qulpundan kim yapışsın?

Ardını oxu...

Məlum olduğu kimi, bu il oktyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov“Görkəmli rəssam İbrahim Səfiyevin 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Bu sərəncam böyük sənətkarın irsinə göstərilən qayğının ifadəsi olmaqla bərabər, həm də rəssamın həyat və yaradıcılığının daha geniş tədqiq olunmasına, onun ictimai mühitdə tanınmasına imkan verib. Elə biz də bu məqsədlə bir çox azərbaycanlı sənətkarların yaradıcılığını tədqiq edən, onlarla bağlı araşdırmalar aparan sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyevə müraciət etdik və görkəmli rəssamın həyat və fəaliyyətindən danışdıq: 

– Ziyadxan müəllim, ilk olaraq sizə belə bir sual vermək istərdim: İbrahim Səfiyev kimdir və onun yaradıcılığını necə xarakterizə edərdiniz?
– Əvvəlcə onu qeyd etmək istərdim ki, İbrahim Səfiyev taleyin amansız hökmü ilə Vətəndən uzaqda ömür sürməyə məcbur olmuş məşhur rəssamlarımızdandır. Müstəqillik illərində mətbuatda bu rəssam haqqında bəzi yazılar çap olunsa da, geniş ictimaiyyət onun varlığından, əsasən, xəbərsiz olub. Ona görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2018-ci il 17 oktyabr tarixli Sərəncamı ilə görkəmli Azərbaycan rəssamı İbrahim Səfinin ­(İbrahim Qafar oğlu Səfiyevin) 120 illiyinin qeyd olunması onun yaradıcılığına göstərilən diqqət və ehtiramın ifadəsidir.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3535212
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3162
4754
12352
58454
3535212

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter