21 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda 18 oktyabr – Dövlət Müstəqilliyi Gününə həsr edilmiş “Müstəqil Azərbaycan” adlı rəsm sərgisinin açılışı olub.

Ardını oxu...

Payızın güllü-çiçəkli yayı qovub təbiətə hakim kəsildiyi, durnaların təzəcə qatarlanıb köç etdiyi bir vaxtda gəlmişdi şair bu gəlimli­-gedimli, son ucu ölümlü dünyaya. Varlığı ilə yoxluğu arasındakı zaman kəsiyində şairlər şairi adlandırılan Məmməd Arazdan bəhs edirəm mən. Hələ sağlığında qiyməti verilən, dəyəri bilinən Məmməd Arazdan. Doğulduğu Şahbuz rayonunun Nursu kəndinə üz tutub:

Kəndim, balacasan, çox balacasan,
Adın yox dünyanın xəritəsində.
Atılıb qalmısan gözlərdən uzaq
Çaylı, baldırğanlı dağ dərəsində.

– deyən şair Nursunu bu çərçivədən çıxarıb nəinki Azərbaycana, özünün adı keçən bütün ölkələrə sığdırdı. Çünki şairlik ruhunu bu kənd vermişdi ona. Çadırdaş, Toxluqaya, Motalqaya, Novlu, Götürgə, Hamar Güney, Haçabənd, Kolarxac, Şahbulaq, Təhnəli bulaq, Damla bulaq, Məzrə düzü – hər biri bir şeiriyyət ocağı olan bu yerləri qarış-qarış gəzib onlardan poetik duyğular almışdı. Bir də ki elə şairlik ruhunu aldığı, bədahətən şeir düzüb-qoşan anası Cahan xanım onun üçün bir poeziya qaynağı idi. Azərbaycan Respublikasının Əməkdar jurnalisti, publisist Flora Xəlilzadə Məmməd Arazla bağlı xatirələrində yazır: “Mənim ruhumda böyük Məmməd Araz var. Məmməd Arazın anası Cahan xanım mənim bibimdir. Təhsil ala bilməsə də, sinədəftər xanım idi. Bizim nəsildə hər kəsin bir şeir dəftəri var. Amma Məmməd Araz nəslimizin Xan Çinarıdır”.

Ardını oxu...

“Təmizlik imandan gəlir” deyimi tarixboyu xalqımızın gündəlik həyatının ayrılmaz ritminə çevrilib. Ölkəmizin bütün bölgələrində olduğu kimi, oğuz yurdu Naxçıvanda da orta əsrlər dövrünə aid kəhrizlərin, hamamların mövcudluğu ulu babalarımızın daim bu amilə həssaslıq göstərməsindən, təmizliyə, paklığa, səliqə-sahmana xüsusi diqqət yetirməsindən xəbər verir. Qədim diyarın ayrı-ayrı guşələrində yerləşən belə tarixi abidələr müstəqillik illərində təmir-bərpa olunaraq həyata qaytarılıb və bu gün yüksək səviyyədə qorunub yaşadılır. Tarixi keçmişimizə, əcdadlarımızın məişət həyatına işıq salan məkanlardan biri də Nахçıvаn şəhərinin Heydər Əliyеv prospеkti ilə “Təbriz” küçəsinin kəsişməsində, Dədə Qorqud mеydаnındа yerləşən, inşası XVIII əsrin ortalarına aid edilən Şərq hamamıdır. 

Şəhər sakinləri arasında bu məkana “İsmayılxan hamamı” da deyilir. Tikiliyə aid yazılı kitabə aşkar edilmədiyindən inşa olunma tarixi dəqiq bəlli deyil və barəsində çox da geniş məlumat əldə edilməyib. Dövlətimizin xalqın keçmişinə, adət-ənənələrinə verdiyi böyük önəm sayəsində hamam binası əsaslı təmir və bərpa edilərək 2005-ci ildə müasir görkəminə qovuşub.

Ardını oxu...

Dünya mədəniyyətinə çox böyük töhfələr vermiş Azərbaycan xalqının ən möhtəşəm tarixi abidəsi “Kitabi­-Dədə Qorqud” dastanıdır. VII əsrdən üzübəri ozanların Oğuz yurdunu oymaq-oymaq gəzib yaydığı “Kitabi-Dədə Qorqud” boyları bu ərazidə türk dilində danışan Azərbaycan xalqının yaşadığını sübut edən əhəmiyyətli bir mənbədir. Dastanda cərəyan edən real tarixi hadisələr Azərbaycanda baş verib.
Hələ VI əsrin sonu, VII əsrin əvvəllərində Ağqoyunlu tayfaları Dərbənddən Zəncana qədər olan geniş bir ərazidə – Böyük Qafqazın ətəklərində, Qarabağda, Naxçıvanda, Göyçə gölü ətrafında yaşayıblar. Soykökü “xanlar-xanı Bayandur xana” gedib çatan Ağqoyunlular sonralar paytaxtı Diyarbəkir olan Oğuz dövləti yaradırlar. Bu dövləti idarə edən sülalə Bayandur xanın adı ilə “Bayandurlar” adlanır. Oğuzlar Göyçə gölü ilə Arpaçay arasındakı dağları Alagöz yaylaqları və ya Alagöz dağları adlandırırdılar.
Oğuz türklərinin tarixindən bəhs edən Əbu Bəkr əl-Tihrani əl-İsfahani­nin “Kitabi Diyarbəkriyyə” əsərində Ağqoyunluların ulu babası Oğuz xaqanın Göyçə gölü ətrafında vəfat etdiyini yazır. Dastanda adıçəkilən bu göl vaxtilə Oğuz elinin sərhədi daxilində yerləşən, indi isə Ermənistan ərazisində qalan Göyçə gölüdür.
Dastanın boylarında təsvir olunan həyat və məişət şəraiti oğuzların oturaq həyat sürdüyünü təsdiq edir. Ağban elinin oymaqlarında əsas peşə taxıl əkib-becərmək olub. “Qatar-qatar dəvələri”, “tövlə-tövlə şahanə atları”, saysız-hesabsız qoyun sürüləri olan oğuzlar bu peşələri müstəqil istehsal sahələrinə çevirir, oğuz sənətkarlarının düzəltdiyi əl işləri hər yerdə şöhrət qazanır, həmin məmulatlardan ən çox hərbi işlərdə istifadə edilirdi.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3299597
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3419
4291
11365
84243
3299597

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter