21 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Mətbəximizin mövsümi yeməkləri var. Bu sırada ənənəvi qış yeməkləri də xüsusi yer tutur. Qış mövsümünə də artıq bir neçə ay qalır. Bütün ailələrdə mövsümə hazırlıq işləri görülür. Ordubad şəhərində yaşayan 75 yaşlı Səkinə Əzizova deyir ki, qışa hazırlıq xüsusi zəhmət tələb edir. Belə ki, iyun ayından başlayaraq yaxın qohum-əqrəba ilə birlikdə dağlara gedir və oradan çaşır, sobu, baldırğan, cacıq, qazayağı, əvəlik, ələyəz toplayırıq. Bu bitkilərin bəzisinin şorabasını qoyur, bəzisini isə qurudub qışa saxlayırıq. Qışda isə həmin bitkilərdən yeməklər hazırlayırıq.

Səkinə nənə qeyd edir ki, yay mövsümünə uyğun fərqli çeşidli meyvələr qurudulur və qışda həmin meyvə qurularından həm çərəz, həm də qənnadı kimi istifadə edilir. Buna, eyni zamanda “qax” da deyirlər. Meyvələrin qurudulması iki üsulla həyata keçirilir: birincisi, Günəş altında, ikincisi isə təndirdə, gillədə qurutmaq. Bu üsulların ən sadəsi birincisidir. İnsanlara elə gəlir ki, meyvə quruduqca onun vitamininin dəyəri azalır. Əksinə, bu dəyər xeyli artır. Əriyin içərisindəki çəyirdəyi (dənəni) çıxarıb quruduruq. Ərik qurudulan zaman cəyən biçib əriyin altına səririk ki, yağan yağış cəyənin altından axıb getsin, onun dadını aparmasın. Ərik qurudulduqdan sonra uzun müddət saxlanılması üçün qaynadılmış duzlu suya salınıb çıxarılır. Qurudulmuş əriyin rəngi sarı olsun deyə həmin şor suya üzüm yarpağı da atırıq. Hətta armud, şaftalı, əncir içləri təmizlənir və cəviz, şəkər tozu, ədviyyatlar qarışdırılaraq, həmin meyvələrin içərisinə doldurulur, ipə düzülərək qurudulur. Səkinə nənə onu da bildirir ki, bağlarında olan meyvələrdən yığaraq, çox ­çeşiddə kompotlar, mürəbbələr, cemlər hazırlayırlar.

Ardını oxu...

Kəngərli rayonunun Qarabağlar kəndi təkcə muxtar respublikamızın deyil, ümumilikdə, Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Bu yaşayış məskəni haqqında tarixi mənbələrdə bir çox məlumatlar var. Orta əsrlər dövründə Qarabağların Yaxın Şərq ölkələri ilə Avropanı birləşdirən mühüm karvan yollarının üzərində yerləşməsi burada elm, mədəniyyət, sənətkarlıq və ticarətin inkişafına mühüm təsir göstərib. Təsadüfi deyil ki, orta əsr səyyahları Qarabağların böyük bir şəhər olduğunu bildirməklə yanaşı, həm də burada gözəl memarlıq abidələrinin – məscid, minarə, karvansaray, hamam kimi tikililərin mövcudluğundan bəhs edirlər. Təəssüflər olsun ki, zaman keçdikcə bu tikililərin böyük əksəriyyəti müxtəlif səbəblər üzündən dağılaraq məhv olmuş, çox az bir hissəsi bu günümüzədək gəlib çatmışdır. 

Daha doğrusu, dövrümüzədək salamat qalmış abidələr içərisində indi yalnız qoşa minarələri olan Qara­bağlar türbəsini görə bilirik. Bu möhtəşəm abidə Naxçıvan memarlığının incilərindən sayılmaqla yanaşı, həm də bir neçə arxeoloji abidəni nəzərə almasaq, Qarabağların zəngin tarixi keçmişinə işıqtutan bir mayak rolunu oynayır. Ona görə ki, Qarabağlar türbəsi, sadəcə, bir abidə deyil. Təhlil etsək, görərik ki, bu tikili mühəndislik elementlərinin işlənmə texnikasına görə Naxçıvan memarlığının gücünü, inşa edildiyi tarixi dövrə görə təkmilləşmiş dövlət idarəçiliyini, üzərindəki yazılı kitabələrə görə islami dəyərlərə ehtiramını göstərməklə bərabər, zəngin milli və mənəvi dəyərlərimizin məcmusunu özündə cəm edib. Bizim bu yazıda toxunacağımız mövzu türbə haqqında deyil. Söhbət ondan gedir ki, bu gün muxtar respublikamızda tarixi abidələrə göstərilən dövlət qayğısı belə tikililərə ikinci həyat verməklə yanaşı, həm də həmin abidələrin yerləşdiyi ərazilərin elmi şəkildə öyrənilməsinə yeni imkanlar açıb. Yəni biz görülən işlərə elmi şəkildə kompleks yanaşmanı müşahidə edirik. Elə bunun nəticəsidir ki, Naxçıvanda bərpa olunaraq ictimaiyyətə təqdim edilən hər bir abidə haqqında yeni, dolğun, elmi əsaslara söykənən məlumatlarla tanış oluruq. 

Ardını oxu...

Çalışaq onlardan ayrılmayaq

Günümüzdə əksər insanlar klassik formada kitab oxumağı dünənin tərzi kimi qəbul edir. Onlar fikirləşirlər ki, internetdən, sosial media şəbəkələrindən lazımi informasiya və məlumat ala bilərlər. Amma bu, düzgün fikir deyil. Kitab oxumaq bizim fikirlərimizi dəqiq və daha dolğun şəkildə ifadə etməyə, düzgün nitqə, stresin azalmasına, həyata baxış tərzimizə, eyni zamanda oxuma və düşünmə qabiliyyətimizə müsbət təsir göstərir. Süjeti izləməyin, qəhrəmanların adlarını yadda saxlamağa cəhd etməyin özü də yaddaşın güclənməsinə kömək edən amillərdən biridir.
Hər birimizin evində kiçik bir kitabxanamız olsa, həm estetik görünüş, həm də mənəvi cəhətdən ruhumuzu oxşamazmı? Niyə 24 saatımızın heç olmasa, 1 saatını bu pulsuz məşğuliyyətə ayırmayaq? Özü də muxtar respublikamızda kitab oxumağımıza bu qədər şərait yaradılmışkən. Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası, Naxçıvan Dövlət Universitetinin və AMEA Naxçıvan Bölməsinin elektron kitabxanaları və digərləri hər zaman oxucuların xidmətindədir. Yetər ki hər kəsdə oxumaq həvəsi olsun.

Ardını oxu...

Dünən Naxçıvan Dövlət Rəsm Qalereyasında Milli Musiqi Günü ilə bağlı muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin rəsm ixtisası üzrə təhsil alan şagirdlərinin iştirakı ilə etüd təşkil edilib.
Muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri kollektivlərinə göstərilən dövlət qayğısından danışan nazirliyin əməkdaşı Leyla Əlimərdanova qeyd edib ki, bu məktəblərin bir neçəsində uşaqlar həm də rəsm ixtisası üzrə təhsil alırlar. Hazırda 30-dək şagird rəsm ixtisası üzrə təhsil almaqla bu sahəyə maraq göstərir. Nazirlik və müəllimlər tərəfindən istedadlı şagirdlərə diqqət və qayğı göstərilir. Rəsm ixtisası üzrə təhsil alan şagirdlərin müsabiqəsi, həmçinin onların rəsmlərindən ibarət sərgilər təşkil edilir.
Çəkiləcək etüdlərin musiqimizə və böyük bəstəkarımız Üzeyir Hacıbəyovun yaradıcılığına həsr edilməsi əsas şərtlərdən biridir. Böyük bəstəkarımızın əsər və felyetonları mövzusunda rəsm əsərləri çəkmək həm də şagirdlərin dahi bəstəkarımızla bağlı biliklərinin ifadəsi kimi də qiymətləndiriləcək. Böyük bəstəkarımızın publisist yaradıcılığı bütün ruhu, canı, qanı, həm də mövzu dairəsi etibarı ilə “Molla Nəsrəddin” jurnalı ilə səsləşdiyi üçün şagirdlər üslub yaxınlığını aydın tuta bilərlər.
Şagirdlərin çəkdikləri etüdlər tədbirin sonunda müəllimlər tərəfindən qiymətləndirilib.

Əli RZAYEV

18 sentyabr – Milli Musiqi Günü münasibətilə Naxçıvan şəhərindəki Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tədbir keçirilib.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3296324
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
146
4291
8092
80970
3296324

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter