18 Sentyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi münasibətilə ebru sənətçisi, Türkiyə Böyük Millət Məclisinin sənət üzrə müşaviri Hikmət Barutçu­gilin əsərlərindən ibarət “Allahın gözəl adları” mövzusunda sərgisi təşkil olunub. 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkil etdiyi sərginin açılış mərasimində çıxış edən muxtar respublikanın mədəniyyət naziri Natəvan Qədimova qeyd edib ki, bu gün muxtar respublikada milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşılır. Bütün bunların nəticəsidir ki, Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilib. Belə bir əlamətdar ildə türk-islam mədəniyyətinin dərin məzmunlu nümunələrindən olan ebru sənətinə aid bu möhtəşəm sərginin təşkili İslam mədəniyyəti ilə səsləşən mühüm mədəniyyət hadisəsidir. Sərgidə müəllifin 47 əl işi sərgilənir.

Ardını oxu...

Tədqiqatlar zamanı Azərbaycan ərazisindən külli miqdarda tapılmış sikkələr bir çox alimlərin marağına səbəb olub. Onlar bu sikkələrin zərb olunduğu yer və kim tərəfindən kəsildiyini öyrənərək aydınlaşdırıblar ki, bunların müəyyən bir hissəsi Naxçıvan zərbxanalarında kəsilib. Sikkələr haqqında məlumat almaq, tarixi Azərbaycan torpağı olan qədim diyarda fəaliyyət göstərən zərbxanaların harada yerləşdiyi və bu gün sikkələrin dünyanın hansı muzeylərində sərgiləndiyini öyrənmək üçün Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması kafedrasının müdiri, tarix elmləri doktoru Məmməd Əliyevə müraciət etdik. 

Məmməd Əliyev qeyd edir ki, antik dövrdə və son orta əsrlərdə Naxçıvan torpağında zərb olunmuş sikkələr vasitəsilə xalqımızın keçmişini öyrənəndə qızıl, gümüş və mis sikkələrin ardıcıl olaraq bir-birini əvəzlədiyini görürük. Bütün bunlar türk soyları və böyük türk hökmdarlarının naxçıvanlıların ulu əcdadları olduqlarını təsdiqləyir. Naxçıvan Muxtar Respublikasının ərazisində kəsilmiş on minlərlə sikkə məlumdur. Bu pulların köməyi ilə öyrənirik ki, Naxçıvan bölgəsində VI əsrdən başlayaraq XVIII əsrin sonuna qədər müxtəlif dövrlərdə fəaliyyət göstərmiş zərbxanalar olmuşdur. Naxçıvan, Əlincə, Qarabağlar, Əlcan, Şərur, Ordubad və Xaraba Gilan (Giran) zərbxanaları buna parlaq misaldır. Zərbxanaların quruluşunu və istehsal prosesinin təşkilini öyrənərkən dövlət məmurlarının adı, vəzifələri və aldıqları əməkhaqları ilə bərabər, bilavasitə zərb işi ilə məşğul olan sənətkarların adı və gördükləri işin müqabilində aldıqları əməkhaqqı da məlum olur.

Ardını oxu...

İyulun 4-də Cəlil Məmmədquluzadənin ev-muzeyində bu mədəniyyət ocağının yaradılmasının 20 illiyi ilə əlaqədar tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova açıb. Nazir bildirib ki, hazırda ölkəmizdə, eləcə də muxtar diyarımızda müxtəlif profilli muzeylər fəaliyyət göstərir. Bu muzeylər içərisində tanınmış şəxsiyyətlərin ev-muzeyləri xüsusi yer tutur. Həmin mədəniyyət müəssisələri sırasında görkəmli ədib Cəlil Məmmədquluzadənin həm ölkəmizin paytaxtı Bakıda, həm də dahi yazıçının doğulub boya-başa çatdığı Naxçıvan şəhərində yaradılmış ev-muzeyləri də vardır.
Dahi yazıçının Naxçıvan şəhərindəki ev-muzeyi ümummilli lider Heydər Əliyevin 1998-ci il 19 iyun tarixli Sərəncamına əsasən yaradılıb, 1999-cu il ok­tyabrın 13-də muzeyin açılışı olub. Həmçinin böyük yazıçının vaxtilə müəllimlik etdiyi Nehrəmdə və Cəlilkənddə ədibin xatirə muzeyləri istifadəyə verilib. Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi və Naxçıvan Dövlət Musiqili Dram Teatrı Cəlil Məmmədquluzadənin adını daşıyır.
Görkəmli demokrat ədib, tanınmış yazıçı-publisist Cəlil Məmmədquluzadənin milli şüurun oyanışında, milli ruhun formalaşmasında əvəzsiz rolu olub.

Ardını oxu...

Qarabağlar Türbə Kompleksinin bərpası milli və bəşəri dəyərlərə töhfədir

Kəngərli rayonunun Qarabağlar kəndi muxtar respublikamızın böyük yaşayış məntəqələrindən biridir. Hazır­da kənd statusu daşıyan bu yaşayış məntəqəsi orta əsrlərdə böyük şəhər olub. Qarabağların Yaxın Şərq ölkələri ilə Avropanı birləşdirən mühüm karvan yollarının üzərində yerləşməsi burada elm, mədəniyyət, sənətkarlıq və ticarətin inkişafına mühüm təsir göstərib. Təsadüfi deyil ki, orta əsr səyyahları Qarabağların böyük bir şəhər olduğunu bildirməklə yanaşı, həm də burada gözəl memarlıq abidələrinin – məscid, minarə, karvansara, hamam kimi tikililərin mövcudluğundan bəhs ediblər. Təəssüflər olsun ki, zaman keçdikcə bu tikililərin böyük əksəriyyəti müxtəlif səbəblər üzündən dağılaraq məhv olub, çox az bir hissəsi bu günümüzədək gəlib çatıb. Qoşa minarəli, baştağ və türbədən ibarət kompleks isə dövrümüzədək salamat qalmış möhtəşəm abidələrimizdəndir.
Tarixçilərə görə, bu abidələr Qarabağların orta əsrlərdə inkişaf etmiş mühüm mədəniyyət mərkəzlərindən olduğunun göstəricisidir. Abidə, eyni zamanda təkcə Azərbaycanın deyil, Ön Asiyanın möhtəşəm memarlıq incilərindəndir. AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yazır ki, Türbə Kompleksi, Elxanilərin hakimiyyəti illərində tikintisi geniş yayılıb və dindarlığın qapıları mənasını daşıyan əbvab-əl-birr adlı iri xatirə-xeyriyyə komplekslərindən olub. Tərkibində saray, məscid, mədrəsə, xanəgah, şəfaxana, hamam və başqa binalar olan belə komplekslərin mərkəzi tikilisi və dominantı “Ali günbəz” – uca türbə olurdu.

Ardını oxu...

Şahbuz Rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə rayon gənclərinin “Naxçıvanı tanıyaq” devizi altında Ordubad rayonunda fəaliyyət göstərən muzeylərə gəzintisi təşkil olunub.
Şahbuz və Ordubad rayonlarının gəncləri rayon mərkəzindəki Tarix-Diyarşünaslıq Muzeyi, tarixi romanlar müəllifi Məmməd Səid Ordubadi, akademik Yusif Məmmədəliyev, pedaqoq Məhəmməd Tağı Sidqi kimi görkəmli şəxsiyyətlərin xatirələrinin əbədiləşdirildiyi ev-­muzeyləri ilə tanış olublar. Onlara elm və sənət xadimlərinin həyat və fəaliyyətlərini, yaradıcılıq yollarını özündə əks etdirən eksponatlar, xatirə şəkilləri haqqında maraqlı məlumatlar verilib, gəncləri maraqlandıran suallar ­cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3032833
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5012
5053
10065
84164
3032833

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter