21 Aprel 2019, Bazar

 

ARXİV

Aprel 2019
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Naxçıvanda təqvim adətləri ilə bağlı keçirilən bayramlardan biri də Xıdır və yaxud Xıdır Nəbi bayramıdır. Bu bayram “qışın oğlan çağında”, kiçik çillənin onuncu günü qeyd edilir. Kiçik çillə yanvar ayının 31-dən fevral ayının 19-na qədər olan dövrü əhatə etdiyindən Xıdır bayramı fevralın 9-da kiçik çillənin yarı olduğu gündə keçirilir. Naxçıvan Muxtar Respublikasının bəzi şəhər və kəndlərində bu bayramın fərqli günlərdə keçirildiyinə də şahid oluruq.

Bu bayram bəzən həftənin dördüncü gününə təsadüf etdiyindən yanlış olaraq dinlə əlaqələndirilir. Maraqlı cəhət bundan ibarətdir ki, bayram nəyə görə məhz fevralda, qışın ən sərt vaxtında keçirilir? Çünki qışın ən çətin dövründə, insanların tədarük gördükləri ərzaq, yem, yanacaq ehtiyatının azaldığı vaxt Xızır Peyğəmbərin çağırılması onun yardımına böyük ehtiyacla bağlıdır. Əldə olan materiallara əsaslanaraq demək olar ki, bayram çətinlikdə insanların dadına, köməyinə çatan, istilik hamisi olan Xızırla bağlı olub, onun şərəfinə keçirilir. Bu, İslamdan öncə formalaşmış əski türk inancıdır. Bir qayda olaraq fevral ayının 9-u qeyd olunmalıdır.

Ardını oxu...

Özbəkistanın uchildiz.uz portalında “Naxçıvan yallısının Azərbaycanın musiqi mədəniyyətindəki yeri” adlı geniş məqalə yerləşdirilib.
Rus dilində yazılan məqalədə Naxçıvan yallısının qədim tarixinə nəzər salınır, onun qədim tarixin, zəngin mədəniyyətin göstəricisi olduğu vurğulanır.
Məqalədə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Şərur” Xalq Yallı Ansamblının fəaliyyətinə də diqqət çəkilir, yallının Azərbaycan mədəniyyətinin xüsusi reyestrinə daxil edildiyi və ölkəmizin regionları üzrə yallı rəqsinin yayılması, inkişaf arealı xüsusi qeyd edilir.
Bildirilir ki, qədim kollektiv rəqsi olan yallı xoreoqrafiya, vokal və instrumental musiqini özündə birləşdirir. Yallı rəqsi Gəmiqaya arxeoloji abidələrində də əks etdirilib.
Məqalədə vurğulanır ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Naxçıvan yallısını “Naxçıvanın tacı” adlandırıb. Hazırda Naxçıvan toylarında ifa edilən yallının bu diyarda 100-dən çox növü var. “Qazı-qazı”, “Qaladan-qalaya”, “Köçəri”, “Çınqı-çınqı”, “Ağıryallı”, “Xalq yallısı”, “Şəruri”, “İki ayaq”, “Üç ayaq”, “Urfani”, “Xələfi”, “Ərzumani” və digər yallı növləri Naxçıvanda daha çox populyardır.
Yazıda Naxçıvan yallısı ilə yanaşı, Qarabağ, Zəngilan, Qazax, Salyan, Şirvan və digər bölgələrimizdə ifa edilən yallılar haqqında da söhbət açılır.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi ilə əlaqədarNaxçıvan şəhərindəki Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Memarlar Birliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə “Qürur yerim Naxçıvanım” adlı sərgi təşkil edilib.
Bununla bağlı keçirilən tədbiri giriş sözü ilə Memarlar Birliyinin sədri Heydər Əhmədov açaraq bildirib ki, bu gün doğma diyarımız 95 illik tarixi yolunun ən dinamik inkişaf dövrünü yaşayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə müstəqillik illərində qədim diyarda həyatın bütün sahələrində əsaslı yüksəlişə nail olunub, oğuz yurdu cənnətməkana çevrilib.
Qeyd olunub ki, son illər diyarımızda aparılan kompleks tikinti-­quruculuq tədbirləri nəticəsində şəhər, qəsəbə və kəndlərin siması tanınmaz dərəcədə dəyişilib. Təqdirəlayiq haldır ki, Naxçıvanda ucaldılan binalar qədimliklə müasirliyi özündə cəmləşdirməklə yanaşı, memarlıq üslubu ilə də fərqlənir. Bu binalar yerləşdikləri ərazilərə xüsusi gözəllik verir, ətrafla harmoniya yaradır. Qabaqcıl dünya təcrübəsini və milli ənənələri mənimsəyən memarlarımız muxtar respublikanın inşaat sektoruna yeni üslublar və müasir dizayn formaları gətirməkdədirlər.
Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxışında bildirib ki, böyük qürur hissi ilə 95-ci ildönümünü qeyd etdiyimiz muxtar respublikamız çətin, mürəkkəb, eyni zamanda da şərəfli inkişaf və tərəqqi yolu keçib. Müstəqillik illərində bütün sahələrdə aparılan quruculuq işlərində, mədəni­-kütləvi tədbirlərdə dövlətimizin dəstəyinə arxalanan gənclər də fəallıq göstərib, qədim Naxçıvanda hərtərəfli dünyagörüşünə malik müasirdüşüncəli gənclik formalaşıb.

Ardını oxu...

Dünən Naxçıvan Dövlət Film Fondundakı muzeyə Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, uzun illər Naxçıvan televiziyasının kinooperatoru işləmiş Ənvər Rəhimov tərəfindən 25 ədəd müxtəlif kino avadanlığı təqdim olunub. 1963-1985-ci illərdə istehsal edilmiş kino­kamera, videokamera, səsyazma aparatı, obyektiv, eksponometr, videokaset və digər avadanlıqlar vaxtilə Naxçıvan televiziyasında müxtəlif film və başqa çəkilişlərdə istifadə edilib.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da kino sənətinin inkişafına böyük diqqət və qayğı göstərilir. Muxtar respublikamızda Dövlət Film Fondunun fəaliyyət göstərməsi də bu qayğının daha bir nümunəsidir. Fondun ən maraqlı guşələrindən biri də burada yaradılmış kiçik kino muzeyidir. Bu gün Naxçıvan televiziyasının veteran operatorlarından biri olan Ənvər Rəhimov tərəfindən hədiyyə olunan kino avadanlıqları Naxçıvan Dövlət Film Fondunun muzeyində televiziya və kino sənəti tariximizi yaşadan qiymətli eksponat kimi yer ­alacaqdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda İran İslam Respublikasının tanınmış incəsənət xadimi, Tehran Universitetinin professoru, ­nəqqaş-xəttat Qulamrza Rahpeymanın “Bir rəssamın yaradıcılıq yolu” adlı rəsm sərgisi açılıb.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3875391
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
318
3976
23781
65782
3875391

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter