20 Fevral 2019, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Fevral 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 1 2 3

 

 

LİNKLƏR

 

 

Naxçıvanın sərt iqlim şəraiti ilə əlaqədar deyərlər ki, burada soyuqlar noyabrda başlar, martda bitər. Buna görə də naxçıvanlılar bu soyuqlu-sazaqlı altı aya, qarşıdan gələn qışın qarlı-boranlı günlərinə  qara yaz açılan vaxtdan düz qar yerə düşənədək  hazırlıq görərlər. Zirzəmilər, əl damları dağlarımızın-düzlərimizin, həyət-bacalarımızın çeşid-çeşid məhsulları ilə doldurular  ki, qışda  ruzi bol olsun, el arasında deyildiyi kimi, əlini nəyə atsan, boşa çıxmasın.

Martda göy gurlayıb çölün per-pencərini yeməyə halallıq verəndən camaat başlayar həm istifadə etməyə, həm də qışa tədarükə. Şıppır, ələyəz, əvəlik hörülüb qurudular, hər biri bir dərdin dərmanı olan həmərsindən tutmuş zirincə, yemişanadək, dağ nanəsindən tutmuş yarpıza, kəklikotuna, çobanyastığınadək qurudulub ayrı-ayrı yığılar. Çaşır, sobu, bolu, baldırğanın turşusu tutular, turş, şirin alça, ərik qurudular, alma-heyva dərilib xüsusi anbarlara yığılar, armud, üzüm zirzəmilərin bu başından o başına çəkilən ipdən asılar, cəviz, badam, fındıq çırpılar, kisələrə doldurulub üst-üstə toplanar. Həm həyətlərin, həm də çölün-düzün bütün nemətlərinin mürəbbəsi, kompotu hazırlanar. Həftəbecər qoyular, bircə həftəyə süfrəyə gətirildimi, ardınca taxta çəlləklərdə qış turşusu tutular. Bundan sonra əriştə kəsilər, sərilər, qurudular, qovurulub, götürülər. Buğda yuyulub, kirkirədə çəkilib yarmaya çevrilər və parça torbalarda qış ruziləri yığılan yerə qoyular. Bu işlər noyabrın axırlarınadək – çox soyuq düşməmiş yekunlaşdırılar. Bundan sonra qadınlarımızın qalar bir, həm də ən böyük, çətin işi – qovurma qovurmaq.

Ardını oxu...

Bədii söz sənətimizin misilsiz inciləri olan mənəvi sərvətlər içərisində şifahi xalq ədəbiyyatımız – folklorumuz özünəməxsus yerə və qədim tarixi köklərə malikdir.  Etnoqrafik materialları və folklor nümunələri ilə zəngin olan Naxçıvanda folklor örnəklərinin toplanması işi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamından sonra sistemli şəkil alıb. Müxtəlif dövrlərdə yaradılmış xalq ədəbiyyatı nümunələrinin toplanılaraq nəşr olunması işinə dövlət səviyyəsində diqqət yetirilməsi xalqımızın tarixi sayılan folklor nümunələrinə əbədi həyat verilməsi deməkdir.

Muxtar respublikamızda folklor örnəklərinin araşdırılması, öyrənilib gələcək nəsillərə çatdırılmasında mühüm əhəmiyyət daşıyan işlərdən biri də bu faktların və folklor örnəklərinin kitab şəklində nəşr olunmasıdır. Elə Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun əməkdaşları tərəfindən muxtar respublikamızın Şərur bölgəsindən toplanılıb işıq üzü görən “Şərur folklor örnəkləri” kitabının əhəmiyyəti nəzərə alınaraq təkrar nəşr edilməsi də bu mühüm mərama xidmət edir.

Ardını oxu...

Noyabrın 27-də Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Naxçıvan Dövlət Uşaq Filarmoniyasının xor kollektivinin “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” devizi altında ilk konserti olub.

Ardını oxu...

Naxçıvan şəhərinin ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar “Azərbaycanda Belarus gəncləri günləri” çərçivəsində Belarus Respublikasından bir qrup gəncin Naxçıvan Muxtar Respublikasına səfəri təşkil olunub.

Ardını oxu...

Azərbaycan rəssamları sırasında taleyin gərdişi ilə dünyanın bir çox yerlərinə üz tutan, təzadlı və keşməkeşli həyat yaşayan sənət adamlarımız az deyil. Onların arasında Vətən həsrəti ilə qürbət ölkələrdə dünyasını dəyişənlər də var. Haqqında bəhs edəcəyimiz rəssam 1898-ci ildə Naxçıvanın Şərur rayonunda dünyaya göz açmış, üç yaşında olarkən atasını itirmiş, uşaqlıq illərini çətinliklər içində keçirən İbrahim Səfi (Səfiyev) məhz bu qəbildən olan sənətkarlarımızdandır.

Balaca İbrahim kiçik yaşlarından rəsmə həvəs göstərmiş,12 yaşında ikən “Araz balıqçıları” adlı ilk rəsmini çəkmişdir. Rəssamlığa, incəsənətə qarşı ilk qığılcımları İbrahimin qəlbində, çox güman ki, sazı və sözü ilə el aşığı kimi tanınan atası oyatmışdır.
İbrahim Səfiyev ilk təhsilini Cəlilkənd məktəbində alıb. Sonra öz arzularını reallaşdırmaq üçün təhsilini davam etdirmək qərarına gəlib.
İrəvan Müəllimlər Seminariyasını bitirdikdən sonra iki il Moskvadakı Rəssamlıq Akademiya­sında təhsil alır. Rusiyadakı 1917-ci il inqilab hadisələrindən təsirlənərək təhsilini yarımçıq buraxıb Naxçıvana, doğma diyara qayıdır. Həmin illərin çətinlikləri rəssamdan da yan keçmir. Belə ki, o, Şərurda rəsm çəkməklə çörəkpulu qazanmaq məcburiyyətində olur.

Ardını oxu...

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3707987
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
231
3119
6145
49079
3707987

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter