29 Noyabr 2020, Bazar

2020-2021-ci illərin payız-qış mövsümü ilə əlaqədar muxtar respublikada əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən hamilələr, xroniki xəstələr, tibb işçiləri, uşaq və yeniyetmə müəssisələrində çalışan şəxslərə qrip peyvəndinin vurulması məqsədilə xüsusi komissiya yaradılıb. Komissiyaya tibb müəssisələrinin baş həkimləri də daxil edilib, onlara müvafiq tapşırıq və tövsiyələr verilib.

Ardını oxu...

Son illər muxtar respublikada həyata keçirilən kompleks tədbirlər nəticəsində əldə olunmuş iqtisadi nailiyyət bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan verib.
Muxtar respublikada səhiyyə obyektlərinin infrastruktur təminatının yenilənməsi, xəstəxanalarda müasir tibbi avadanlıqların quraşdırılması əhalinin sağlamlığının qorunmasına geniş imkanlar yaradıb. Belə ki, təkcə 2010-cu ildən 1 yanvar 2020-ci il tarixədək Naxçıvan Muxtar Respublika Xəstəxanası, Kardioloji Mərkəz, Yoluxucu Xəstəliklər Mərkəzi, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Babək, Ordubad, Kəngərli və Sədərək rayon mərkəzi xəstəxanaları olmaqla, ümumilikdə, 13 xəstəxana, 46 həkim ambulatoriyası, 58 feldşer-mama məntəqəsi və digər səhiyyə obyektləri tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir.
Həyata keçirilən tədbirlərin davamlılığının qorunması məqsədilə cari ilin yanvar-sentyabr aylarında Ordubad rayonunun Vənənd, Şərur rayonunun Məmmədsabir, Culfa rayonunun Camaldın kəndlərində həkim ambulatoriyası binalarının, Şərur rayonunun Muğancıq-Mehrab və Babək rayonunun Nəcəfəlidizə kəndlərində feldşer-mama məntəqələrinin tikintisi başa çatdırılmış, Ordubad Rayon Uşaq Xəstəxanası binasının yenidən qurulması, Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin, Şərur rayonunun Şəhriyar, Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic, Şahbuz rayonunun Ağbulaq kəndlərində həkim ambulatoriyası binalarının tikintisi davam etdirilmişdir. Bundan əlavə, Naxçıvan “Duzdağ” Fizioterapiya Mərkəzində inzibati binanın tikintisi davam etdirilmişdir.

Ardını oxu...

Duz, əslində, yazılışı da, səslənişi də sadə bir ifadədir. Di gəl ki, bu adın ağırlığı (hələ çəkisinin ağırlığını demirəm) neçə minilliklərdir, müzakirə mövzusudur. İstər folklorda, ədəbiyyatda, tarixdə, dində, istərsə də mifik təfəkkürdə duz mövzusuna rast gəlinir. Duzun işlənmə dairəsi məişət, texnika, maldarlıq, tibb, kimya sənayesi, kulinariya, kosmetika və digər sahələri əhatə edir.

Ardını oxu...

Səhiyyə Nazirliyinin nəzdində COVID-19 ilə mübarizənin gücləndirilməsi üçün yaradılmış işçi qrupunun üzvü Sevda Məmmədova müsahibəsinin əvvəlində cari ilin iyul ayından etibarən xidmət göstərən “814” Çağrı Mərkəzinin iş qrafiki haqqında danışıb.

S.Məmmədova bildirib ki, hal-hazırda mərkəz bazar ertəsindən şənbə günü daxil olmaqla səhər saat 8-dən axşam saat 6-dək zəngləri qəbul etməkdədir: "Sutkanın qalan saatlarında işçi qrupunun üzvü Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti ilə əlaqə saxlamağı məsləhət görüb.

Bu ilin avqust və sentyabr aylarının hər birində "814" nöməsinin qəbul etdiyi müraciətlərin sayı 1300-1400 təşkil edib, oktyabr ayında isə artıq bu say 3500 – 4000-ə qədər artıb".

Ardını oxu...

Naxçıvan Muxtar Respublika Xəstəxanasının 15 nəfərdən ibarət həkim briqadası Məhəmməd Füzuli adına Ordubad şəhər internat tam orta məktəbində humanitar tibbi aksiya təşkil edib.
Ambulator müayinələr zamanı məktəbin yataqxanasında yaşayan 40 şagird ümumi cərrahi, stomatoloq, otolorinqoloq, nevropatoloq, hematoloq, uroloq, proktoloq, oftalmoloq, terapevt, USM, laboratoriya və digər tibbi müayinələrdən keçiblər. Xəstəlikləri aşkar olunanlara müalicə və eynəklər yazılıb, həkim məsləhəti verilib. Bir uşaqda cərrahi müdaxilələrə ehtiyac aşkar olunduğundan müalicə məqsədilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına dəvət edilib.

Ardını oxu...

ARXİV

Noyabr 2020
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR