21 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının ixtisaslı həkim briqadası tərəfindən cari ilin payız mövsümünün dərin tibbi müayinələri oktyabrın 8-dən 31-dək həyata keçirilib.
Müayinələr 12 min 155 nəfəri əhatə edib. Şagirdlər arasında aşkar edilən xəstəliklərin kompleks müayinəsi üçün onların müvafiq səhiyyə müəssisələrinə göndərilməsinə göstəriş verilib.
Qeyd edilməlidir ki, müayinələrin normal təşkili üçün əvvəlcədən cədvəllər tərtib olunaraq məktəblərə göndərilib. Orta məktəblərdə çalışan tibb işçiləri xəstəxananın Poliklinika şöbəsinə dəvət olunub, lazımi izahatlar verilib. Şagirdlər əvvəlcədən məktəb həkimləri tərəfindən müayinələrdən keçərək qruplaşdırılıb. Profilaktika məqsədilə maarifləndirmə işi gücləndirilib.
Məktəblərdə aparılan tibbi müayinələrdən sonra bu tədbir Naxçıvan şəhərindəki məktəbəqədər müəssisələrdə davam etdirilib.

Hüseyn ƏSGƏROV

Aqillər insan üçün sağlamlığı ən şirin nemət hesab edirlər. Elə el arasında “sağlam bədəndə sağlam ruh olar” deyimi də hədər yerə işlədilmir. Belə ki, canımız sağlam olduqda bütün gözəllikləri görür, naz-nemətin ləziz dadını, tamını duya bilirik. Ömrümüzə qonaq gələn hər fəsil öz bənzərsizliyi ilə sağlam ruhumuzu daha da təzələyir, həyatımız maraqlı və xoş anlarla yaddaşımıza yazılır. Xəstələnən zaman isə gülün, çiçəyin ətrini duya bilmir, giley-güzarımız çoxalır, həyata küskünləşirik.
Payız-qış aylarında havaların dəyişkən olması mövsümi xəstəlikləri qaçılmaz edir. Elə buna görə də ilin bu vaxtlarında soyuqdəymədən əziyyət çəkən, dərman üçün əczaxanalara üz tutan insanların da sayı çoxalır. Böyüklərin bədən müqaviməti və immuniteti güclü olduğu üçün bu xəstəliklər uşaqlara daha çox sirayət edir. Artıq payız fəslinin soyuq nəfəsi duyulduğundan azyaşlılarda mövsümi xəstəliklər baş qaldırır. Valideynləri isə, təbii ki, bir sual düşündürür. Övladını mövsümi xəstəliklərdən necə qorusun?

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini oktyabr ayında da davam etdirib. İxtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması ay ərzində də diqqət mərkəzində saxlanılıb.
Muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işlərinə uyğun olaraq ötən ay Babək rayonunun Aşağı Buzqov kənd həkim ambulatoriyası, Yuxarı Buzqov feldşer­-mama məntəqəsi və Babək Rayon Gigiyena və Epidemiologiya Mərkəzi istifadəyə verilib.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri tərəfindən Naxçıvan Muxtar Respublika Xəstəxanasında 105, Babək Rayon Mərkəzi Xəstəxanasında 79, Culfa Rayon Mərkəzi Xəstəxanasında 33 nəfərdə müayinələr, 24 nəfərdə katarakt əməliy­yatı aparılıb.

Ardını oxu...

Son illər ölkəmizdə, eləcə də muxtar respublikamızda uşaqların sağlamlığının qorunmasına yönəldilmiş çoxsaylı dövlət proqramları qəbul edilir, uşaq hüquqlarının etibarlı təminat mexanizmləri yaradılır, ölkənin sürətli inkişafı fonunda uşaqların təhsili və intellektual inkişafı istiqamətində önəmli layihələr həyata keçirilir.

Ardını oxu...

Oktyabrın 24-də Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında “Dispanserizasiya xidməti: problemlər və qarşıda duran vəzifələr” mövzusunda konfrans keçirilib.
Tədbiri xəstəxananın baş həkimi Rəhim Rəhimov açaraq bildirib ki, əhalinin, xüsusən məktəbyaşlı uşaqların sağlamlığının qorunmasına, onların müayinə və müalicəsinə, dispanserizasiyasının təşkilinə xüsusi diqqət yetirilir. Bu il oktyabrın 9-da Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Pro­qramı”nın təsdiq edilməsi haqqında imzaladığı Sərəncam da uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltməklə onların arasında xəstələnmənin, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılması məqsədi daşıyır.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi xidmətin təşkili şöbəsinin baş məsləhətçi-pediatrı İbrahim Ağayev qeyd edib ki, məktəbyaşlı uşaqlar arasında mütəmadi olaraq həyata keçirilən dispanserizasiya tədbirləri, o cümlədən kütləvi tibbi müayinələr nəticəsində uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə nəzərəçarpan müsbət dinamika müşahidə olunur.
Sonra Mərkəzi Uşaq Xəstəxanası baş həkiminin müavini İlkay Əliyevanın, həkimlərdən Aytən Rzayevanın, Leyla Rəsulovanın məruzələri dinlənilib.
Məruzələr videosüjet, diaqram, cədvəl və slaydlarla müşayiət olunub, dinləyiciləri maraqlandıran suallar ­cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3299583
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3405
4291
11351
84229
3299583

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter