18 Noyabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən “Jinemet” klinikasının rəhbəri, professor-doktor Teksen Çamlıbel muxtar respublikamıza dəvət olunub.  
    Dünən Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində ginekoloqların iştirakı ilə professor-doktor Teksen Çamlıbellə görüş keçirilib. Doğum Mərkəzinin baş həkimi Yaşar Həsənov çıxış edərək bildirib ki, müasir dövrdə bir çox ailələrin əsas problemi sonsuzluqdur. Lakin səhiyyənin inkişafı bu problemin qarşısını müəyyən qədər almağa kömək edir. Bu inkişafın bariz nümunələrindən olan süni mayalanma prosesi indiyədək bir çox ailələrə sevinc bəxş edib.  
    Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının Doğum Mərkəzində də Süni Mayalanma Mərkəzi var. İndiyə qədər təcrübəli mütəxəssis olmadığı üçün Süni Mayalanma Mərkəzi fəaliyyət göstərmirdi. Dövlətin səhiyyə sahəsinə göstərdiyi qayğının nəticəsidir ki,  Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən “Jinemet” klinikasının rəhbəri, professor-doktor Teksen Çamlıbel muxtar respublikamıza dəvət olunub.

Yaşar Həsənov qeyd edib ki, statistik rəqəmlərə görə, hazırda Naxçıvan Muxtar Respublikasında 6 minə yaxın insan sonsuzluqdan əziyyət çəkir.  Süni Mayalanma Mərkəzinin fəaliyyətə başlaması ilə bir çox ailələrə sevinc bəxş olunacaq. O da diqqətə çatdırılıb ki, artıq mərkəzdə xəstələrin qeydiyyatına başlanılıb.
    “Jinemet” klinikasının rəhbəri, professor-doktor Teksen Çamlıbel rəhbərlik etdiyi klinikanın fəaliyyəti haqqında məlumat verib. Bildirilib ki, klinika 1990-cı ildən İstanbul şəhərində fəaliyyət göstərir və 6 ayrı-ayrı ölkədə 9 filialı var.
    “Jinemet” klinikasının Bakıdakı filialının əməkdaşı Elnurə Mustafayeva bildirib ki, gələcəkdə Naxçıvan Muxtar Respublikası  Doğum Mərkəzində çalışan ginekoloqlarla da bu mövzuda seminarlar  keçiriləcəkdir.
     Görüş zamanı həkimləri maraqlandıran suallara aydınlıq gətirilib.
    Sonra Doğum Mərkəzinin Süni Mayalanma Mərkəzi ilə tanışlıq olub. Qonaqların diqqətinə çatdırılıb ki, mərkəzdə müxtəlif laborator müayinələrin aparılması üçün ən son keyfiyyət standartlarına uyğun gələn avadanlıqlarla təchiz edilmiş laboratoriya var.


- Elnur KƏLBİZADƏ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3285694
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
542
3637
23463
70340
3285694

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter