13 Noyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

  Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) maliyyə dəstəyi və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə ciddi yoluxucu xəstəliklər törədən B tipli hemofil yoluxmaya qarşı Hib vaksinin tətbiq edilməsinə dair beşgünlük treninq keçirilmişdir.
 Treninqin keçirilməsinin məqsədi immunlaşdırmanın vacibliyi barədə əhalinin daha yaxşı məlumatlandırılması yolu ilə peyvəndlə əhatəolunma səviyyəsinin yüksəldilməsi, yeni vaksinlərin immunlaşdırma proqramında tətbiqi ilə uşaq ölümünün və xəstələnmə səviyyəsinin azaldılması, poliomielitdən azad ərazi statusunun saxlanılması naminə nəzarətin gücləndirilməsi və poliomielitə qarşı peyvəndlə əhatə səviyyəsinin yüksəldilməsindən ibarət idi.
  Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi-epidemioloqu Zülfiyyə Həsənova belə tədbirləri əhalinin sağlamlığının yaxşılaşdırılması, orta ömür müddətinin uzadılması, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin tərkib hissəsi kimi dəyərləndirmiş, elmi-praktik seminar və konfransların, treninqlərin həkimlərin müasir elmi biliklərə yiyələnmələrində mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
  Respublika Gigiyena və Epidemiologiya Mərkəzi İmmunoprofilaktika bölməsinin müdiri Afaq Əliyeva bildirmişdir ki, Ümumdünya Səhiyyə Təşkilatının Avropa regionuna daxil olan ölkələrin milli peyvənd təqvimləri yerli epidemioloji şəraitdən asılı olaraq, bir-birindən fərqlənir. B tipli hemofil bakteriyalarına qarşı Hib vaksini təhlükəsiz və səmərəli olduğu üçün dünyanın 150-dən çox ölkəsinin planlı peyvənd proqramına daxil edilmişdir. Dünyanın 50 ölkəsində Hib vaksini peyvəndləşdirmədə 20 ildən artıqdır ki, tətbiq olunur. Çünki bakteriya tərəfindən törədilən xəstəliklər bir çox hallarda ölümə səbəb olur. Xəstəliyə körpə və kiçikyaşlı uşaqlar məruz qalır, digər uşaqlarla yaxından təmas yoluxma riskini artırır. Odur ki, iki aylıqdan başlayaraq bütün uşaqları Hib vaksini ilə peyvənd etmək lazımdır.
  Treninqdə B tipli hemofil bakteriyanın törətdiyi xəstəliklər və xəstəliyin qlobal yükü, yoluxmalara qarşı peyvənd işində ayrı-ayrı ölkələrin təcrübəsi, bu sahədə ÜST-nin tövsiyələri, Milli İmmunlaşdırma Proqramına yeni vaksinin tətbiqinin əsas xüsusiyyətləri, vaksinlərin səmərəli idarə olunmasına dair ÜST və YUNİSEF tərəfindən verilən əsas təkliflər və onların Azərbaycanda tətbiqi mövzularına diqqət yetirilmişdir. Sonra 2013-cü ildə ölkədə yoluxucu xəstəliklər əleyhinə istifadə olunacaq on valentli vaksin barədə məlumat verilmişdir.
 Sessiyalararası müzakirələr aparılmış, verilən suallar təlimçilər Donara Quliyeva və Afaq Əliyeva tərəfindən cavablandırılmış, yekun testin nəticələri qiymətləndirilmişdir.
  Muxtar respublikanın həkim-pediatrları, epidemioloqları, nervopatoloq və vaksinatorları treninqdə iştirak etmişlər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3266838
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
580
4027
4607
51484
3266838

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter