25 Sentyabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb işçilərinin maarifləndirilməsi məqsədilə tədbir keçirib. 

Muxtar respublikanın səhiyyə nazirinin müavini Samrat Gəncəyeva Naxçıvan Muxtar Respublikası Ali Məclisi ­Sədrinin 2017-ci il may ayının 3-də “Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” imzaladığı Fərmanın icrası ilə bağlı Səhiyyə Nazirliyi tərəfindən görülən işlərdən danışıb.
Qeyd olunub ki, ötən müddətdə icbari tibbi sığortada iştirak edən səhiyyə müəssisələrinin həyata keçirdiyi xidmətlərin baza zərfi hazırlanaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Sığorta Agentliyinə təqdim olunub. Baza zərfində həm də ayrı-ayrı xəstəxanalarda olan tibbi xidmətlərin siyahısı öz əksini tapıb. İcbari tibbi sığortada iştirak edən səhiyyə müəssisələrində çalışan tibbi heyət barədə məlumat sığorta agent­liyinə təqdim olunub. Səhiyyə sahəsində mövcud dövlət proqramı ilə əhatə edilmiş vətəndaşlar barəsində dəqiq məlumatlar elektron qaydada hazırlanıb.

Vurğulanıb ki, tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə hazırda Sədərək Rayon Mərkəzi Xəstəxanasına ixtisaslı kadrların yönləndirilməsi diqqət mərkəzində saxlanılır. Vətəndaşların müraciəti zamanı çətinliklərin olmaması üçün adıçəkilən səhiyyə ocağının qəbul şöbəsində xəstələrin qəbulu üçün işçilər təyin edilib və qeydiyyat elektron qaydada həyata keçirilərək mərkəzləşdirilmiş bazaya göndərilib. Əhaliyə göstərilən tibbi xidmətin daha da yaxşılaşdırılması məqsədilə tibbi sığortanın tətbiq olunması prinsipləri barədə həm vətəndaşlar, həm də tibb işçiləri arasında maarifləndirici tədbirlərin aparılması nəzərdə tutulub.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov bildirib ki, fərmana uyğun olaraq icbari tibbi sığortanın tətbiqi muxtar respublikada səhiyyə sahəsində dayanıqlı maliyyə mənbələrinin formalaşdırılmasına, mövcud resursların daha səmərəli istifadə olunmasına müsbət təsir göstərəcək. Ali Məclis Sədrinin 2017-ci il 3 may tarixli ­Fərmanına əsasən Sədərək rayonunda rəsmi qeydiyyatda olan şəxslər icbari tibbi sığortanın baza zərfindən pulsuz istifadə edə bilərlər. Yəni Sədərək Rayon Mərkəzi Xəstəxanası ödənişli əsaslarla fəaliyyət göstərsə də, icbari tibbi sığorta şəhadətnaməsi alan rayon sakinləri xəstəxananın imkanlarından pulsuz yararlanacaqlar.
Diqqətə çatdırılıb ki, rayonda icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar baza zərfi çərçivəsində tibbi xidmət göstərəcək həkim, orta və kiçik tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların əməkhaqları 50 faiz artırılıb.
Tədbirdə agentliyin əməkdaşı Leyli Həsənova “Müasir müayinə və müalicə protokolları” mövzusunda çıxış edib.
Sonda suallar cavablandırılıb, həkim və tibb işçilərinə sertifikatlar verilib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3062520
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1126
4327
5453
113851
3062520

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter