15 Noyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

7 aprel bütün dünyada Sağlamlıq Günü kimi qeyd olunur. Bu tarix 1948-ci il aprelin 7-də BMT-nin xüsusi agentliyi kimi yaradılan Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətə başlaması ilə əlaqədardır. 

Azərbaycanda səhiyyənin inkişafı və tərəqqisi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr edən ümummilli liderimiz səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm sahə kimi qiymətləndirərək ­demişdir: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun inkişafı üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”.
Tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı məsələləri son illər dövlətin üzərinə götürdüyü sosial öhdəliklər sırasında mühüm yer tutur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndərin müəyyənləşdirdiyi siyasi kursu bütün istiqamətlərdə, eləcə də səhiyyə sahəsində layiqincə davam etdirir. Səhiyyənin prioritet sahələri üzrə qəbul olunmuş dövlət proqramlarının həyata keçirilməsi vətəndaşlara göstərilən tibbi xidmətin səviyyəsinin xeyli yüksəlməsinə, xəstəliklər üzrə müayinələrin həcminin və keyfiyyətinin artmasına imkan vermişdir.

Ümummilli liderimizin səhiyyə sahəsində müəyyənləşdirdiyi strateji xətt ölkəmizdə olduğu kimi, muxtar respublikamızda da uğurla davam etdirilir, əhalinin sağlamlığının qorunması istiqamətində tibbi profilaktikanın genişləndirilməsi, müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocaqlarının inşası daim diqqət mərkəzində saxlanılır. Ötən dövr ərzində aparılan genişmiqyaslı islahatlar çərçivəsində Naxçıvan Muxtar Respublika Xəstəxanası, Diaqnostika-Müalicə Mərkəzi, Doğum Mərkəzi, Duzdağ Fizioterapiya, Kardioloji, Onkoloji, Yoluxucu Xəstəliklər, Gigiyena və epidemiologiya mərkəzləri, Psixi və Ağciyər Xəstəlikləri dispanserləri, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək Rayon Mərkəzi xəstəxanaları, Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Naxçıvan Uşaq Bərpa Mərkəzi, Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzi, Naxçıvan Şəhər Təcili Tibb Mərkəzi, kənd­lərdə həkim ambulatoriyaları və feldşer-mama məntəqələri tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Təkcə ötən il Şərur Rayon Mərkəzi Xəstəxanasında əsaslı təmir işləri aparılaraq yeni avadanlıqlar quraşdırılmış, Ordubad rayonunun Üstüpü kəndində həkim ambulatoriyası, Naxçıvan şəhərinin Tumbul, Qaraxanbəyli, Şərur rayonunun Çəmənli, Arpaçay, Qarahəsənli, Ələkli, Babək rayonunun Payız, Gərməçataq kəndlərində feldşer-mama məntəqələri tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Bundan əlavə, Duzdağ Fizioterapiya Mərkəzində yeraltı bölmədə əlavə palata yaradılmaqla çarpayı sayı 280-ə çatdırılmışdır. Bu il yanvarın 11-də isə Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının yenidənqurmadan sonra istifadəyə verilməsi uşaq əhalisinə göstərilən tibbi xidmətin səviyyəsini daha da yüksəltmişdir.
Dövlət başçısı cənab İlham Əliyev muxtar respublikada uğurla həyata keçirilən səhiyyə islahatlarını yüksək qiymətləndirərək demişdir: “Mən çalışıram və istəyirəm ki, Azərbaycanın hər bir yerində yüksəksəviyyəli tibbi xidmət göstərilsin. Çox şadam ki, Naxçıvanda bu sahədə böyük işlər görülür, böyük uğurlar əldə edilir”.
Naxçıvan Muxtar Respublikasında tibb ocaqlarının müasir avadanlıqlar, müayinə və müalicə aparatları ilə təchiz edilməsi, lazımi şəraitin yaradılması hər bir vətəndaşa öz sağlamlığını qorumağa imkan yaradır.
Bütün ölkə vətəndaşlarının kütləvi tibbi müayinədən keçirilməsi barədə ölkə Prezidentinin müvafiq tapşırığı hər il muxtar respublikamızda da uğurla icra olunur. Dispanserizasiya işini daha da yaxşılaşdırmaq məqsədilə yerlərdə davamlı olaraq əhalinin müxtəlif yaş qruplarının müayinə-müalicə işi, səhiyyə, təhsil və mədəniyyət müəssisələrində mammo­qrafiya müayinələri aparılır. Hepatit B və C virus infeksiyalarının qarşısının alınması tədbirlərinin genişləndirilməsi məqsədilə verilən tapşırıqlar Səhiyyə Nazirliyinin fəaliyyətində prioritet istiqamətlərdən biridir. Hazırda əməliyyat, doğuş həyata keçirilən bütün tibb müəssisələrində xəstələrdə hepatit B və C viruslarının ekspres metodla müayinəsi aparılır, nəticəsi müsbət olan xəstələr əlavə olaraq Yoluxucu Xəstəliklər Mərkəzində müayinələrə cəlb olunur. Nikaha daxil olan vətəndaşlarda İİV, QİÇS və digər xəstəliklərlə yanaşı, hepatit B, C viruslarının yoxlanılması da həyata keçirilir.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın icrası da diqqət mərkəzində saxlanılır, kiçikyaşlı uşaqlar arasında tuberkulin sınağı və poliomielit xəstəliyinin profilaktikası, yuxarı sinif şagirdləri və müəllimlər arasında flüoroqrafiya müayinəsi və məktəbyaşlı uşaqların kütləvi oftalmoloji, stomatoloji, ortopedik, endokrinoloji müayinələri də uğurla davam etdirilir.
Hazırda səhiyyə sistemində tibbi xidmətin əhatə dairəsini genişləndirmək, əhaliyə yerindəcə keyfiyyətli tibbi xidmət göstərmək prioritet istiqamətlərdən biridir. Bu məqsədlə çoxprofilli həkim briqadaları aran, eləcə də ucqar dağ və sərhəd kənd­lərində olur, əhaliyə lazımi tibbi xidmət göstərirlər. Bu da xəstəliklərin qarşısının alınması, onların erkən aşkar edilməsi və vaxtında tam müalicə olunması baxımından son dərəcə əhəmiyyətlidir.
Bu gün səhiyyə müəssisələrimizdə dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla müayinə və müalicə işləri aparılır. Ötən il muxtar respublika rəhbərinin göstərişi ilə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi Ekstrakorporeal Membran Oksigenasiyası (ECMO) kimi insan həyatı üçün mühüm olan cihazla təmin olunub. Bu və digər səhiyyə müəssisələri Təcili yardım, Elektrokardioqrafiya, Exokardio­qrafiya, EKQ-tredmil, Mobil rentgen, Kardiomonitorlar, Çoxprofilli diaqnostika, Hemodializ, Cərrahiyyə, Kardiocərrahiyyə şöbələri, çoxsaylı aparat və avtoanalizatorla təchiz edilmiş laboratoriyalar, qan bankı, pulmonoloji, stomatoloji, burun-qulaq-boğaz, oftalmoloji, terapevtik, ginekoloji və tam komplektləşdirilmiş fizioterapevtik kabinələr, hematransfuzioloji briqada fəaliyyət göstərir. Şöbə və kabinələrdə qurulmuş müasir aparat və cihazların köməkliyi ilə müxtəlif üzv və sistemlərin hərtərəfli müayinəsi mümkündür.
Bakı şəhərindən yüksəkixtisaslı mütəxəssislərin dəvət olunaraq müxtəlif cərrahi əməliyyatlar aparmaları, humanitar tibbi aksiyaların keçirilməsi ənənə halını almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası, Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və digər tanınmış səhiyyə müəssisələri ilə qarşılıqlı əlaqələr aztəminatlı ailələrdən olan xəstələr üçün mənəvi dəstək olmuşdur. Hazırda aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələri çərçivəsində açıq ürək əməliyyatları, koronarangioqrafiya manipulyasiyası, ürək damarlarına stend qoyulması, müxtəlif göz və digər əməliyyatların aparılması uğurla davam etdirilir.
Qarşılıqlı əlaqələr yerli həkimlərin peşə bacarıqlarının artırılmasında mühüm rol oynayır. Belə ki, yerli həkim kadrları tərəfindən müstəqil şəkildə TUR, açıq ürək, ürək damarlarına stend qoyulması, laparoskopik, LOR, göz və digər mürəkkəb cərrahiyyə əməliyyatlarının aparılmasına nail olunmuşdur. Artıq mürəkkəb cərrahi, o cümlədən açıq ürək əməliyyatlarının da Naxçıvanda həyata keçirilməsi əhalinin müayinə və müalicə üçün başqa ölkələrə üz tutmasının qarşısını almışdır.
Hazırda səhiyyə müəssisələrinin ən yeni tibbi avadanlıqlarla təchiz olunması davam etdirilir. Ötən il isə fizioterapevtik müalicələr üçün avadanlıqlar alınaraq 51 kənd həkim ambulatoriyasında qurulmuşdur. Elektroterapiya və ultrasəslə müalicə, ultrayüksəktezlikli cərəyanla müalicə aparatları, parafinəritmə qazanı, Solyusk lampası ilə müalicələr kəndlərdə insanların hərtərəfli səhiyyə xidməti ilə təmin olunmasına şərait yaratmışdır.
Muxtar respublikanın səhiyyə sistemində aparılan islahatlara uyğun olaraq Stomatoloji Mərkəz, Darıdağ Arsenli Su Müalicəxanası və Duzdağ Fizioterapiya Mərkəzinin publik hüquqi şəxsə çevrilməsi ilə əlaqədar ştat strukturu yenidən işlənib təsdiq edilmişdir. Səhiyyə xidmətlərinin səviyyəsini müasir tələblərə çatdırmaq, keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə cari ildən etibarən Sədərək rayonunda icbari tibbi siğortanın tətbiqinə başlanmışdır. Gələcəkdə icbari tibbi sığortanın digər rayonlarda da tətbiqi səhiyyəni yeni inkişaf mərhələsinə çıxaracaqdır.
Səhiyyə sahəsində kadr təminatı ən vacib məsələ kimi diqqət mərkəzində saxlanılır. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində və Naxçıvan Tibb Kollecində ixtisaslı həkim və orta tibb işçilərinin hazırlanması muxtar respublikanın səhiyyə ocaqlarının kadr təminatının ödənilməsinə imkan verir. İxtisaslı tibbi kadrların yetişdirilməsi ilə yanaşı, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi də diqqət mərkəzində saxlanılır. Tibb mütəxəssislərinin bilik və bacarıqlarının daim yüksəldilməsi üçün müvafiq mexanizmlər yaradılır, o cümlədən xarici ölkə­lərdə təlimlər təşkil edilir. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiyasının aparılması, səhiyyə işçilərinin müasir elmi biliklərinin artırılması üçün müxtəlif profilli elmi-praktik seminar və konfransların təşkili diqqət mərkəzində saxlanılır.
Yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə daim dezinfeksiya və dezinseksiya tədbirləri aparılır. Bunun nəticəsidir ki, son illər Ümumdünya Səhiyyə Təşkilatının müntəzəm monitorinqdə saxladığı əsas yoluxucu xəstəliklərə, o cümlədən salmonellyoz, bakterial dizenteriya, difteriya, epidemik parotit pedikulyoz, malyariya, leyşmanioz, poliomielit və tetanus kimi xəstəliklərə muxtar respublika ərazisində təsadüf olunmamışdır. Həyata keçirilən sosial-iqtisadi islahatlar, əhalinin yaşayış səviyyəsinin davamlı yüksəlişi, müalicə-profilaktika işinin nümunəvi təşkili, tibbi xidmətin keyfiyyətinin və əhatəliliyinin artması demoqrafik vəziyyətə öz müsbət təsirini göstərmişdir.
Həyata keçirilən profilaktik tədbirlərin səmərəli nəticələr verdiyini bildirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Bu gün muxtar respublikada insanların sağlamlığının qorunması, onların müalicə və müayinəsinin yüksək səviyyədə təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Səhiyyə sisteminin maddi-texniki bazasının müntəzəm olaraq möhkəmləndirilməsi, yüksək səhiyyə xidmətinin təşkili öz bəhrəsini verir. Artıq muxtar respublikada ciddi problem yaradan xəstəliklər yoxdur, insanların sağlamlığı daim diqqət mərkəzində saxlanılır”.
Hazırda Naxçıvan Muxtar Respublikasında əhaliyə 228 tibb müəssisəsi tərəfindən tibbi xidmət göstərilir. Təkcə ötən il bu müəssisələrə 34 həkim və 94 orta tibb işçisi təyinat almışdır. Tibb müəssisələrində 713 həkim, 2 min 97 orta tibb işçisi çalışır. Naxçıvanın səhiyyə müəssisələrində çalışan ağxalatlı peşə sahiblərinin əməyi dövlətimiz tərəfindən həmişə layiqincə qiymətləndirilir. Onlardan 103-ü Azərbaycan və Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi adına layiq görülmüşdür.
“Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanına uyğun olaraq səhiyyə sistemində elektron xidmətlərin göstərilməsinə başlanmış, qısa müddətdə nümunəvi tibbi informasiya sistemi qurulmuşdur. Cavan ailələrdə səhiyyə maarifi işini, hamilə qadınların və uşaqların patronaj xidməti, yeni doğulmuşların vaxtında qeydiyyata alınması, uşaqların Elektron sağlamlıq kartları ilə təminatı və ondan istifadə qaydasının öyrədilməsi məqsədilə “Ailə sağlamlıq məktəbləri” yaradılmış, məşğələlərin davamlı aparılmasına nail olunmuşdur.
Ölkəmizdə, eləcə də muxtar respublikamızda aparılan genişmiqyaslı islahatlar göstərir ki, səhiyyə sistemi sürətlə inkişaf edir, müasirləşir. Tikilən, qurulan nə varsa, əhalinin sağlamlığının qorunmasına xidmət edir. Ümumdünya Sağlamlıq Gününü yüksək nailiyyətlərlə qeyd edən tibb işçiləri bundan sonra da muxtar respublika səhiyyəsinin inkişafına öz töhfələrini verəcəklər.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3277416
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2858
4179
15185
62062
3277416

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter